Paşinyan çətin durumda- Kreml dəstəkdən imtina edir/Şərh
Yeni növ koronavirus infeksiyası COVID-19-un yayılması ilə əlaqədar olaraq Ermənistanda martın 16-dan etibarən fövqəladə vəziyyətin tətbiq edilməsi və onun iyunun 13-nə qədər uzadılması iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin əsaslı şəkildə zəifləməsinə səbəb olub. Yaranacaq iqtisadi və sosial problemlərin qarşısını almaq məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər iqtisadiyyatın dəstəklənməsinə şərait yaratsa da, Ermənistanın maliyyə resurslarının az olması bir sıra maliyyə problemlərinin yaranmasına yol açıb.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin iqtisadiyyat üzrə eksperti Orxan Bağırov bildirib.

O qeyd edib ki, Ermənistan hökuməti COVID-19-un yaratdığı iqtisadi problemlərin aradan qaldırılması üçün 307 milyon ABŞ dolları həcmində yardım paketi ayırıb:
“Bu vəsaitin 51,2 milyon dolları sosial-iqtisadi problemlərin aradan qaldırılmasına, 163,8 milyon dolları uzun müddətli iqtisadi və inkişaf proqramlarının həyata keçirilməsinə, 40,95 milyon dolları isə rezerv vəsaitlərinin yenidən bölüşdürülməsinə xərclənəcək. Ermənistan hökuməti tərəfindən 2020-ci il üçün qəbul edilmiş büdcə layihəsində iqtisadiyyatın artım proqnozu 4,9% səviyyəsində, inflyasiya 4% ətrafında, büdcə gəlirləri 3,46 milyard dollar, büdcə xərcləri 3,79 milyard dollar, büdcə kəsri isə 330 milyon dollar həcmində proqnozlaşdırılsa da koronavirusun yaratdığı iqtisadi problemlər ilin sonuna qədər bu göstəricilərin dəyişməsinə səbəb olacaq. Belə vəziyyətdə Ermənistan hökuməti böyük maliyyə resurslarına malik olmadığından istər iqtisadiyyata dəstək proqramını həyata keçirmək üçün, istərsə də büdcə kəsrini maliyyələşdirmək üçün borc almaq məcburiyyətində qalacaq. Proqnozlara əsasən qeyd edilən istiqamətlərdə maliyyələşməni həyata keçirmək üçün Ermənistan hökuməti 532,3 milyon dollar həcmində əlavə borclanmaya getməli olacaq. Bunun üçün Ermənistan digər dövlətlərə və beynəlxalq maliyyə təşkilatlarına “üz tutmalı” olacaq. Artıq bir sıra maliyyə təşkilatları Ermənistana yardım ayırmağa hazır olduqlarını bəyan edib. ABŞ Dövlət Departamenti isə Ermənistana ayrılacaq yardımın həcmini 1,1 milyon dollardan 1,7 milyon dollara qədər artırıb. Bundan başqa Avropa İttifaqı tərəfindən Ermənistana 92 milyon avro yardımın ayrılacağı elan edilib və Dünya Bankı 3 milyon dollar həcmində yardım ayırıb. Lakin yaranan maliyyə problemlərini həll etmək üçün Ermənistanın daha böyük maliyyə resurslarına ehtiyacı olacaq. Ermənistan hökumətinin borclanmaya getməsi isə onsuz da son illərdə yüksək olan və artan dövlət borcunun daha da yüksəlməsinə gətirib çıxaracaq”.

Orxan Bağırov bildirib ki, böyük xarici borcun mövcudluğuna baxmayaraq uzun illər Ermənistan iqtisadiyyatının “ayaq üstə” qalmasının əsas səbəbi digər ölkələrdən və maliyyə təşkilatlarından alınmış yardımlar olub:
“Lakin pandemiya ilə əlaqədar olaraq bütün dünyanı iqtisadi problemlərin bürüməsi və Ermənistana iqtisadi baxımdan əsas dəstək verən Rusiyanın həm virusla bağlı kəskin iqtisadi problemlərlə qarşılaşması, həm də neft gəlirlərinin kəskin azalması onun Ermənistana dəstək vermək imkanlarını azaldır. Digər tərəfdən post-pandemiya dövründə bir çox kiçik dövlətlərin maliyyə vəsaitlərinə ehtiyacı artacaq və nəticədə güclü rəqabət formalaşacaq. Bu isə son nəticədə borc almaq imkanlarını azaldacaq. Ona görə də hazırkı durumda Ermənistan üçün məcburi şəkildə artacaq büdcə kəsirini maliyyələşdirmək məqsədilə xarici borc alması əvvəlki qədər asan olmayacaq”.

