İsgəndər Hüseynovun killerləri diaspor lideri İslam Hüseynovu niyə öldürə bilmədi... - SƏS-KÜYLÜ PROSES BAŞLADI
Rusiyanın Ulyanovsk vilayətində diaspor lideri İslam Hüseynova sui-qəsd işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org xəbər verir ki, 10 il əvvəl baş vermiş bu səs-küylü sui-qəsdin sifarişçisi , 61 yaşlı İsgəndər Hüseynov müttəhimlər kürsüsündədir və barəsində çıxarılacaq hökmü gözləyir.

Bütün bu müddət ərzində sifarişçi xaricdə gizlənirdi, amma 2019-cu ilin martında Moskvada tutulub və istintaqa təhvil verilib. İsgəndər Hüseynov məhkəmənin ilk iclasında rus dilini “unudub” və tərcüməçi tələb edib. Habelə istintaqa verdiyi tirafedici ifadədən imtina etdiyini bildirib.

İstintaqın versiyasına görə İsgəndər Hüseynov 2009-cu ildə biznes üzrə rəqibi, Ulyanovsk vilayəti üzrə diaspor lideri İslam Hüseynovu aradan götürməyi qərara alıb. Bu məqsədlə tanışı Samit Mərdanovla anlaşır. Mərdanovun da İslam Hüseynovun öldürülməsində öz marağı vardı, çünki ona 50 min dollar borclu olub. Nəticədə onlar İslam Hüseynovun qətlini təşkil etməyi qərara alırlar.

Təşkilatçılar bu məqsədlə əvvəllər məhkum edilmiş İjevsk sakini Həsən Daqayevlə anlaşırlar və ona 100 min dollar vəd edirlər. Daqayev killerlər qrupu təşkil edir, üç ay İ.Hüseynovu izləyir. Amma ona sui-qəsd cəhdi baş tutmur. Belə ki, killerlər Hüseynovun maşınını səhv salırlar və onun əvəzinə Ulyanovsk gömrüyünün əməkdaşı Yuri Abankovla arvadını güllələyirlər. Onlar möcüzə nəticəsində sağ qalırlar.

Killerləri ikinci sui-qəsd cəhdindən əvvəl yaxalayırlar. Onlar 11 ildən 19 ilə qədər həbs cəzası alır, İsgəndər Hüseynov isə qaçır. Bütün bu vaxt ərzində o başqa ad altında Ukraynada, Azərbaycanda gizlənir. Nəhayət bu ilin martında Moskvaya qayıdanda tutulur və Ulyanovska etap olunur.

Qeyd edək ki, İslam Hüseynova həmin dövrdə daha bir sui-qəsd cəhdi olmuşdu və biznesmen başından ağır yaralanmışdı. Killerlər ona kabinetində atəş açmışdılar. Həmin sui-qəsdin də təşkilatçıları, icraçıları azərbaycanlılar idi.

Ulyanovsk internet portallarının yazdığına görə prokuror İsgəndər Hüseynovun rus dilini bilmədiyi haqda dediklərini inandırıcı saymayıb. Bildirib ki, 1989-cu ildən o Rusiyada yaşayıb, orada bizneslə məşğul olub, sürücülük vəsiqəsi alıb. Bütün bunlar rus dilini bilmədən mümkün olmazdı. Məhkəmə dövlət ittihamçısı ilə razılaşıb və prosesin tərcüməçi olmadan aparılmasına qərar verib.

Məhkəmə sentyabrın 10-da iş üzrə ilk şahidləri-zərərçəkən Abakankovları dindirib. Onlar istintaqa verdiklərini ifadəni təsdiq ediblər. Yuri Abakanov deyib ki, yaşadığı binaya girəndə kürəyində bir neçə zərbə və bədənində zəiflik hiss edib. Və yıxılıb. Killer ona səsboğucuya malik tapançadan atəş açmışdı. Arvadı isə deyib ki, onlara atəş açıb qaçan qırmızı köynəkli gənci görüb. Zərərçəkənlər həmin hadisələri xatırlamaqdan əzab çəkdiklərini deyiblər və xahiş ediblər ki, daha onları məhkəməyə çağırmasınlar.

Bölmənin digər xəbərləri

17 Yanvar 2020 Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün yeni imkan
17 Yanvar 2020 "Arvad-kişi" məsələsi turizmə də sızdı: yeni kodeksdə nələr var?
17 Yanvar 2020 Vurulan düşmən taborun qərargah rəisidir, digəri isə...
17 Yanvar 2020 ARAN BÖLGƏSİNİN ÜÇ SEÇKİ DAİRƏSİ - Əsas iddiaçılar və şanslı namizədlər kimlərdir? -ADLAR
17 Yanvar 2020 Nəqliyyat eksperti: “Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü…”
17 Yanvar 2020 Azərbaycanda ağır qəza baş verdi - Çox sayda yaralı var
17 Yanvar 2020 Bir zəng Moskvanı qarışdırdı: 10 min şəxs təxliyə olundu
17 Yanvar 2020 Almaniyada təyyarə yerə çırpıldı: ölənlər var
16 Yanvar 2020 “OBA” market 3 ay əvvəlki pendiri yeni tarixlə satışa çıxardı – Foto
16 Yanvar 2020 Şəhid Fərzalı Fərzəliyevin QİSASI alındı-Bu gün də iki erməni dığası məhv edildi
16 Yanvar 2020 Qaxda arvad ərini xəstəxanalıq etdi
16 Yanvar 2020 Azərbaycanda çoxlu sayda adama “xərçəng” diaqnozu qoyan həkimlər həbs olunub
16 Yanvar 2020 Təhsildə bölünmə davam edir – Təmayülləşən məktəblərin sayı artır
16 Yanvar 2020 “HAMAM TURİZMİ”, “QUŞ GÖZLƏMÇİLİYİ”... - Dövlət Turizm Agentliyinin tender pullarını nəyə xərcləyir?
16 Yanvar 2020 3 yaşlı qız uşağı hərəkətdə olan avtomobildən belə düşdü - VİDEO
16 Yanvar 2020 Polis “Anadolu”nun Qahirədəki ofisində əməliyyat keçirib - Saxlanılanlar var
15 Yanvar 2020 Nərminin qətli: təqsirləndirilən şəxsin ailəsi ittihamı rədd edir
15 Yanvar 2020 Ögey ata övladlarına işgəncə verdi - Bədənlərində siqaret söndürdü (FOTOLAR)
15 Yanvar 2020 Rusiyada meyiti tapılan Səlimlə bağlı şok yenilik: Eksqumasiya ediləcək və... - YENİLƏNİB
15 Yanvar 2020 Parlament seçkilərinə qatılan məşhur övladları — SİYAHI

Dünyapress TV

Xəbər lenti