Avropadan Ukraynaya böyük xəyanət! -
Avropa Birliyi (AB) və onun bir neçə üzvü blokun qaydalarını pozaraq Rusiyanın ilhaq etdiyi Krımın de-fakto hakimiyyəti ilə ünsiyyət qura, regiondakı vəziyyətlə bağlı Moskvanın dəstəklədiyi videokonfransa qatıla bilər.


AB üzvü ölkələrindən iki diplomat “Azadlıq” radiosuna deyib ki, blokun 27 üzvündən 19-dan müxtəlif səviyyəli təmsilçilər, eləcə də AB-nin BMT-dəki nümayəndə heyəti mayın 21-də keçirilən tədbirə qatılmağı planlaşdırırlar. “Aria” adlı videokonfransda Krımdakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, Moskva 2014-cü ilin martında Ukraynanın Krım vilayətinə hərbçilərini göndərməklə oranı tutub, sonradan keçirdiyi referendumu isə azı 100 ölkə qanunsuz sayıb. Rusiya Ukraynanın şərqində 13 mindən çox insanın ölümünə səbəb olmuş münaqişədə separatçıları dəstəkləyir.

Bu ilhaqa cavab olaraq Avropa Birliyi bütün diplomatları üçün sərt qaydalar hazırlayıb, Krımın statusu, yaxud de-fakto ilhaqını tanımağı hədəfləyən hər hansı tədbirdə, istənilən səviyyədə iştirakı qadağan edib.

BMT-nin tez-tez keçirdiyi “Aria” toplantılarında qurum üzvləri beynəlxalq təhlükəsizlik məsələləri haqda məlumat əldə edir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya iclasda açılış və bağlanışçıxışı edəcək, Rusiyanın ilhaqının tərəfdarları isə təqdimatlar edəcəklər.

Çıxışçılar Krım müftisinin müavini Əsədullah Bağırov, yarımadanın Ukrayna icmasının başçısı Anastasya Gridçina, Krımın “Millet” televiziyasının direktor müavini Ervin Musaev və“Krım” telekanalının aparıcısı Aleksandr Makardır.Planda Krımdakı real vəziyyətlə bağlı orada yaşayanların bilgi verəcəyi vurğulanır. Tədbirə həm AB, həm də Almaniyanın təmsilçiləri qatılacaq. Belçika və Fransa da iştirak edəcəklərini deyiblər.

Yalnız Bolqarıstan, Finlandiya, Niderland, Polşa, Rumıniya və üç Baltik ölkəsi iştirakdan imtina edib.

Radionun əlaqə saxladığı bəzi rəsmilər AB diplomatlarının iştirakının sözügedən qaydalara zərbə vuracağından, bundan təbliğat məqsədilə istifadə oluna biləcəyindən narahatlıq bildiriblər. AB-dən şərh almaq mümkün olmayıb.

Ukraynanın BMT-dəki səfiri Sergey Ksliyak AB üzvlərinin iştirakını şərh etməsə də, iştirakçıların “yeni bir şey eşitməyəcəyini” söyləyib: “Rusiyalılar və onların oyunçuları‘Krım xalqının Rusiyaya könüllü birləşməsi’ haqda daha bir təbliğat eşidəcəklər, beynəlxalq ictimaiyyəti isə təməl həqiqətləri bir daha vurğulayacaq: Krım yarımadası müvəqqəti işğal olunub; Rusiya işğalçı dövlətdir; işğalçı dövlət insan haqları pozuntularını dayandırmalıdır”.

Bölmənin digər xəbərləri

30 May 2020 ABŞ-ın Rusiyaya süni nəfəsalma cihazları göndərmək planları suallar doğurur
30 May 2020 Amerikalı senator Tvitterə cinayət işi açılması üçün hərəkətə keçdi
30 May 2020 Çin sözünə əməl etmir, sanksiya olacaq - Tramp
30 May 2020 İran qonşusu ilə sərhədləri açır
30 May 2020 Putindən Qələbə paradı ilə bağlı - Qərar
30 May 2020 Jurnalist canlı yayım zamanı saxlanıldı
29 May 2020 Gözəl qadınların vurğunu, bahalı həyatı sevən — Qabon prezidenti Ali ben Bonqo
29 May 2020 Qazaxıstandan ofşorluğa 140 milyard dollar ötürülüb – senator
29 May 2020 Gürcüstan Ermənistana kömək təklif etdi
29 May 2020 Elon Musk-ın övladının adını dəyişməsi gülüş doğurdu
29 May 2020 ABŞ qubernatorundan türk diplomatın qatili ilə bağlı qərar
28 May 2020 Ər-arvad evdə təmir zamanı Vikinqin məzarını tapdı
28 May 2020 Gizlətməyə çalışdığı əli Kadırovun sirrini açdı - VİDEO
28 May 2020 Erməni deputat Paşinyanı ittiham etdi
28 May 2020 Rusiya ABŞ-ın iddialarına cavab verdi
28 May 2020 Yaponiya COVID-19 pandemiyasına necə qalib gəldi:Bu ölkə dünyanı yenə MAT QOYDU
28 May 2020 Paşinyanın babasının faşist əlaltısı olmasını sübut edən SƏNƏDLƏR - MƏQALƏ
26 May 2020 İstanbulda dünyanın ən böyük xəstəxanalarından biri istifadəyə veriləcək- Mayın 29-da
26 May 2020 “Karantin daha çox insanı öldürdü, nəinki xilas etdi” - Nobel mükafatçısı
26 May 2020 Çində qədim tapıntı - İçində nə olduğu bilinmir

Dünyapress TV

Xəbər lenti