“Amnesty International” Ermənistanı insan haqlarını pozmaqda ittiham edib
“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı Ermənistanla bağlı 2020−2021-ci illər üzrə məruzəsini təqdim edib.

“Report”un məlumatına görə, məruzədə bir sıra diqqət çəkən məqamlar yer alıb.

Məruzədə qeyd edilir ki, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyət rejimi fikir ifadəsi və sərbəst toplaşma azadlığını məhdudlaşdırıb.

Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyəti ölkədə siyasi həyəcanlara və baş nazirin istefası çağırışlarına gətirib çıxarıb, siyasi böhrana səbəb olub. Noyabrın 12-də baş verən qarışıqlıqlarda iştiraka görə 12 müxalifətçi həbs edilib. Qarışıqlıqlar zamanı baş nazirin iqamətgahı dağıdılıb, parlamentin spikeri qəzəbli kütlə tərəfindən amansızcasına döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, ölkədə hakimiyyət tərəfindən söz verilmiş məhkəmə və antikorrupsiya islahatları dayandırılıb. Bu isə bir sıra fəsadlara yol açıb.

İslahatların gedişinə həmçinin Qarabağ münaqişəsi və pandemiya da təsir edib. Konflikt, pandemiya iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərib.

Xəstəxanalar və ümumilikdə səhiyyə sektoru yüklənib. Onlar pandemiya və hərbi əməliyyatlar zamanı pasiyentlərin, yaralı hərbçilərin artan sayının öhdəsindən çətinliklə gəlib.

Məruzədə Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqla qadağan edilmiş kassetli bombalardan istifadəsi, Azərbaycanın mülki insanların yaşadığı Bərdə şəhərinin atəşə tutulması qeyd edilib.

Fövqəladə vəziyyət rejimi çərçivəsində 20-dən çox insanın toplaşması və pandemiya haqqında "qeyri-rəsmi informasiya"nın yayılması qadağan olunub. Hakimiyyət 20 nəşrə "əhali arasında çaxnaşmanın yayılmasına töhfə" verdikləri məlumatları düzəltməyə və ya silməyə məcbur edib. Yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt tənqidlərindən sonra media məhdudiyyətləri aradan qaldırılıb.

Bölmənin digər xəbərləri

12 Aprel 2021 “Müharibə statistikasında qorxulu həqiqət gizlənir” - Erməni politoloq
12 Aprel 2021 Vişnevski: Ukrayna ya dağılacaq, ya da...
12 Aprel 2021 İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Nətənz nüvə mərkəzində xəsarət alıb
12 Aprel 2021 Son dəqiqə: Şok görüntülər ortaya çıxdı! "Rusiya qarşıdurmaya hazır!"
11 Aprel 2021 Bəzi ölkələr qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştirak etməyəcək
11 Aprel 2021 Kim Çen In təhsil nazirini edam etdi
10 Aprel 2021 Bayden Konqresdən 715 milyard dollar tələb edir
10 Aprel 2021 “Hitler sağdır, türkləri də yəhudilər kimi...” – Skandal məktub
10 Aprel 2021 ABŞ-dan hesabat: Ən birinci İstanbul olacaq
10 Aprel 2021 Ukrayna Donbasda "İkinci Srebrenitsa"ya hazırlaşır?
10 Aprel 2021 Ermənistanın keçmiş səfiri Paşinyanı pəncərədən atacağına söz verdi
10 Aprel 2021 Türkiyə ABŞ hərbi gəmilərilə bağlı Rusiyanı xəbərdar edib
09 Aprel 2021 “İrəvan “əsirlər”i gözləyərkən Ceyhun Bayramov “mövzu bağlanıb” dedi”
09 Aprel 2021 Putin Paşinyanı oğulluğa GÖTÜRÜB? – 7 aprel görüşündə GİZLİ EYHAMLAR
09 Aprel 2021 Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı
09 Aprel 2021 Moskva: "ABŞ-la münasibətlərin ən pis ssenarilərinə hazırıq"
09 Aprel 2021 ABŞ-da evə silahlı hücum - 5 nəfər öldürüldü
08 Aprel 2021 Süveyş kanalında yaşananlar "Orta dəhliz"i aktuallaşdırır - TƏHLİL
08 Aprel 2021 Paşinyan Putinə Rusiya vaksininin Ermənistanda qeydiyyatı barədə yalan danışıb
08 Aprel 2021 Kim Çen In ölkəsindəki çətin vəziyyəti etiraf etdi

Dünyapress TV

Xəbər lenti