Nəsimi rayonunda ağaclara qarşı amansızlıq davam edir


Bakı şəhəri, Nəsimi Rayonu, Abbas Səhhət küçəsi 40 saylı binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizova müraciət ünvanlayıblar. Ciddi problemə toxunan sakinlər, həmdə maraqlı təkliflə də çıxış ediblər.

Müraciətdə deyilir:

“Yaşadığımız bina Abbas Səhhət küçəsiylə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşir. Üzbəüz tərəfdə isə keçmiş Rabitə Nazirliyinə məxsus ərazidə radiolokasiya stansiyası, “Azərmətbuatyayım” idarəsinin inzibati binası və qarajı yerləşir. Bununla yanaşı ərazidə böyük bir yaşıllıq zolağı da salınmışdır. Hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə salınmış yaşıllıq zolağında yalnız “Eldar şamı” ağaclarının əkilməsi də səbəbsiz deyildi. Məhz bu ağaclar dünyada havanı ən çox oksigenlə təmin edir. Bu gün Ulu Öndərin təşəbbüsü ilə salınmış bu yaşllıq zolağı Nəsimi və Nərimanov rayon sakinləri üçün zəruri olan təmiz hava ilə təmin edir. Sözün həqiqi mənasında 40 -il əvvəl salınmış yaşıllıq zolağı bu gün göz oxşayır.

Lakin bu günlərdə sakinlərin gördüyü və eşitdiyi məlumatlar bizi çaşqın və narahat bir vəziyyətə salıb. Belə ki, yaşadığımız bina ilə üzbəüz ərazidə artıq bir neçə köklü ağac gecəykən kəsilib. Ərazidə çalışan fəhlələr bu ərazidə möhtəşəm ticarət mərkəzinin və yaşayış binasının inşa ediləcəyini bildiriblər. İnformasiyanın nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilməsəkdə, biz sakinlərdə narahatlıq günbəgün artmaqdadır. Belə ki, belə bir dəyərli yaşıllıq zolağında ağacların kəsilməsi biz sakinlərə qarşı, deyərdik ki hətta insanlığa qarşı bir cinayətdir.

Onu da deyək ki, paytaxtımıza gələn qonaqlarda şəhərin mərkəzində ki, belə bir vəziyyəti görmələri heç də xoş təəssürat yaratmır.”

Daha sonra müraciətdə deyilir:

“Cənab Prezident İlham Əliyev tərəfindən paytaxtda yaradılan şərait həqiqətən Biz sakinlərin də ürəyincədir. Bakımızı qorumaq, onun yaşıllıq zolağının mühafizəsi hər birimizin vətəndaş borcudur. Bu gözəlliyin qorunmasında Bizdə bir sakin olaraq hər zaman öz töhfəmizi veririk. Lakin elə məsələlər var ki, o bizim səlahiyyətimiz xaricindədir. Odur ki, bina sakinləri olaraq Sizə müraciət edərək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bu yaşıllıq zolağının qorunmasında, bu ərazidə hər hansı tikintinin aparılmasının qarşısnın alınmasında və Ulu Öndərin 100 illiyi ərəfəsində ərazidə yaşıllıq zolağını artırmaqla möhtəşəm bir parkın salınmasına göstəriş verməyinizi Sizdən xahiş edirik.

Sizə dərin hörmətlə bina sakinləri”

P.S. Mövzunu diqqətdə saxlayacağıq. (Belediyye.info)

Bölmənin digər xəbərləri

25 May 2020 Son 30 ilin isti yayı və küləkli dövrü gəlir — Səhhətimizə necə təsir edəcək?
25 May 2020 İrəvan Respublikası Millət Şurasının strukturları yaradıldı
25 May 2020 Gürcüstanın Azərbaycanla sərhəd rayonunda zəlzələ olub –3.6 bal gücündə
25 May 2020 İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir?
25 May 2020 Moskvadakı silahlı atışmanın görüntüsü yayıldı - Video
25 May 2020 Ruhi xəstə polisə bellə hücum etdi
25 May 2020 Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK - QƏRAR VERİLDİ
24 May 2020 Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR
24 May 2020 Baş prokurorun yeni müavinləri - Hərəsi bir ölkədə təhsil alıb — DOSYE
24 May 2020 “Jurnalistlər binası”ndan uçan məhəccər avtomobili zədələdi - FOTO
24 May 2020 Nə sosial məsafəyə riayət edirlər, nə də tibbi maska taxırlar - VİDEO
24 May 2020 Bakıda külək Neftçilər xəstəxanasının dam örtüyünün bir hissəsini uçurub
24 May 2020 Rusiyada soydaşımızı qətlə yetirən erməni hələ də azadlıqdadır - XİN niyə susur?
24 May 2020 Xəzərdə dalğanın hündürlüyü 8 metri keçəcək – XƏBƏRDARLIQ EDİLDİ
24 May 2020 Ukraynada deputat qətlə yetirilib
23 May 2020 “Bəzi imtahanlar üzbəüz keçirilə bilər” – Təhsil naziri
23 May 2020 Nazirlik yoxlamalara başladı - Saxtakarların ifşası gözlənilir...
23 May 2020 Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır - Baş nazirə müraciət
23 May 2020 Ölən oğlanın əmisi danışdı: "Qulağından QAN GƏLİB" - VİDEO
23 May 2020 "Airbus A320"un qəza yerində sağ uşaq tapıldı - ÜRƏKDAĞLAYAN VİDEO

Dünyapress TV

Xəbər lenti