Belarusu qarışdırmağa göndərilən muzdluların bəzilərinin kimliyi açıqlandı DONBASDA, SURİYADA, ÇEÇENİSTANDA DÖYÜŞƏNLƏR VAR...
Belarusda avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində vəziyyəti qarışdırmaq üçün göndərildiyi bildirilən və iyulun 29-da Minsk ətrafında yaxalanan rusiyalı muzdluların bəzilərinin kimliyi müəyyənləşib.

Virtualaz.org xəbər verir ki, “Novaya qazeta” həmin muzdlulardan bir qrupunun “Kremlin aşbazı” kimi tanınan oliqarx Aleksandr Priqojinin himayə etdiyi “Vagner” özəl hərbi şirkətinin döyüşçüləri olduğunu təsdiqləyən anket məlumatları əldə edib.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596191797_2.jpg

Həmin şəxslərin barələrində məlumat ”Vagnerin ordusu”nun təhlükəsizlik xidmətinin Molkino yaxınlığındakı təlim-məşq düşərgəsində saxladığı anketlərdə yer alır. Saxlanılan yaraqlılardan ən məşhuru 42 yaşlı Andrey Bakunoviçdir. O, 2020-ci il aprelin 24-də ekspertlərin Liviyadakı vəziyyətə dair BMT Təhlükəsizlik Şurasına təqdim etdikləri hesabatda fiqurantdır. Hesabatda Liviyada feldmaral Haftarın tərəfində döyüşən “Vagner” muzdlularından 122-nin şəxsiyyətinin müəyyən edilməsindən bəhs olunurdu.

“Novaya qazeta” araşdırıb ki, snayper Bakunoviç “Vagner ordusu”nun sıralarında 2014-cü ildən başlayaraq Ukraynanın separatçı Luqansk bölgəsində gedən döyüşlərdə iştirak edib. 2015-ci ilin yanvarında o, ciddi yaralanıb, Luqanskda müalicə olunub. Daha sonra Rusiyanın Cənub hərbi dairəsinin hospitalında müalicəsini davam etdirib. Sağalandan sonra “Vagnerin ordusu”nun sıralarında Bakunoviç dəfələrlə Suriyada ezamiyyətdə olub.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596191816_3.jpg

Digər saxlanılan şəxs-42 yaşlı Aleksey Sapronov (ləqəbi “Mozdok”) 2013-cü ilə qədər Rusiya DİN-də sürücü işləyib. Daha sonra “Vagnerin ordusu”unda sürücü olub. Orta təhsildən başqa təhsili olmasa da bu muzdlular ordusunda Sapronov özünə karyera qurub və rəhbər post tutub. Belarus televiziyasının reportajına əsasən “rusiyalı turistlərin” smartfon yazışmalarına əsasən Sapronoz qrupun rəhbəridir.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596191766_4.jpg

Digər muzdlu Sergey Maslov (ləqəbi “Artist”) Kaluqa vilayətində anadan olub. Sərhəd institutunda oxuyub, amma təhsilini yarımçıq qoyub, sərhəd qoşunlarında bir il gizir kimi qulluq edib. Daha sonra OMON-un “Zubr” dəstəsində olub. 2012-ci ildən isə maşın yuyan, taksi sürücüsü, kuryer kimi işlərdə işləyib. “Vagnerin ordusu”una 2016-cı ildə qoşulub və pulemyot bölüyünə keçib. Bundan sonra Suriyada olub.

Digər muzdlu-Başqırdıstan sakini, 45 yaşlı Rüstəm Zaydulin isə 2001-2003-cü illərdə Çeçenistanda kəşfiyyatçı olub, sonra özəl mühafizə şirkətndə işləyib. “Vagnerin ordusu”una 2015-ci ildə qoşulub. Suriya və Ukraynada gedən döyüşlərdə iştirak edib.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596191758_5.jpg

45 yaşlı Aleksey Volqin (ləqəbi “Volqa”) isə Starıy Oskolda yaşayıb, 1999-2000-ci illərdə Çeçenistan müharibəsində iştirak edib. 2014-cü ildə “Vagnerin ordusu”una qoşulub, atıcı və döyüş maşını sürücüsü kimi qulluq edib.

46 yaşlı Sergey Pavlenko Krasnodarda yaşayır. Ehtiyatda olan mayordur, 2016-cı ildə “Vagnerin ordusu”una qoşulub.

