"Planet məhv olur, münasibəti dəyişmək vaxtıdır" - BMT
Birləşmiş Millətlər Təşkilatı (BMT) planetimizdə ekoloji situasiyanı əks etdirən168 səhifə həcmində «Təbiətlə barışıq» adlı hesabat dərc edib. Sənəddə Yer planetində iqlim dəyişikliyi barədə son elmi məlumatlar yer alıb.

Hesabatda həm də təsdiqlənir ki, maddi fayda əldə etmək istiqamətində permanent canatma şəraitində insanlar, nəhayət, «təbiət kapitalı»nı qiymətləndirməyi öyrənməlidirlər («CNN»).

«Biz, həddindən artıq uzun müddət təbiətlə mənasız və özünəqəsd səciyyəli müharibə apardıq - BMT Baş katibi Antoniu Quterriş bəyan edib - Nəticəsi isə bir-biri ilə qarşılıqlı bağlı olan ekoloji böhrandır - iqlimin pozulması, biomüxtəlifliyin itirilməsi və çirklənmədir ki, fərd olaraq insanları təhdid edir».

«Biz, öz sağlamlığımızı və rifahımızı risk altına alaraq, planeti məhv edirik» - BMT-nin ətraf mühit üzrə Proqramının icraçı direktoru bildirib.

Dünya planetin razılaşdırılmış müdafiəsi məqsədlərinə çatmaqdan xeyli uzaqdır. Fərdlər və ekosistemlər hər zaman olduğundan sürətlə yoxa çıxır, baxmayaraq ki, onların müdafiəsi üzrə qlobal öhdəliklər qəbul olunur. Hesabatda göstərilir ki, ozon qatının yavaş-yavaş bərpa olunmasına baxmayaraq, bəşəriyyət Paris sazişi ilə nəzərdə tutulmuş qlobal istiləşməni dayandırmaq üçün oriyentiri itirib.

Sənəddə xəbər verilir ki, planetdə havanın orta temperaturu bu yüzillikdə 3 dərəcə (Selsi) qalxa bilər ki, bu da bəşəriyyət üçün fəlakətlə nəticələnər. Heyvanların və bitkilərin mövcud olan 8 milyon növündən, bir milyondan artıq növü yox olmaq təhlükəsi ilə üz-üzədir. İnsanlar artıq bu gün təkcə hava kataklizmləri şəklində olduğundan da yüksək bədəl ödəyirlər.

Hesabata görə, hazırda dünyada xəstəliklərin dörddə biri ətraf mühitlə bağlı nəticələrdən qaynaqlanır. Havanın çirklənməsi ilə bağlı xəstəliklər hər il 6,5 milyon vaxtsız ölüm gətirir. Daha 1,8 milyon insan başlıca olaraq, təmiz suyun olmamasından ölür.

Mümkündür ki, hazırda bütün bunları dəyişməyin ən yaxşı vaxtıdır, nədən ki, dünya pandemiyadan sonra yenidən doğulur. Hesabatda deyilir ki, öz siyasətlərini yenidən işə salmağı düşünən hökmətlər təbiəti öz prioritetlərinə çevirə bilərlər.

«Covid-19 pandemiyası ilə bağlı böhran ona stimul verir ki, cəmiyyət dayanıqlı gələcəyə keçid barədə yenidən düşünsün. İqtisadi və maliyyə sistemləri bəşəriyyətin təbiətdən ala biləcəyi xeyli faydaları nəzərə almaq gücündə deyil, onunla ağıllı idarəçilik və onun balansını saxlamaq stimullarını təmin etmir. Daxili məcmu məhsul (DMM) kimi ənənəvi göstəricilər ətraf mühitin deqradasiyası və ya təbiət kapitalının ixtisarı səbəbilə yaranan itkiləri adekvat şəkildə nəzərə almır» - hesabatda deyilir.

Quterriş həm də deyib: «Sadəcə, iqtisadi siyasət sahəsində düşüncənin dəyişməsinin nə qədər əhəmiyyətli olduğuna bir neçə misal gətrə bilərik: biz, DMM artımını böyük miqdarlarda balıq ovlayarkən görə bilərik. Biz, təbiəti məhv edirik, amma biz, bunu rifahımızın artması kimi qəbul edirik. Biz, meşəni qırarkən, DMM-in artımını görürük. Biz, təbiəti məhv edirik, amma bunu DMM-in artımı hesab edirik».

AzPolitika.info

Bölmənin digər xəbərləri

28 Fevral 2021 Trampın milyardları əriyir - onun dəbdəbəli həyatı keçmişdə qalır...
28 Fevral 2021 Yunanıstana qaçmaq istəyən PKK-çılar ələ keçirildi
28 Fevral 2021 Azərbaycan Respublikasının Moldovadakı səfiri Qüdsi Osmanovun Xocalı soyqırımına dair məqaləsi Moldovanın nüfuzlu “Tribuna.md” və “ava.md” xəbər saytlarında rus və rumın dillərində dərc edilib.
27 Fevral 2021 Amerikalı jurnalist Ermənistanın 9 noyabr tarixli Bəyanatın şərtlərini pozduğunu sübut edib
27 Fevral 2021 Yunanıstan Türkiyə sərhədindəki adanı işğal etdi - FOTOLAR
27 Fevral 2021 Xocalı 29 il sonra: Fransa 1992-ci il qətliamını tanıyaraq, mövqeyini balanslaşdırarsa…
27 Fevral 2021 Rokfeller ailəsi BMT-nin baş qərargahının yerləşdiyi ərazini istəyir
27 Fevral 2021 Sarkisyan müxalifət nümayəndələri ilə görüşdü
27 Fevral 2021 ATƏT PA-nın iclasında Ermənistanın təxribatları xatırladılıb
27 Fevral 2021 Erməni yazıçı: "Sarkisyan, Koçaryan, Ter-Petrosyan və digərləri uşaq cəlladlarıdır" – VİDEO
27 Fevral 2021 Ermənistan prezidenti artıq "İngilis kraliçası" deyil?
27 Fevral 2021 Müxalifət Yerevanın mərkəzini blokadaya alır və...
27 Fevral 2021 Qasparyanın ordunu qaldırmağa "duxu" çatmadı, Paşinyan onu həbs etmək üçün polis göndərməyə ürək eləmədi...
26 Fevral 2021 SİNCAR-KƏRKÜK XƏTTİNDƏ KRİTİK HADİSƏLƏR:türkmənlərin bölgəni tərk etməməsi üçün Türkiyə təcili tədbirlər görməlidir - TƏHLİL
26 Fevral 2021 Ermənistanda məmurlar Paşinyana dəstək mitinqində iştiraka məcbur ediliblər
26 Fevral 2021 “İrəvana ordu yeridiləcək, Qasparyan Paşinyanı devirəcək“ - ŞOK AÇIQLAMA
26 Fevral 2021 Roma Papasının qatıldığı Xocalı tədbirinin təşkilatçısı: “Gözləmədiyim halda məktubuma cavab verdilər” - FOTO
26 Fevral 2021 Ermənistan polisi də AYAĞA QALXDI: bütün general-mayor və polkovniklər...
26 Fevral 2021 Prezidentə təzyiq olunur
26 Fevral 2021 NATO da Ermənistana çağırış etdi

Dünyapress TV

Xəbər lenti