image here
"Ermənistanın Azərbaycana qarşı davamlı təxribatlarına sərt cavab verilməlidir".

Bunu “Report”un Rusiya bürosuna sərhəddəki mövcud vəziyyəti şərh edən beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

Onun fikrincə, Azərbaycan Ermənistanın nazı ilə oynamağa son qoymalıdır: “Azərbaycan güclü, istənilən an öz torpaqlarını qaytarmaq iqtidarında olan bir dövlətdir. Məncə, vəziyyət bu baxımdan mürəkkəbdir və artıq elə bir həddə çatıb ki, danışıqlarda müəyyən diplomatik xətt izləmək, daha üzüyola olmamaq lazımdır. Yəni hər dəfə başqa sözlər deyən, əvvəlki razılaşmaları silib atan Paşinyanın növbəti bəyanatlarını gözləməyin mənası yoxdur. Bunlar çox uzana bilər. Məncə, son çıxışı zamanı İlham Əliyev Ermənistan tərəfinə olan iradlarını xeyli sərt şəkildə ifadə edib”.

Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunması barədə əvvəllər əldə edilən razılaşmalara məhəl qoymayan Ermənistan danışıqları uzatmağa çalışır: “Yerevan nəyisə gözləyir, amma məncə, bunun mənası yoxdur. Artıq Paşinyan rejiminin bütün bu fəndləri, vədlərini tutmaması bütün dünya ictimaiyyətini, o cümlədən Ermənistanın əsas zamini olan Rusiyanı da bezdirib. Bu mənada atəşə atəşlə cavab vermək məqsədəuyğun deyil. Vəziyyətin artıq 30 ildir bu şəkildə davam etdiyinə görə indi nəsə demək də çətindir. Deməli, daha sərt cavab vermək üçün zəmin hazırlanmalıdır. Elə cavab verilsin ki, Ermənistan tərəfi bir də atəş açmaq həvəsinə düşməsin. Eyni zamanda diplomatik səylər də davam etdirilməlidir. Yəni mütəmadi baş verən bu təxribatlara dözmək də düzgün deyil”.
"TEZADLAR.AZ"
 

Bölmənin digər xəbərləri

24 Oktyabr 2020 Türkiyədə koronavirusla bağlı son vəziyyət
23 Oktyabr 2020 “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib” - Litvalı jurnalist
22 Sentyabr 2020 Tehran Vaşinqtona sarsıdıcı cavab “vəd etdi”
22 Sentyabr 2020 “Putinin dostu Rotenberq, Rza Zərrab…” –Milyardlarla dollarlıq şübhəli əməliyyatların üstü açıldı
22 Sentyabr 2020 Çavuşoğlundan Ermənistana XƏBƏRDARLIQ: "Ağlını başına yığsın"
22 Sentyabr 2020 İlahiyyatçıdan şok açıqlama: “Türkiyədə vətəndaş müharibəsi hazırlanır”
21 Sentyabr 2020 Akardan yunanlara xəbərdarlıq: İcazə vermərik!
21 Sentyabr 2020 Rus hərbi maşınından PKK/YPG -li terrorçular çıxdı - Terrorçulara dəstək belə ifşa olundu (ŞOK VİDEO)
21 Sentyabr 2020 LATIŞ HƏKİM RUSCA DANIŞMADIĞI ÜÇÜN QÜRUR DUYUR – Rus dilinə qarşı qlobal nifrət artır!
21 Sentyabr 2020 Rusun “Vaqner”ini, PKK terrorçularını “ölümsüz” saymayaq. Suriyada, Donbasda milçək kimi məhv edilən də onlardır.
20 Sentyabr 2020 Prezident: "Ermənistanın başçısı Sorosdur"
19 Sentyabr 2020 Kraliça qalmaqallı prodüserin medalını geri aldı
19 Sentyabr 2020 Toyu karantinə görə təxirə düşənlərə 6 min pul veriləcək
19 Sentyabr 2020 ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə
19 Sentyabr 2020 Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI
18 Sentyabr 2020 Belarus iki ölkə ilə sərhədlərini bağladı –Lukaşenkodan bəyanat
18 Sentyabr 2020 Çeçen bloger Kadırovu ölümlə hədələdi
17 Sentyabr 2020 Navalnının Nobel mükafatına namizədliyi irəli sürüldü
17 Sentyabr 2020 Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib
17 Sentyabr 2020 ABŞ-ın bu şəhəri sular altında qaldı

Dünyapress TV

Xəbər lenti