Ekspert daha sonra deyib:
“Son illərdə Ermənistanda baş verən siyasi proseslər onu göstərir ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində və sonrakı dövrdə öz populyarlığını qorumasında iqtisadi amillərin rolu böyük olub. Əvvəlki hakimiyyətin dövründə kəskin sosial-iqtisadi problemlərin mövcud olması inqilabın baş verməsində böyük rol oynayıb. Paşinyanın isə iqtisadi sahədə islahatlar həyata keçirilməsi ilə bağlı vədlər verməsi onun seçilməsinə əsaslı formada təsir edib. O baş nazir seçildikdən sonra da Ermənistanda iqtisadi artım göstəricilərinin yüksəlməsi yeni hakimiyyətin populyarlığını qorumasına imkan yaradıb. İqtisadi artım göstəriciləri həyata keçirilən iqtisadi siyasətin uğurlu olması, verilən vədlərin yerinə yetirilməsi və sosial-iqtisadi problemlərin həll edilməsi ilə bağlı təbliğatın aparılmasına imkan yaradıb. Buna görə də Paşinyan hakimiyyəti üçün xalqın etimadının qorunmasında iqtisadi sahədə əldə edilmiş uğurlar əsas amillərdən biri kimi çıxış edir. Ona görə də pandemiya ilə bağlı iqtisadi problemlərin yaranması və bu problemləri nə dərəcədə səmərəli şəkildə idarə edilməsi yeni hökumət üçün böyük sınaqdır.

Pandemiyanın yaratdığı problemlər iqtisadi sahədə verilən vədlərin və planlaşdırılan tədbirlərin həyata keçirilməməsi ilə nəticələnə bilər ki, bu da hakimiyyət üçün təhdidə çevrilə bilər. Yaranan iqtisadi problemlərin nə dərəcədə səmərəli idarə edilməsi Paşinyan hakimiyyətinin davamlılığına əsaslı surətdə təsir edəcək”.

Müəllif: Səxavət Həmid

Bölmənin digər xəbərləri

31 May 2020 Popova azərbaycanlı aparıcının verilişində pandemiya ilə bağlı bütün detalları paylaşdı - ŞOK AÇIQLAMALAR
31 May 2020 ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
31 May 2020 Rusiya XİN ABŞ-ın iddialarını rədd etdi
31 May 2020 İran Suriyadan 20-30 milyard dollar istəyir: “Pulumu verin!”
31 May 2020 Rusiyadan ABŞ-a reaksiya: "Beynәlxalq hüquq normalarına zәrbә vurur"
31 May 2020 Ukrayna prezidentinin ötən ilki gəliri açıqland ı- 1 milyon dollardan çox qazanıb
30 May 2020 ABŞ-ın Rusiyaya süni nəfəsalma cihazları göndərmək planları suallar doğurur
30 May 2020 Amerikalı senator Tvitterə cinayət işi açılması üçün hərəkətə keçdi
30 May 2020 Çin sözünə əməl etmir, sanksiya olacaq - Tramp
30 May 2020 İran qonşusu ilə sərhədləri açır
30 May 2020 Putindən Qələbə paradı ilə bağlı - Qərar
30 May 2020 Jurnalist canlı yayım zamanı saxlanıldı
29 May 2020 Gözəl qadınların vurğunu, bahalı həyatı sevən — Qabon prezidenti Ali ben Bonqo
29 May 2020 Qazaxıstandan ofşorluğa 140 milyard dollar ötürülüb – senator
29 May 2020 Gürcüstan Ermənistana kömək təklif etdi
29 May 2020 Elon Musk-ın övladının adını dəyişməsi gülüş doğurdu
29 May 2020 ABŞ qubernatorundan türk diplomatın qatili ilə bağlı qərar
28 May 2020 Ər-arvad evdə təmir zamanı Vikinqin məzarını tapdı
28 May 2020 Gizlətməyə çalışdığı əli Kadırovun sirrini açdı - VİDEO
28 May 2020 Erməni deputat Paşinyanı ittiham etdi

Dünyapress TV

Xəbər lenti