Paşinyan mühasirəyə alınır:
“Keçid dövrü üçün hökumət başçısı postuna karyerist məmur, hərbçi və ya menecer gətirilə bilər”



Görünür ki, Ermənistan Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyanı yumşaq bir şəkildə sıxışdırmaqla, onu hakimiyyətdən getməyin zəruriliyi fikri ilə razılaşdırmaq rolunu öz üzərinə götürüb. O bildirib ki, yalnız məsuliyyətli yanaşma hökumətin və hakim siyasi qüvvələrin potensiallarını obyektiv qiymətləndirməsi ola bilər. Prezident hesab edir ki, əvvəlcə ölkənin idarə olunması “yüksək peşəkarlardan təşkil edilən milli razılaşma hökumətinə” həvalə edilməlidir.



Bundan əlavə, Sarkisyan ictimai-siyasi həyatın müxtəlif sahələrinin nümayəndələri ilə görüşdüyünü və “mütləq əksəriyyətin bir məsələdə - Baş nazirin Konstitusiyaya uyğun olaraq istefası və ya səlahiyyətlərinin ləğvi və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə razılığa gəldiyini” söylədi.



Məlum olur ki, Paşinyan hər tərəfdən mühasirəyə alınıb. Ümid, vaxtilə onu hakimiyyətə gətirən adi tərəfdarlara və bir az da Qərb güclərinə - Fransa və ABŞ-a qalıb. Amma doğrulacaqmı? Ölkədə hakimiyyəti və nəzarəti əlində saxlamaq şansı varmı, yoxsa Paşinyanın gedişi artıq zaman məsələsidir?



AYNA-nın suallarını tanınmış rusiyalı mütəxəssislər cavablandırırlar.

1605934037_2.jpg

Rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, “North&Eastern Europe Research Political Center”-in rəhbəri Aleksandr Sıtin:



“Düşünürəm və hətta əminəm ki, Ermənistandakı hökumət əleyhinə nümayişlər Moskva tərəfindən təşkil olunub. Kreml uzun müddətdir Paşinyanın Amerika tərəfdarı və necə deyərlər, rusofob siyasətindən narazılığını bildirirdi. Ermənistanın məğlubiyyəti və Paşinyanın informasiya sahəsindəki aşkar səhvləri çıxışların təşkili üçün əla bir səbəb oldu.



Buna görə hesab edirəm ki, Paşinyanın hakimiyyətdə qalmaq üçün çox az şansı var. Amerikapərərstlərin cərgəsindəki qarşıqlıqdan istifadə edərək, Rusiya Ermənistan Nazirlər Kabinetinin başına öz marionet adamını qoymaq şansını qaçırmaycaq. Nəzərə alın ki, Ermənistanda Rusiya kəşfiyyatına (SVR) bağlı siyasi fiqurlar qıtlığı yaşanmır”.
1605934021_3.jpg

Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:



“Armen Sarkisyanın erkən parlament seçkilərinin qaçılmazlığı ilə bağlı açıqlaması göstərir ki, Ermənistan Baş nazirini istefaya məcbur edən təzyiqlər artacaq. Və Nikol Paşinyana bu təzyiqlər yalnız parlament və parlamentdən kənar müxalifətdən deyil, daha geniş elita nümayəndələri dairəsindən də göstərilir. Eyni zamanda, erməni elitası nümayəndələrinin çox əhəmiyyətli bir hissəsinin, tam atəşkəs haqqında ortaq bəyanatda göstərilən populyar olmayan tədbirlərin, məhz hazırkı Baş nazirin dövründə həyata keçirilməsində maraqlı olduqlarını güman etmək olar. Buna görə, bu tədbirlərin həyata keçirilməsindən sonra, yəni bir neçə həftədən sonra Nikol Paşinyanın istefa ehtimalı nəzərəçarpacaq dərəcədə artır.



Ermənistanın hazırkı Baş nazirinin gələcəkdə hakimiyyəti əlində saxlamaq şansı olduqca qeyri-müəyyən olaraq qalır. Ermənistan hüquq-mühafizə orqanlarının nümayəndələrinin etiraz aksiyalarına qarşı çıxmağa və hətta atəşkəs sazişinin imzalanması ilə həmrəy olduqlarını açıq şəkildə göstərməyə hazır olması (Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın da etdiyi kimi), çox güman ki, onların radikal qüvvələrin güclənməsinin qarşısını almaq niyyətlərini göstərir, lakin Nikola dəstək olmaqdan söhbət belə, getmir.



