Vidadi Zeynalovun 100 manatlıq dönəri və 12 000 manatlıq yaşıllaşdırma "əməliyyat2-ı...
Teref.az olaraq Fikrət Fəraməzoğlunun sosial şəbəkədə paylaşılmış həbsxana xatirələrini tqdim edirik:
HƏBSXANA XATİRƏLƏRİ: Bakı İstintaq Təcridxanasında belə bir qayda var idi ki, keçmiş dövlət məmurları, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları ya təknəfərlik kamerada, ya da eyni kateqoriyadan olan şəxslərlə birlikdə saxlanılırdı. Hətta elələri var idi ki, onların qaldıqları kameraların önündə 24 saat qaravul dayanırdı. Həmin kameralara yaxınlaşmaq, ora nəsə göndərmək qadağan idi.
Varlı məmurlar isə adətən 7-ci korpusda saxlanılırdı. İkinci mərtəbədəki bütün kameralar onların ixtiyarındaydı. Şəraitinə görə, digərlərindən çox fərqlənirdi. İmkanlı olduqlarından özləri üçün istintaq dövründə lazımı şərait qurub, öz kameralarında ehtiyacsız yaşayırdılar.
Bu günlərdə mətbuatdan oxudum ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı “Məlhəm” adlı restoranı işlədir. Özü də açıqlama verib ki, acından ölməmək üçün həyat yoldaşı ilə bu restoranı işlətmək məcburiyyətində qalıb. Bu sözləri oxuduqdan sonra onun Kürdəxanıda başına gələn iki hadisə yadıma düşdü. Xatırladım ki, bunu həm dustaqlar, həm də nəzarətçilər danışıblar.
BİRİNCİ HADİSƏ: Vidadi Zeynalov da “rabitə işi” ilə əlaqədar həbs olunub İstintaq Təcridxanasına gətirildikdən sonra imkanlı adamlar kimi, 7-ci korpusda yerləşdirilib. Günün birində axşam saatlarında o, kamerasının “kormuşka”sını (nəfəslik) döyərək, nəzarətçini çağırır. Nəzarətçi də vəzifəsinə uyğun olaraq nəfəsliyə yaxınlaşır və Vidadidən nə istədiyini soruşur. Zeynalov ondan dönər almasını xahiş edir. Özü də həmin dönəri məhz Zabratda yeni açılmış dönərçidən almasını istəyir.
Nəzarətçi çoxbilmiş olub və iki dönər üçün 100 manat pul istəyir. Zeynalov da ona həmin yüzlüyü verir.
Əvvəlcə qapıdakı hərbçilərlə danışır və onların razılığını aldıqdan sonra yaxınları ilə əlaqə saxlayıb, çöldən 2-3 dənə dönər gətirdir və içəri buraxdırır. Toplam 10-15 manat pul xərcləyən nəzarətçi bir neçə saatdan sonra onu Vidadi Zeynalovun qaldığı kameraya ötürür.
Beləliklə, Vidadi Zeynalovun qaldığı korpusda növbə çəkən nəzarətçilər o, su istəsə belə, ən azı 10 manat alırmışlar. Zeynalov da gündə 5-6 dəfə müxtəlif istəklərdə olurmuş və gün ona 150-200 manatdan ucuz başa gəlmirmiş.

