VARİSLİK YARIŞI ARTIQ BAŞLAYIB? –
Maykl Rubin

“National Interest”, 23.05.2020

Ali Rəhbər Əli Xamnəi indi 81 yaşındadır. Səhhəti diqqətlə qorunan bir sirr olaraq qalsa da, keçmiş tibbi tarixçəsi, yaşı və digər yüksək səviyyəli liderlərin son illərdəki ölümləri iranlıları post-Xamnəi İslam Respublikasının necə görünə biləcəyini düşünməyə sövq edib.

Xamnəinin sələfi olmaq üçün iki əsas iddiaçı var: Xamnəinin 51 yaşlı oğlu Müctəba və məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi.

Hər ikisi açıq şəkildə təşviqat apara bilməz, İran sisteminin mahiyyəti ondan ibarətdir ki, Ekspertlər Məclisi – növbəti ali lideri rəsmi olaraq irəli sürən institusional güc mərkəzi möhürlü bir qurumdur, buna görə də, qeyri-rəsmi kampaniya rəsmidən daha vacibdir.

Rəisi tərəfdarları ilk atəşi artıq açmış kimi görünürlər. Keçən ay kiber məsələlər üzrə ixtisaslaşmış Gerdab.ir saytı xəbər verib ki, Qum Tələbə və Üləma Nümayəndələri Məclisi, Hövzə Mədəniyyət Mərkəzlərinin Koordinasiya Şurası və 400-dən çox professor, ölkənin 65 şəhərindən olan tələbə və alimlər məhkəmə hakimiyyəti rəhbərinə məktubla müraciət ediblər. Rəisiyə ünvanlanmış namədə onlar “kiber zorakılıq və cinayət” fəlakətində günahkar olanların mühakimə olunmasını xahiş ediblər.

Məktubda Əli Xamnəinin tez-tez verdiyi açıqlamaya uyğun olaraq, İslam Respublikasının qüdrət sahibi olması üçün kiber sahənin prioritetliyi xatırladılır, lakin sonra həm Rabitə Nazirliyi, həm də Ali Kibercinayət Şurasının öz vəzifələrini yerinə yetirmədiyindən şikayət olunur.

Rabitə Nazirliyinə 38 yaşlı, İranın ən gənc kabinə üzvü olan Məhəmməd Cavad Azəri Çəhromi rəhbərlik edir. İranlılar, adətən, ona potensial gələcək prezident kimi yanaşırlar, xüsusən Həsən Ruhaninin ikinci dövrünün sona çatması ilə. Yeni mötədil namizəd sərt tənzimçilərin gündəmində ola bilər.

Ali Kibercinayət Şurasının kastinqi daha maraqlıdır. O, 2012-ci ilin mart ayında Xamnəinin özü tərəfindən yaradılıb, İranın saysız-hesabsız kiber təşkilatlarını birləşdirmək və kiber siyasəti əlaqələndirmək məqsədi daşıyır.

Mədrəsə fəallarının eyni vaxtda Rəisiyə ərizə yazması və “televiziya, radio, İnternet, sosial şəbəkələrdə və [hər cür] yayımlanan əks-inqilabi və əks-mədəni fikirlərdən xalqın qorunmasının təmin edilməməsi”nə görə Ali Kibercinayət Şurasından şikayətlənmə təkcə ali liderin ritorikasının hərəkətlə dəstəkləmədiyini qabartma deyil, həm də Müctəba tərəfdarlarını incə şəkildə tənqid etməkdir.

Əksər təhlilçilər hesab edirlər ki, Rəisi İran siyasətininə ən mühafizəkar simalarındandır. Bu baxımdan 1989-cu ildə İran siyasi elitası Xomeyninin yerinə Xamnəini ona görə dəstəkləyib ki, Xamnəi nisbətən neytral və zəif idi, buna görə də, daxili güc balansına təhdid törətmirdi.

İnqilabların zamanla təbii olaraq liberallaşdığına və ya İranda da islahatların gec-tez qalib gələcəyinə inanan xarici diplomatlar və alimlər bu məqamda fasilə verməlidir. Rəisinin yüksəlişi hələ qeyri-müəyyəndir. Unutmayın, ölümündən əvvəl Ayətullah Xomeyni Hüseyn Əli Müntəzirini varislikdən uzaqlaşdırıb, son dəqiqədə “təmizlik” işləri aparıb.

Nəzəri olaraq, Rəisi ilə də eyni şey ola bilər. İslam İnqilabı Keşikçiləri Korpusu vəziyyətə nəzarəti öhdəsinə almaq qərarına gələrsə, hansı ruhaninin meydana çıxacağı bilinmir. Bununla belə, istər respublikaçı, istər demokrat, istərsə də “maksimum təzyiq” və ya uzlaşma tərəfdarı olsun, ABŞ post-Xamnəi dövrü İranını planlaşdırmalıdır, çünki iranlılar, deyəsən, artıq bu hazırlığı görürlər.

Tərcümə: Strateq.az

Bölmənin digər xəbərləri

15 İyul 2020 Zaxarovadan “həyəcanlı” açıqlama: “Kart, rulet, dərman...”
15 İyul 2020 İrana sərt xəbərdarlıq: “Məlumatımız var ki...”
15 İyul 2020 Almaniyada türk restoran sahiblərini hədələyirlər: “Yox ediləcəksiniz”
14 İyul 2020 Müstəqil jurnalist xarici səfirliklərə etiraz məktubu ilə\ müraciət etdi - MÜRACİƏT
14 İyul 2020 KTMT təcili toplandı: İrəvana kömək mümkündür? – Tixanski
14 İyul 2020 Trampın ABŞ torpaqlarını satmaq istəyi məlum olub
14 İyul 2020 Erməni sosial şəbəkə istifadəçiləri məlumat yaydı - Düşmənin itkiləri yüzlərlədir
14 İyul 2020 "KTMT Azərbaycana qarşı müharibəyə getməyəcək" - Trofimçuk
13 İyul 2020 Azərbaycana Rusiyadan da dəstək gəldi – Zaxarova Ermənistana söz atdı
13 İyul 2020 DƏHŞƏT: İnternetdən uşaq satırmışlar
13 İyul 2020 Türkiyənin bəyanatı qəti və konkret oldu:"Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”.
13 İyul 2020 İrəvan təxribat törədib, ardınca KTMT-yə şikayət etdi
12 İyul 2020 İranda qandonduran olay: Beynəlxalq təşkilat hərəkətə keçdi
12 İyul 2020 ABŞ-a qaçan virusoloq bütün gizlinləri açdı
11 İyul 2020 Virusdan da təhlükəli bəla yenidən gündəmdə - Dünya bir anda yox ola bilər
10 İyul 2020 Paşinyanın babası SSRİ-də xain hesab olunurdu – YENİ FAKTLAR
10 İyul 2020 Vəzifədən çıxandan sonra Putinlə münasibətləri necədir? – Medvedyev danışdı
09 İyul 2020 Rusiya əcnəbiləri niyə ölkədən buraxmır? – Matvienko açıqladı
09 İyul 2020 Alimlər çoxillik mübahisəyə son qoymaq istəyirlər - Dinozavrlar niyə yox olub?
08 İyul 2020 Bu ölkə komendant saatına keçir, xəstəxanalarda yer yoxdur

Dünyapress TV

Xəbər lenti