“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb...“ -  Armen Sarkisyan
"Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub".

Teref.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli “Arovat” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: “1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindi. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.

Sarkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi: “Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi”.

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın “Feysbuk”dan “kopipast”dan başqa bir iş görmədiyini bildirib.

Bundan başqa, o, razılaşmır ki, Ermənistanda informasiya texnologiyaları sahəsi inkişaf edib. "Bizdə buna can atan çoxlu sayda istedadlı gənclər var, lakin bizdə həmin sistem yoxdur. Belarus kimi bir ölkədə, bu gün bir neçə dəfə, on dəfə daha çox proqramçılar fəaliyyət göstərir. Xaricdən, ABŞ-dan və Kanadadan böyük miqdarda pul yatırılan proqramlaşdırma sahəsi mövcuddur. 30 000 tələbənin təhsil aldığı İnformasiya Universiteti var. Dövlət bu sahəyə pul qoymayıb, lakin müvafiq siyasət aparıb. Və bu, Belarusa aiddir, Çinə, Fransaya və ya ABŞ-a yox. Biz burada da geri qalmışıq", - deyə prezident vurğulayıb.

Sarkisyanın sözlərinə görə, Ermənistanda elm də" axsayır": "Elmlər Akademiyası bir neçə dəfə ixtisar edilib, daha pis maliyyələşdirilir. Çox yaxşı alimlərimiz var, insanlar var, amma sistem yoxdur". (Virtualaz.org)

Bölmənin digər xəbərləri

24 Noyabr 2020 Ermənistan yavaş-yavaş Rusiyaya birləşir... - “Ermənistanın bütün sərhədlərində rus bayraqları dalğalanır”
24 Noyabr 2020 Moskvada baş vermiş terror hadisələri ilə bağlı polis polkovniki barəsində həbs qərarı çıxarılıb
24 Noyabr 2020 Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət etdi
24 Noyabr 2020 Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24 Noyabr 2020 RUSİYA KİV-ləri PUTİNƏ QARŞI? - Əvvəlki kimi ermənicə “danışırlar”...
24 Noyabr 2020 “Savaş başlayanda Paşinyan dedi ki, Putinə...” – Şok açıqlama
23 Noyabr 2020 Jirinovski erməniləri sərt tənqid etdi - Video
23 Noyabr 2020 Peqovdan Paşinyana ağır İTTİHAM: “Ermənilərə xəyanət edib!"
23 Noyabr 2020 Amerika ermənilərindən Paşinyana ETİRAZ - Həm pul, həm imza
23 Noyabr 2020 Aşotyan: Ermənistan dünya üçün kor bağırsağa çevrilir
23 Noyabr 2020 Erməni yepiskop Putinə məktub yazdı - Şuşa və Hadrutu...
23 Noyabr 2020 Efiopiya hökuməti Tiqra üsyançılarına təslim olmaq üçün 72 saat vaxt verdi
23 Noyabr 2020 Trampın qərargahı Corciyada növbəti dəfə səslərin yenidən sayılmasını tələb etdi
23 Noyabr 2020 Meloyan: Bakı diplomatları Füzuliyə aparır, bizim xain isə...
23 Noyabr 2020 Bayden bu tarixdə vəzifə bölgüsü edəcək
22 Noyabr 2020 Gürcüstan MSK-nın saytında problemlər yaranıb
22 Noyabr 2020 Türkiyədən diqqətçəkən həmlə - Daha bir gəmi Qara dənizə göndərilir
22 Noyabr 2020 Parisdə etiraz aksiyası - VİDEO
22 Noyabr 2020 Ermənilər Fransada şou-biznesidə öz təbliğatlarına qoşdular- Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale...
21 Noyabr 2020 "Savadı yoxdur..." - Keçmiş mətbuat katibi Paşinyanı yıxıb-sürüdü

Dünyapress TV

Xəbər lenti