Göygöl ilə Maralgöl arasında basabas  7 kilometrlik yola görə 1 manatlıq “hamam” haqqı
Teref.az yazır ki, doğma Azərbaycanımızın ən görməli-gəzməli yerlərindən birinin, bəlkə də birincisinin Murovdağın quzeyində yerləşən Göygöl olması sirr deyil. Bu gözəl yurd yerinə “dağlar gözəli “ Göygölün tamaşasına gələnlər onun kiçik “bacısı” Maralgölə də baş çəkmək fürsətini əldən vermirlər. Di gəl, iki göl arasındakı 7 kilometrlik yolu qət etmək problemə çevrilib. Özəlliklə tur gəzintisinə çıxanlar vaxt çatışmazlığından, yaşlı və xəstə insanlar sağlamlıq imkanları yol vermədiyindən ayaqla yola çıxmaqdan imtina edirlər. Avtobusların ümidinə bel bağlayanlar isə əsl “hamam effekti” ilə üzləşirlər. Təsəvvür edin, 22 yerlik “Hyunday” avtobusları 60 -a yaxın sərnişini bir -birinin belində elə “daşıyır” ki, heç kimin cınqırı da çıxmır. Qayıdanda da basabasdan ürəyi tutanlar, nəfəsi tıncıxanlar yetərincədir. Özünü avtobusun, 14 yerlik “Qazel”in içinə dürtə bilənlər özlərini elə xoşbəxt sanırlar ki, elə bil bəy hamamına düşüblər. Belə “turist xidməti”ndən kim inciyər ? Pulu pul, minnəti də minnət. 1 manatını ver get basabasla Maralgölü gör, 1 manat ver qayıt eyni basabasla Göygölə. Görəsən, bu basabasa son qoymaq kimin üzərinə düşür? Burada qayda yaratmağı hansı qurum təmin etməlidir?

Xatırladaq ki, bu turizm obyektini daha çox xarici qonaqlar ziyarət edir, “basabas” mədəniyyətimizin hansı durumda təsəvvür edilməsi çətin olmaz. Maralgölə qalxan, kiminin 293, kiminin 363 saydığı pillələri qalxmaqdan bu “basabas mədəniyyəti”nin “hamam effekti” daha çətindir. Pillələri qalxmaq üçün 3-4 manatlıq rahat “at xidməti”ndən yararlanmaq mümkün olsa da, iki göl arasındakı yolu rahat getməyə nəqliyyat vasitəsi tapmaq mümkün deyil.

Görəsən, “ basabas effekti” turistlərdən özgə kimsəni rahatsız edirmi? Yoxsa, bu rahatsızlıqdan qazananlar var. Hər halda 15 dəqiqəyə ortalıq 80 manat gəlir az məbləğ deyil. ..

Məğrur Bədəlsoy
Teref.az

Bölmənin digər xəbərləri

21 Fevral 2020 Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən qəza baş verib - FOTO
21 Fevral 2020 Qubad İbadoğlunun qızına cinayət işi açıldı - VİDEO
21 Fevral 2020 Bu komissiyanın səlahiyyətlərindən biri ləğv edildi - QƏRAR
21 Fevral 2020 Dünyanın hər yerində qətllər həyata keçirən Əhməd Hamidov Dubayda yaxalandı
21 Fevral 2020 Virus təhlükəsi bizə çatdı – İranla sərhəd avtomobillər yoxlanılır
21 Fevral 2020 Zərdabdakı etiraz aksiyası ilə bağlı rəsmi açıqlama
20 Fevral 2020 "Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
20 Fevral 2020 Bərdədə sürücü sükan arxasında öldü
20 Fevral 2020 Buzovnada mühafizəçiyə çoxsaylı bıçaq zərbələri vuruldu
20 Fevral 2020 3 saylı klinik xəstəxanada biabırçılıq - Bakıda ölən şəxsi “soydular”
20 Fevral 2020 Bakıda narkoşəbəkə ifşa edildi - Kartla satış edirdilər - FOTO
19 Fevral 2020 "Aqrolizinq"i Rövşən Əsgərov kimiləri gözdən salıb... - İTTİHAM
19 Fevral 2020 95 Saylı Tərtər Seçki Dairəsindən Qeydə Alınmış Namizədlər Seçkiləri Saxtalaşdıran Şəxslərin Cinayət Məsuliyyətinə Cəlb Edilməsi Ilə Əlaqədar Prokurorluğa Müraciət Etdilər…
19 Fevral 2020 Bakıda ölən şəxsi “soydular” – 3 saylı klinik xəstəxanada biabırçılıq
19 Fevral 2020 Milyonluq borc qalmaqalı - icra başçısı məhkəməyə verildi
19 Fevral 2020 Oqtay Əsədovun terror şəbəkəsinin üzvü ilə fotosu üzə çıxıb
19 Fevral 2020 MSK Bəxtiyar Hacıyevin şikayətini müzakirəyə çıxardı – 6 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayıldı
19 Fevral 2020 Şamaxıda yenə zəlzələ oldu
19 Fevral 2020 Ata ağlayan körpəsini ütü ilə öldürdü, torbaya qoyub küçəyə atdı
19 Fevral 2020 "Jurnalist binaları"nın sakinləri BNA-ya müraciət etdi — MƏTN

Dünyapress TV

Xəbər lenti