İKİNCİ HADİSƏ: Vidadi Zeynalov az sayda məhbuslardan idi ki, Kürdəxanıda səhər və axşam saatlarında həyətdə 4 saata yaxın gəzib, dolaşa bilirmiş. Yanında nəzarətçi və ya Təsərrüfat Bölüyündə işləyənlərdən biriylə Kürdəxanının həyətində dolaşan keçmiş aparat rəhbəri İstintaq Təcridxanasının ərazisində ağacların, yaşıllığın az olmasının səbəbini soruşur. Onu müşayət edən nəzarətçi də bildirir ki, Kürdəxanının havası və torpağı hər bitkini yetişdirmir. Bunun üçün xüsusi ağaclar lazımdır. O da həmin ağacları ala biləcəyini dilə gətirir.
Tez-tez “mənim dövlət qarşısında böyük xidmətlərim olub”, “mən bunu eləmişəm, bunu belə eləmişəm” deyən Vidadi Zeynalov günün birində dimdiyindən dora düşür. Yəni, onun “mən ağac alaram” sözü gedib rəhbərliyə çatır. Rəhbərlik də onu dəvət edir və deyir ki, yaxın vaxtlarda İstintaq Təcridxanasına mötəbər qonaqlar və yüksək çinli rəhbərlər gələcəklər. Əgər tez azadlığa çıxmaq və haqqında müsbət rəyin yaranmasını istəyirsə, ərazinin yaşıllaşdırmasına kömək eləsin. Rəis söz verir ki, əgər o, bu işi görərsə, öz rəhbərliyinə, Prezident Aparatına və digər qurumlara onunla bağlı ən yüksək səviyyəli xasiyyətnamə yazıb gönədərəcək və guya, məhkəmədə onun azadlığa buraxılmasına bu xasiyyətnamənin böyük rolu olacaq.
Vidadi Zeynalov da deyilənlərə inanıb, onun təklifini qəbul edir. Hesab-kitab edirlər, iki gün Kürdəxanının yaşıllıq üçün nəzərdə tutulmuş yerlərini ölçüb-biçirlər. Və belə qərara gəlirlər ki, ərazinin yaşıllaşdırılması üçün 12 min manat pul lazımdır. Beləliklə, Vidadi Zeynalov həmin pulu gətizdirir və ünvanına çatdırır.
Bir müddətdən sonra məlum olur ki, həmin pula 10-15 ədəd plastik ağac və 5 illik güllərin toxumu alınıb. Hesab kitabnan belə aydın olur ki, ümumilikdə, həmin işlərə heç 500 manat xərc çəkilməyib. Bu azmış kimi, onun haqqında məhkəməyə heç də yaxşı olmayan xasiyyətnamə göndərilir. Eyni zamanda, Bakı İstintaq Təcridxanasının həyətində görülmüş işlər də rəisin “əməyinin bəhrəsi” kimi təqdim olunur.
Deyilənlərə görə, bu hadisədən sonra Vidadi Zeynalov bir müddət depresiyaya düşüb.
Fikrət Fəraməzoğlu

Bölmənin digər xəbərləri

19 Oktyabr 2019 Deputatın bacısı oğlu vəzifədən niyə azad olundu? - İDDİA
19 Oktyabr 2019 Diametri 1 km olan asteroid yer kürəsinə yaxınlaşır
19 Oktyabr 2019 Ata övladını xilas etmək üçün özünü avtobusun altına atdı
19 Oktyabr 2019 Azərbaycanlı iş adamını Moskvada amansızlıqla qətlə yetirib, 50 min dollarını aparıblar - ANBAAN VİDEO
19 Oktyabr 2019 MÜSTƏQİLLİYİMİZİN ƏLEYHİNƏ SƏS VERƏNLƏR! – Əli Həsənov, Əhməd Əhmədzadə… (SİYAHI)
18 Oktyabr 2019 Bakıda gənc oğlan itkin düşüb
18 Oktyabr 2019 Xırdalan şəhər İcra nümayəndəliyi 83 min manatı kimə ayırıb? - Qəribə tender...
18 Oktyabr 2019 Azərbaycanlı jurnalist Mərakeşdə hücuma məruz qaldı - VİDEO
18 Oktyabr 2019 Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - VİDEO
17 Oktyabr 2019 Hər şeyi dövlətdən gözləməli deyilik: - Balaca şəhid guşəsini təmiz saxlamaq çətindir?
17 Oktyabr 2019 PREZİDENT NAZİRLƏRİ TƏNQİD ETDİ - VİDEO
17 Oktyabr 2019 Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 19 əcnəbi aşkarlanıb
17 Oktyabr 2019 Əhalinin banklara niyə inamı yoxdur? – Ekspertdən şərh
17 Oktyabr 2019 Borca görə həyat yoldaşından boşandı- AİLƏ DRAMI
17 Oktyabr 2019 “Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY
17 Oktyabr 2019 Bakıda dəhşətli qətl: Arvadı ilə qaynanasını bıçaqlayıb yandırdı - Fotolar
17 Oktyabr 2019 Vəkil: Məktubda rəisin rütbəsini göstərmədiyim üçün məhkumla görüş verilmədi
17 Oktyabr 2019 Bakıda yol polisini maşın vurdu, vəziyyəti ağırdır
17 Oktyabr 2019 Dövlət Nəzarət Təhükəsizlik Departamentinin əməkdaşları ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib - Özlərindən "DÖVLƏT" qurumu yaradıblar?
16 Oktyabr 2019 Avtomobilə etibarnamə telefonla veriləcək – AZƏRBAYCANDA İLK – YENİLİK

Dünyapress TV

Xəbər lenti