İranın sonuncu şahının oğlundan XƏZƏRLƏ BAĞLI MESAJ: 40 illik...
Türkmənistanın Türkmənbaşı şəhərində avqustun 11-12-də Birinci Xəzər İqtisadi Forumu keçirildi. Forum nə ilə yadda qaldı?

Publika.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi analitik materialında bu suala cavab verməyə çalışıb.

Həmin materialı təqdim edirik:

"Birincisi, iqtisadi forum Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanın imzalanmasının bir illiyinə təsadüf etdi. 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bununla 22 illik danışıqlar sona çatdı. Ancaq hüquqi statusun müəyyənləşməsiylə bərabər Xəzər sahili ölkələr arasında əməkdaşlığın inkişafı yolları aranmadlı idi. Buna görə də hər il sahil ölkələrinin iqtisadi forumlarının keçirilməsinə qərar verildi. Gələnilki forum Rusiyanın Həştərxan şəhərində keçiriləcək, bu hesabla növbə Bakıya da çatacaq.

İkincisi, forumda sahil ölkələr Xəzər çərçicvəsindəki əməkdaşlıq imkanlarından danışdılar, bəzi təkliflər səsləndi. Doğrudur, forumda xüsusi sazişlər imzalanmadı və səslənən təkliflər də hələ niyyət xarakteri daşıyır. Məsələn Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər regional logistika mərkəzinin yaradılması təklifi ilə çıxış etdi. Türkmənistan prezidenti Xəzəryanı dövlətlərin öz aralarında yaxşı nəqliyyat əlaqəsi sistemi yaratmalı olduğunu vurğuladı. Onun sözlərinə görə, region ölkələri müasir liman infrastrukturu qurmalı, effektiv logistikanı təmin etməli və nəqliyyat sahəsində əməkdaşlıq planı üzərində daha aktiv çalışmalıdırlar.

Bu iş onsuz da gedir. Məsələn Azərbaycan və Qazaxıstan Xəzər sahilində yeni limanları məhz ona görə tikiblər ki, Xəzər üzərindən nəliyyat daşımaları artsın. Əslində regional layihələrə Türkmənistanın özünün qoşulmasına ehtiyac var. Türkmənistan prezidentinin logistik mərkəz təklifinin istə reallaşması problematikdir. Çünki, Xəzər sahili ölkələr status məsələsində razılığa gəlsələr də, regional layihələrdə ortaq baxışa malik deyillər. Çünki ortada fərqli regional layihələr var. Məsələn Moskva Çin mallarının Rusiya üzərindən Avropaya daşınmasını istəyərkən, Bakı Çin və Mərkəzi Asiya mallarının Ələt limanı və Bakı-Tbilisi-Qars üzrindən Avropa bazarlarına daşınmasını istəyir. İndi bu məsələdə Azərbaycanla Rusiyanın və İranın maraqları Xəzərdə necə üst-üstə düşə bilər? Azərbaycan Rusiya və İranla şimal-cənub nəqliyyat dəhlizinin istifadəsində maraqlıdır. Bu isə başqa regional layihədir. Başqa sözlə Azərbaycan hamı ilə bir yerdə əməkdaşlıq etməkdənsə, ikitərəfli və ya mümkün olduğu halda qruplar halında əməkdaşlığa üstünlük verir. Elə Türkmənistandakı forumda çıxış edən baş nazir Novruz Məmmədov, Azərbaycan Türkmənistan arasında əlaqələrin möhkəmlənməsinin vacib olduğunu bildirdi. İki ölkə arasında isə həllini gözləyən ən azı iki məsələ - Xəzərin dibinin bölüşdürülməsi və “Kəpəz” yatağının istifadəsinin həlli qalır.

Üçüncüsü, forumda çıxış edən Rusiyanın baş naziri Dmitri Medvedyev dedi ki, Rusiya Xəzərə axan Volqa çayının imkanlarının artırılmasına 200 milyard rubl xərcləyəcək. Maraqlı təşəbüsdür, ancaq bunun reallaşdırılması mexanizmləri müəyyənləşməlidir. Rusiyadakı iqtisadi vəziyyət və artan iflyasiya əldə olan maliyyənin ehtiyatla xərclənməsini diqtə edir. Məsələn Medvedyedin gizli tənqidçilərindən sayılan Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin hər rublun ehtiyatla xərclənməsinin tərəfdarıdır. Ona görə də Volqa çayına ayrılmalı olan 200 milyard rublun büdcədə yerini hələ tapmaq lazımdır.

Türkmənistandakı forumda əsas suallardan biri də bu idi: “Rusiya və İranın parlamentləri Xəzərin statusunu müəyyənləşdirən və ötən il imzalanan Konvensiyanı nə zaman ratifikasiya edəcəklər?” Rusiyanın baş naziri yaxınlarda Konvensiyanı ratifikasiya edəcəklərini vəd etdi. Eyni vədin Türkmənistanda İran tərəfdən səsləndirilməsinə dair məlumat yoxdur.

