Yeni Çağ (Türkiyə): Rus muzdluları Liviyanı tərk etdilər
Liviyanın Beni Valid şəhərinin meri Səlim Nevir Rusiyanın özəl hərbi “Vaqner Qrupu” şirkətinin Haftarın sıralarında döyüşən muzdlularının ölkəni üç təyyarədə tərk etdiklərini söylədi. Onun açıqlamasını sosial şəbəkələrdə yayılan kadrlar da sübut edir. Ancaq görüntülərdə yaraqlıların vaqnerçilər, yoxsa türk muzdluları oldyğunu anlamaq çətindir.

KONKRET.az xəbər verir ki, Türkiyənin pilotsuz təyyarələrinin Liviya ordusuna verdiyi dəstəkdən sonra BƏƏ, Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən tanınan qiyamçı Haftarın qoşunlarına edilən hücumlar bölgənin taleyini dəyişir.

Səlim Nevir yerli televiziyaya verdiyi müsahibədə “Vaqner Qrupu”ndan olan rus muzdluları barədə açıqlamalar verib.

Şəhər ağsaqqallarının yığıncağında muzdluların şəhəri tərk etmələri üçün Haftarın yaraqlılarına yerli vaxtla saat 15: 00-a qədər vaxt verildiyini bildirən Nevir “Vaqner Qrupunun qüvvələri üç təyyarə ilə çıxarıldı” deyib.

O, əlavə edib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Beni Validə “Vaqner Qrupu”nun qüvvələrini qorumaq üçün gətirilmişdi.

Geri çəkilmənin görüntüləri sosial şəbəkələrdə diqqət çəkib

Digər tərəfdən, Liviyadakı bir çox sosial media istifadəçisi “Vagner Qrupu”nun muzdlularının paytaxtın cənubunda yerləşən Tarhun şəhərindən geri çəkilmə və Beni Valid şəhərinə doğru hərəkət etmə görüntülərini paylaşıblar.

Bu görüntülər Vaqnerçiləri daşıyan hərbi və mülki nəqliyyat vasitələrinin artilleriya batareyaları və hava hücumundan müdafiə sistemləri ilə müşayiət olunduğunu göstərir.

Bu yaxınlarda Liviya ordusu Haftar yaraqlılarına qarşı müharibədə bir çox uğur əldə etdi.

Mayın 18-də Liviya hökuməti Haftar yaraqlılarını ölkənin qərbindəki Al-Batıya strateji bazasından qovduqdan sonra qərb bölgələrindəki müxtəlif yaşayış məntəqələrini azad etməyə davam etdilər.

Dünən mayın 24-də ordu birləşmələri paytaxtın cənubundakı geniş bir bölgəni, o cümlədən Xamza, Yermuk, Savarıx hərbi bazalarını azad etdi, Əl-Tekbali düşərgəsi nəzarətə götürüldü.

Haftar yaraqlılarının tərk etdiyi ərazilərdə çox miqdarda partlayıcı basdırıldığı ortaya çıxdı.

Rusiyanın “Vaqner Qrupu” Haftar tərəfində mübarizə aparır

Kremlin yüksək vəzifəli şəxslərinə yemək verilməsində iştirak etdiyi üçün “aşpaz” ləqəbini almış Yevgeni Priqojinə məxsus özəl hərbi şirkət Suriya, Ukrayna, Liviya və Afrika ölkələrindəki muzdlu və siyasi fəaliyyətləri ilə tanınır.

Bu şirkətin adı tez-tez Krımın Rusiya tərəfindən qanunsuz ilhaqı və Moskvanın Ukraynanın şərqindəki separatçı qruplara verdiyi dəstək zamanı xatırlandı. BMT-nin verdiyi məlumata görə, Tripoli uğrunda döyüş cəbhəsində mindən çox “Vaqner Qrupu”nun muzdluları döyüşür.

Bu günlərdə Haftar Türkiyəni təhdid etdi!

Haftarın Türk hərbçilərinə etdiyi təhdidə cavab olaraq “Liviya tarixindəki ən böyük hava kampaniyasını görərsiniz” deyən Türkiyə Xarici İşlər Nazirliyi “Türk maraqlarına zərbə olarsa, Haftar ünsürləri qanuni məqsədlərimizə çevriləcəkdir”, Türkiyə prezidentinin sözçüsü Kalın isə “Ən sərt şəkildə cavab verəcəyik” sözlərini bildirib.

Bölmənin digər xəbərləri

15 İyul 2020 Zaxarovadan “həyəcanlı” açıqlama: “Kart, rulet, dərman...”
15 İyul 2020 İrana sərt xəbərdarlıq: “Məlumatımız var ki...”
15 İyul 2020 Almaniyada türk restoran sahiblərini hədələyirlər: “Yox ediləcəksiniz”
14 İyul 2020 Müstəqil jurnalist xarici səfirliklərə etiraz məktubu ilə\ müraciət etdi - MÜRACİƏT
14 İyul 2020 KTMT təcili toplandı: İrəvana kömək mümkündür? – Tixanski
14 İyul 2020 Trampın ABŞ torpaqlarını satmaq istəyi məlum olub
14 İyul 2020 Erməni sosial şəbəkə istifadəçiləri məlumat yaydı - Düşmənin itkiləri yüzlərlədir
14 İyul 2020 "KTMT Azərbaycana qarşı müharibəyə getməyəcək" - Trofimçuk
13 İyul 2020 Azərbaycana Rusiyadan da dəstək gəldi – Zaxarova Ermənistana söz atdı
13 İyul 2020 DƏHŞƏT: İnternetdən uşaq satırmışlar
13 İyul 2020 Türkiyənin bəyanatı qəti və konkret oldu:"Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”.
13 İyul 2020 İrəvan təxribat törədib, ardınca KTMT-yə şikayət etdi
12 İyul 2020 İranda qandonduran olay: Beynəlxalq təşkilat hərəkətə keçdi
12 İyul 2020 ABŞ-a qaçan virusoloq bütün gizlinləri açdı
11 İyul 2020 Virusdan da təhlükəli bəla yenidən gündəmdə - Dünya bir anda yox ola bilər
10 İyul 2020 Paşinyanın babası SSRİ-də xain hesab olunurdu – YENİ FAKTLAR
10 İyul 2020 Vəzifədən çıxandan sonra Putinlə münasibətləri necədir? – Medvedyev danışdı
09 İyul 2020 Rusiya əcnəbiləri niyə ölkədən buraxmır? – Matvienko açıqladı
09 İyul 2020 Alimlər çoxillik mübahisəyə son qoymaq istəyirlər - Dinozavrlar niyə yox olub?
08 İyul 2020 Bu ölkə komendant saatına keçir, xəstəxanalarda yer yoxdur

Dünyapress TV

Xəbər lenti