Eyni zamanda, Qarabağ ətrafında silahlı qarşıdurmanın kəskinləşməsindən çox əvvəl, qeyd etdiyim kimi, etiraz dalğası ilə hakimiyyətə gələn bir lider üçün hakimiyyəti itirmək təhdidi, məhz güc strukturlarının onun siyasi yaşamasında həlledici rol oynamağa başladığı bir dövrdə artır. Paşinyanın ənənəvi ictimai müxaliflərinin zəifləmiş mövqeləri, əlbəttə ki, ona vaxt qazanmağa imkan verir, lakin bunun yaxın gələcəkdə ona kardinal şəkildə kömək edəcəyi ehtimalı yoxdur.



Armen Sarkisyanın Nikol Paşinyanın mövqelərinin ciddi şəkildə zəifləməsi halında, keçid dövrü üçün yeni hökumətin əsas ictimai xadimi ola biləcəyi ssenarisi 2019-cu ilin yayında mətbuatda müzakirə olundu. Bu yol olduqca məntiqlidir - bir qayda olaraq, parlamentli bir respublikadakı Prezident hökumət başçısından daha az tənqid edilir və daha az “mənfi baqaj”la yüklənir.



Son günlərdə elitaların heç olmasa, bir hissəsinin (və ehtimal ki, xarici oyunçuların) dəstəyini almasaydı, Ermənistan Prezidenti çətin ki, ortaq razılaşmanın imzalanması prosesindən demonstrativ olaraq kənarlaşar və ictimai fəaliyyətini gücləndirərdi. Ola bilər ki, Armen Sarkisyanın rəhbər tutduğu ssenari, Paşinyanın istefasından sonra Prezidentin yeni hökumətin əsas ictimai siması kimi çıxış etməsini nəzərdə tutur. Keçid dövrü üçün hökumət başçısı postuna, məsələn, karyerist məmur, hərbçi və ya menecer - texniki biri gələ bilər”.

Bölmənin digər xəbərləri

24 Noyabr 2020 Ermənistan yavaş-yavaş Rusiyaya birləşir... - “Ermənistanın bütün sərhədlərində rus bayraqları dalğalanır”
24 Noyabr 2020 Moskvada baş vermiş terror hadisələri ilə bağlı polis polkovniki barəsində həbs qərarı çıxarılıb
24 Noyabr 2020 Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət etdi
24 Noyabr 2020 Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24 Noyabr 2020 RUSİYA KİV-ləri PUTİNƏ QARŞI? - Əvvəlki kimi ermənicə “danışırlar”...
24 Noyabr 2020 “Savaş başlayanda Paşinyan dedi ki, Putinə...” – Şok açıqlama
23 Noyabr 2020 Jirinovski erməniləri sərt tənqid etdi - Video
23 Noyabr 2020 Peqovdan Paşinyana ağır İTTİHAM: “Ermənilərə xəyanət edib!"
23 Noyabr 2020 Amerika ermənilərindən Paşinyana ETİRAZ - Həm pul, həm imza
23 Noyabr 2020 Aşotyan: Ermənistan dünya üçün kor bağırsağa çevrilir
23 Noyabr 2020 Erməni yepiskop Putinə məktub yazdı - Şuşa və Hadrutu...
23 Noyabr 2020 Efiopiya hökuməti Tiqra üsyançılarına təslim olmaq üçün 72 saat vaxt verdi
23 Noyabr 2020 Trampın qərargahı Corciyada növbəti dəfə səslərin yenidən sayılmasını tələb etdi
23 Noyabr 2020 Meloyan: Bakı diplomatları Füzuliyə aparır, bizim xain isə...
23 Noyabr 2020 Bayden bu tarixdə vəzifə bölgüsü edəcək
22 Noyabr 2020 Gürcüstan MSK-nın saytında problemlər yaranıb
22 Noyabr 2020 Türkiyədən diqqətçəkən həmlə - Daha bir gəmi Qara dənizə göndərilir
22 Noyabr 2020 Parisdə etiraz aksiyası - VİDEO
22 Noyabr 2020 Ermənilər Fransada şou-biznesidə öz təbliğatlarına qoşdular- Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale...
21 Noyabr 2020 "Savadı yoxdur..." - Keçmiş mətbuat katibi Paşinyanı yıxıb-sürüdü

Dünyapress TV

Xəbər lenti