Azərbaycan parlamenti “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı fevral ayında təsdiq edib. Rusiya da sənədi təsdiq edərsə yerdə qalacaq İran. Bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif iyul ayının sonuna verdiyi açıqlamada demişdi ki, “lazımi prosedurdan sonra Konvensiya təsdiq üçün parlamentə göndəriləcək”.

Görünür, İran ali dini lideri ilə Milli Təhlükəsizlik Şurasının ratifikasiya üçün razılıqları lazımdır. Ancaq İran prezidenti ötən il Konvensiyanı imzalayanda ali dini liderin xeyir-duasını almışdı. Belədirsə, parlamentin ratifikasiyası niyə gecikir? Bu gecikmədən İran rejiminə müxalif olan qüvvələr də istifadə etməyə çalışır. 1979-cu il inqilabından sonra atasıyla ölkədən qaçan Məhəmməd Rza Pəhləvinin oğlu mühacirətdə yaşadığı ABŞ-dan Tehranın Xəzərin hazırki şəkildə bölüşdürüləsinə etiraz edib. Guya atasının vaxtında İranın Xəzərdəki payı daha çox idi, indi azaldı. Pəhləvi bunu deyərkən SSRİ adlı dövlətin var olmadığını və Xəzər sahilində yeni ölkələrin mövcudluğunu unudub. Pəhləvi sadəcə “İranın payı Xəzərdə azaldı” deyərkən ümid edir ki, onun bir qrup tərəfdarı Tehranda fəallaşa bilər.

Konvensiyanın imzalanması və ratifikasiyası indiki şəraitdə birinci növbədə İranın maraqlarına xidmət edir. İranı Amerika sanksiyalarından qurtara biləcək qonşu ölkələrlə ikitərəfli və regional əməkdaşlığı genişləndirməsidir. Elə İrandakı hakimiyyət 22 il danışıqları uzatdıqdan sonra Xəzərin statusuyla bağlı Konvensiyanı məhz ötən il ona görə imzaladı ki, Ağ Ev administrasiyasının yeni sanksiyaları fonunda qonşu ölkələrlə əməkdaşlığa ehtiyacı var idi. O ki qaldı, İranın sonuncu şahının Amerikadakı oğluna, onun bütün açıqlamaları ailə hakimiyyətinin İrana geri dönüşü ümidlərinə hesablanıb. O bu ümidlərlə 40 ildir yaşayır..."

Bölmənin digər xəbərləri

13 Dekabr 2019 "Xoşqədəm bir dəfə demədi ki, ağsaqqal, nə problemin var?" - döyülən körpələrin babası
13 Dekabr 2019 İmişlidə yük və minik avtomobilləri toqquşub, ölən və yaralılar var
13 Dekabr 2019 ATV-dəki əlbəyaxa davanın VİDEOSU YAYILDI
13 Dekabr 2019 Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu
13 Dekabr 2019 Azərbaycanın su ehtiyatları daha 15 faiz azala bilər (RƏSMİ)
13 Dekabr 2019 Azərbaycanda tanınmış baş redaktordan ŞOK açıqlama: "Vətəndaşlıqdan imtina edəcəmn...."
13 Dekabr 2019 Əlillərin inzibati və məhkəmə təminatı hüququ azadlığı pozulur - Məhkəmə müdafiəsi hüququna məhkəmə-müdafiəçi qadağası
13 Dekabr 2019 "Ayağı" polisin əlində qalan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA
13 Dekabr 2019 Azərbaycanlı deputatların polis və prokuror övladları - SİYAHI
13 Dekabr 2019 Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı
12 Dekabr 2019 Deputatlar silahlarını da təhvil verib? - “Tapançanın 2 darağından bir güllə belə istifadə etmədim”
12 Dekabr 2019 Milli Məclis seçkilərində MİLYARDER İZİ... - Gizli namizədlərlə seçkilərə qatılacaqlar...
12 Dekabr 2019 "Hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib" - YAP icra katibinin müavini
12 Dekabr 2019 Beyləqan ən geridə qalmış rayondur... - GİLEY
12 Dekabr 2019 Avropa komissarı: Azərbaycan ifadə azadlığı sahəsində irəliləyişə nail olmayıb”
12 Dekabr 2019 "Bu o demək deyildir ki, İlham Əliyev Heydər Əliyevin kadrları ilə işləmək istəmir..."
12 Dekabr 2019 Qanunsuz idman mərc oyunları təşkil edən internet saytları… –Mətbuat Şurası iclas keçirdi
12 Dekabr 2019 Kişi arvadını polislə yataqda tutdu - Bakıda biabırçılıq - Video
11 Dekabr 2019 “Müsavat”ın funksioneri müsavatçı jurnalisti məhkəməyə verdi - “Mühacir alver”i məsələsinə görə
11 Dekabr 2019 7 YAP-çı deputata razılıq verilib, 4 BİTƏRƏF DEPUTATIN İSƏ DƏSTƏKLƏNMƏYƏCYİ TAM DƏQİQLƏŞİB

Dünyapress TV

Xəbər lenti