415d7522dc1fa4c

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir dəstə zərərsizləşdirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Tədbirlər zamanı rayonun Gərəkli kənd inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik bölgədə kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən, küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kollarının əkildiyi bir neçə sahə aşkar edilib.

Məlum olub ki, rayonun Gərəkli və Mahmalar kənd sakinləri olan Muquşov Rauf Məhəmməd oğlu, Muquşov Osman Rauf oğlu, Mehdiyev Mehman Raufoviç və Dibirov Mayıl Abdulməcid oğlu qabaqcadan əlbir olaraq dağlıq-meşəlik ərazinin müxtəlif ölçülü 11 sahəsində çətənə bitkisini əkib becəriblər. Hal şahidlərinin iştirakı ilə ərazidən onların yetişdirdikləri hündürlükləri 25 sm-dən 410 sm-ə qədər olan, ümumi təmiz çəkisi 76 kq 763 qr olan 130 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin sahələrin kənarlarından isə 13 kq 144 qr qurudulmamış, 2 kq 598 qr. qurudulmuş halda olan narkotik vasitə hesab edilən marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Yuxarıda adı keçən şəxslər tutularaq istintaqa cəlb edilib.

Aparılmış ilkin istintaq zamanı məlum olub ki, rayonda narkobaron kimi tanınan Balakən rayonu, Gərəkli kənd sakini Mustafayev Eldar Abdulla oğlu, Balakən rayonu, Mahamalar kənd sakini “Bete” ləqəbli narkobaron Malaxov Sabir Əyyub oğlu, Balakən rayonu, Mahamalar kənd sakini Nəsibov Yaşar Əhmədilov oğlu, Balakən rayonu, Gərəkli kənd sakini “Kotu” ləqəbli narkobaron Dibirov Rasim İbrahim oğlu, Balakən rayonu, Mahamalar kənd sakini “Meşə Kralı” ləqəbli narkobaron Mehdiyev Mehman Raufoviçin meşə massivində istixanada təxminən 800-dək narkotik tərkibli çətənə şitillərini aqrotexniki qaydada qulluq edərək becəriblər. Sonradan “Meşə kralı” Mehman Mehdiyev həmkəndlisi Muquşov Rauf Məhəmməd oğlu ilə birlikdə həmin istixanadan 215 ədəd narkotik tərkibli çətənə bitkisi şitillərini oğurlayıblar.

Daha sonra Mehman Mehdiyevin razılığı ilə Rauf Muquşov həmin şitilləri, CM-nin 234.1 və 237.2.3-cü madələri ilə barəsində Balakən RPŞ-nin İB-də 190320051 nömrəli cinayət işi üzrə istintaq aparılan və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Dibirov Mayıl Abdulməcid oğlu azadlıqda olduğu zaman ona verib. Mayıl Dibirovun narkotik tərkibli çətənə bitkisinin şitillərini Balakən rayonu, Gərəkli kənd sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına baxmayaraq məsuliyyətdən yayınmağa müvəffəq olmuş Nusalov Elnur Şamil oğlu ilə birlikdə meşə ərazisində əkib-becərdikləri məlum olub. Eldar Mustafayevin iki yerdə becərdiyi, 339 ədəd narkotik tərkibli çətənə bitkiləri 29 avqust 2019-cu il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunub.

Əməliyyat zamanı Eldar Mustafayev və onunla birlikdə həmin bitkiləri becərən Qoradayev Bəşir Nəcməddin oğlu, Dibirov Zahid Hizbullah oğlu və Dibirov Nail Hizbullah oğlu həbs edilib. Onların digər ərazidə becərdikləri təxminən 300 ədəd narkotik tərkibli bitkini isə məhv etdikləri müəyyən olunub.

Bölmənin digər xəbərləri

17 Sentyabr 2019 Hərbi təyyarəni raketlə vurublar - ekspertdən SENSASİON İDDİA
17 Sentyabr 2019 Hərbi təyyarəni raketlə vurublar - ekspertdən SENSASİON İDDİA
16 Sentyabr 2019 Hacıqabulda iki yük maşını toqquşub, 3 nəfər xəsarət alıb
16 Sentyabr 2019 Qobustanda “Toyota” körpüdən aşıb, ölən və xəsarət alan var – FOTO
16 Sentyabr 2019 Bakıda 32 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülüb
16 Sentyabr 2019 Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
16 Sentyabr 2019 Qusarda 20 gün əvvəl itkin düşən ana və azyaşlı qızı tapılıb
16 Sentyabr 2019 Vidadi Zeynalovun 100 manatlıq dönəri və 12 000 manatlıq yaşıllaşdırma "əməliyyat2-ı...
15 Sentyabr 2019 Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...
15 Sentyabr 2019 Bakı şəhəri Reklam İdarəsinin sahibkarlara qurduğu tələ!
15 Sentyabr 2019 Abid Şərifovun Avropadakı biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı - ARAŞDIRMA
14 Sentyabr 2019 "Azərişıq" ASC-nin vəzifəliləri rüşvət tələb edir
14 Sentyabr 2019 Nəsimi rayonunda ağaclara qarşı amansızlıq davam edir
14 Sentyabr 2019 Bakıda 30 yaşlı kişi meyiti tapılıb
14 Sentyabr 2019 Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb
14 Sentyabr 2019 Naxçıvanda Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənib
14 Sentyabr 2019 Bakıda 31 yaşlı kişi naməlum şəxs tərəfindən döyülüb
14 Sentyabr 2019 AZƏRBAYCANDA TORPAQ UÇQUNU BAŞ VERDİ: ÖLƏN VƏ YARALANAN VAR
14 Sentyabr 2019 Kanalizasiya quyusuna düşərək boğuldu
13 Sentyabr 2019 Prezident fərman imzaladı

Dünyapress TV

Xəbər lenti