İkinci qrup əlildən ölkə rəhbərliyinə şikayət: - "Ağdam İcra Hakimiyyətində məni dinləyən yoxdur"
Ağdam rayonu Qaradağlı kənd sakini Məmmədova Şəbnəm Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub ünvanlayıb. 

Ölkə rəhbərliyinə ünvanladığı şikayət məktubunda dözülməz məişət şəraitində yaşadığını deyən Şəbnəm Məmmədova yazır:

"Cənab Prezident,

Hörmətli Mehriban xanım!

Mən Məmmədova Şəbnəm Ağdam rayonunun cəbhə bölgəsində yerləşən Qaradağlı kəndində yaşayıram. Özüm ikinci qrup əliləm. Hər iki valideynimi itirmişəm. 90-cı illərin əvvəlində kəndimiz ətrafında gedən döyüşlər zamanı hazırda yaşadım ev zədələnib. 1994-cü ildə dövlət tərəindən evimizin arxa divarlarına bərkidici dayaq verilib. Ancaq 2016-cı il aprel döyüşlərindən sonra evimizdə dərin çatlar yaranmağa başladı. Aprel döyüşlərindən sonra cənab Prezident İlham Əliyev döyüşlər zamanı mülki əhaliyə məxsus yaşayış evlərinə, yardımçı təsərrüfatlara dəyən ziyanların aradan qaldırılması ilə bağlı sərəncam imzalayaraq dövlət büdcəsindən vəsaitlər ayırdı. 2016-cı ildə evimizin qəzalı olması ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinə müraciət etdim. Rayon İcra hakimiyyətinə etdiyim müraciətdən sonra İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin İlkin adlı əməkdaşı və kənd icra nümayəndəsinin müavini evimə baxış keçirdilər və dedilər ki, ev təmir üçün qeydə alınacaq. Ancaq bir müddət keçəndən sonra evin təmiri ilə bağlı heç bir iş görülmədiyi üçün yenidən rayon İcra Hakimiyyətinə getdim. Rayon İcra Hakimiyyətində mənə bildirdilər ki, yaşadığım evin bayır hissəsində çatlar olmadığı üçün ev təmir olunmayacaq.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən ikinci qrup əlil ola-ola öz zəhmətim hesabına yaşayıram. Dövlət Məşğulluq xidmətindən hesabına mal-qara götürüb saxlayıram. Sosial vəziyyətimin çətinliyinə görə Heydər Əliyev Fondunun qeydiyyatındayam. Sizlərə təşəkkür edirəm ki, əlamətdar günlərdə, bayramlarda mənə ərzaq yardımları edirsiniz. İkinci qrup əlil olaraq dövlətdən pensiya alıram. Amma təəssüflər olsun ki, yaşadığım evin təmiri mənim imkanım xaricindədir. Dərmanlarıma pulu zorla çatdırıram. Yaşadığım vəziyyətin acınacaqlı olması ilə bağlı ötən ilin sonlarında rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverən Əliyevin qəbulunda oldum. Yaşayışımın dəhşətli olduğunu dedim. Allahverən müəllim mənə dedi ki, dur otaqdan çıx. Mən də ağlayaraq otaqdan çıxdım. Hər dəfə Sİzlərə şikayət məktubu yazandan sonra məni İcra Hakimiyytinə dəvət edib yalandan söz verirlər. Rayon rəhbərliyi cəbhə kəndində yerləşən bir kənddə təkbaşına yaşayan mənim kimi köməksiz insanlara dəstək olmaqdansa bizləri get-gələ salır, problemlərimizin həllinə yardımçı olmurlar. 

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən çox xahiş edirəm. Mənim hər iki valideynimi itirdiyimi, ikinci qrup əlil olduğumu, düşmənlə üz-üzə olan kənddə təkbaşına yaşadığımı nəzərə alaraq evimin təmir olunması ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinə tapşırıq verəsiniz. 

Sizə böyük ümidlərlə Məmmədova Şəbnəm

Əlaqə: 050 895 49 72"

Qlobal.az

Bölmənin digər xəbərləri

18 Fevral 2020 “Sədərək”dəki DƏHŞƏTLİ YANĞIN belə söndürüldü - General hadisə yerindədir - FOTO/VİDEO (YENİLƏNİR)
18 Fevral 2020 Yemək bişirmək üçün alınan bibərin içindən qurbağa çıxdı - FOTOLAR
18 Fevral 2020 Xəzərin bu sahil torpaqları deqradasiyaya məruz qaldı
18 Fevral 2020 Azərbaycanda ilk dəfə bu universitetdə distant formada tədrisə başlanıldı
18 Fevral 2020 Azərbaycanda rabitə xidmətləri kəskin ARTIB
18 Fevral 2020 Türkiyədə ardıcıl İKİ ZƏLZƏLƏ baş verdi
18 Fevral 2020 Xarici dildə təhsil alan şagirdlərin DİQQƏTİNƏ! - Qərar verildi
18 Fevral 2020 Koronavirusla bağlı gömrük-sərhəd məntəqələrində nəzarət tədbirləri gücləndiriləcək
17 Fevral 2020 Zakir Qaralov idarə rəisini işdən çıxardı
17 Fevral 2020 Bəzi tibbi ləvazimatların ölkədən aparılması məhdudlaşdırılıb - VİDEO
17 Fevral 2020 Göyçayda yaşayış binasının suyuna elektirik enerjisi sızır - Sakinlər narahatdır - VİDEO
17 Fevral 2020 Bir protokolun izi ilə... - 22 il əvvəl yoxa çıxan avtomobil necə tapıldı... - VİDEO
17 Fevral 2020 Badamdarda yenidən torpaq sürüşməsi olub, bir ev zədələnib
17 Fevral 2020 Sürücü sükan arxasında ürəktutması keçirərək ölüb
17 Fevral 2020 Özünə italyan müğənnisinin adını ləqəb kimi götürüb, amma tamamilə başqa işlə məşğuldur
17 Fevral 2020 Ermənilərin Qarabağdan imtina etdiyi şok SAZİŞ
17 Fevral 2020 Azərbaycanda AĞIR QƏZA: Ölənlər və yaralananlar var
17 Fevral 2020 Türkiyədə güclü zəlzələ BAŞ VERDİ
17 Fevral 2020 Azərbaycanda ard-arda baş verən zəlzələlərlə bağlı VACİB AÇIQLAMA
16 Fevral 2020 İlham Əliyev Paşinyanı məsxərəyə qoydu

Dünyapress TV

Xəbər lenti