Meksika Senatı ölkə prezidentinin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Meksika Senatının "Twitter" hesabında bildirilir.Məlumata əsasən, prezidentin toxunulmazlığına dair konstitusiya islahatı layihəsinin lehinə 89, əleyhinə isə 23 senator səs verib.