35 yaşlı Rinat Kərimov (ləqəbi “Avatar”) Çelyabinskdən olan inşaatçıdır. 2015-ci ildə Donbassda “Motorola” ləqəbli səhra komandirinin batalyonunda döyüşüb, 2016-cı ildən isə “Vagnerçidir”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596191774_6.jpg

Belarusda tutulanlardan daha biri Permdən olan 40 yaşlı sürücü Tahir Bəxtiqarayevdir, 2015-ci ildə “Vagner”ə qoşulub və daha sonra Suriyada döyüşüb. Tutulanlardan digəri, “Muzıkant” ləqəbli 31 yaşlı Vladimir Li iriçaplı pulemyot heyətinin komandiridir, 2010-cu ildə ordudan tərxis olunandan sonra müxtəlif mülki işlərdə işləyib.

“Novaya qazeta” saxlanılanlardan daha bir neçə nəfərinin anket məlumatlarını əldə edib, amma onların “Vagnerin ordusu”una daxil olduqlarını təsdiq edən birbaşa dəlillərin olmadığını qeyd edir. Bununla belə həmin şəxslər sosial şəbəkələrdə özlərinin hərbi geyimdə, silahlı fotolarını paylaşıblar. Müxtəlif vaxtlarda Donbassda separatçı silahlı qüvvələrin sıralarında döyüşdüklərini gizlətməyiblər.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596191761_7.jpg

Qəzet saxlanılanların seçkilər ərəfəsində Belarusda vəziyyəti qarışdırmaq niyyətində olduqları barədə rəsmi Minskin versiyasını inandırıcı hesab etmir. Çünki sanatoriyada tutulan “turistlərin” arasında siyasi texnoloqlar, təxribatlar, xüsüusi əməliyyatlar və diversiyalar üzrə mütəxəssislər yoxdur. Rusiya xüsusi xidmət orqanlarındakı mənbələr isə ehtimal edir ki, tutulanlar Belarusdan tranzit keçməklə Afrikaya və ya Yaxın Şərqə getməyi planlaşdırırdılar.
Xatırladaq ki, Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsov saxlanılanların Belarus üzərindən tranzit keçməklə İstanbula uçmağı planlaşdırdıqlarını, lakin reysə gecikdiklərini bildirib. Onun sözlərinə görə, həmin şəxslər “obyektlərin mühafizəsi” üçün cəlb edilib və üzərlərində heç bir silah olmayıb.

Virtualaz.org

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Təyyarə iki yerə bölündü: 20 nəfər öldü - Video
08 Avqust 2020 Gürcüstandan Rusiyaya TƏLƏB: Atəşkəs razılaşmasına əməl et...
07 Avqust 2020 Ceff Bezos “Amazon”un bir milyon səhmini satıb- 3,1 milyard dollara
07 Avqust 2020 “Avstriya Hava Yolları“ rüb ərzində 100 milyon avro zərərə düşüb- Pandemiya ilə əlaqədar
06 Avqust 2020 Afrikada müəmmalı dəvə ölümlərinin səbəbi açıqlandı
06 Avqust 2020 Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
05 Avqust 2020 Çindən ABŞ-a: Pandora qutusunu açma!
05 Avqust 2020 Tayfa lideri öldürülü, ara qarışdı – PKK silahsız insanları gülləbaran etdi
05 Avqust 2020 Beyrut qubernatoru ağladı - VİDEO
05 Avqust 2020 Livan təhlükəsizlik xidməti paytaxtda pirotexnikanın partlaması versiyasını təkzib edib
04 Avqust 2020 Rusiya Belarusda saxlanılan rusiyalıların azad edilməsində israr edir
04 Avqust 2020 General Ərdoğanı hədələdi: “Mərhəmət etməyəcəm”
04 Avqust 2020 Rusiyadan Qərbə: Dərhal cavabını verəcəyik!
03 Avqust 2020 Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
03 Avqust 2020 Həmkarlarını zorlayan Britaniyalı sabiq nazir tutuldu
03 Avqust 2020 Türkiyəni hədələdilər: “Bu, artıq hücum deməkdir”
02 Avqust 2020 İran kəşfiyyatı terrorçu lideri həbs edərək ölkəyə gətirdi
02 Avqust 2020 ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı
02 Avqust 2020 Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
02 Avqust 2020 "Bill Qeytslə sevgili olmağımız yalandır" - İlon Mask

Dünyapress TV

Xəbər lenti