Rusiyaya necə, girmək, oradan necə çıxmaq olar? -
Orta Asiyadan yüzlərlə miqrant bir neçə gündür Rusiya-Qazaxıstan sərhəd-keçid məntəqələrində qalıb. Koronavirus pandemiyası ucbatından Rusiyada işlərini itirmiş bu şəxslər ölkələrinə qayıtmağa çalışırlar.

İş istəyən minlərlə miqrant ölkəsinə qayıda bilmədiyi bir vaxtda doğma yurdlarında minlərlə gələcək miqrant Rusiyaya getməyə can atır. Miqrantların çoxu Qazaxıstan sərhədinə mayın əvvəlində yığışıb, güman ediblər ki, Qazaxıstan mayın 11-də sərhədləri açacaq, fövqəladə vəziyyətin başa çatdığını elan edəcək.


Qazaxıstan özbək, qırğız, tacik miqrantlar üçün Rusiyaya aparan əsas tranzit marşrutudur. “Qazaxıstan sərhədi bağlıdır”, – Rusiyanın Samara regionunda miqrantlardan biri radionun Özbəkistan xidmətinə deyib. “Buraya Özbəkistandan 400-500 nəfər yığışıb”, – özünü Fərrux kimi təqdim edən miqrant söyləyib.

"Azadlıq" radiosunun əldə etdiyi videolarda Maştakovo sərhəd-keçid məntəqəsində qadınlar və uşaqlar daxil xeyli insanın Özbəkistan hökumətindən onları evlərinə çatdırmaq üçün kömək istədiyi görünür. “Son qəpik-quruşumuzu ərzaq və suya xərcləyirik, heç nəyimiz yoxdur. Rusiya miqrantların getməsinə icazə verir, amma Qazaxıstan bağlıdır”, – bir qadın gileylənib. Çoxları acınacaqlı şəraitdə olan düşərgələrdə qalır. Rusiya-Qazaxıstan sərhədi boyunca digər keçid məntəqələrində də oxşar durum yaranıb. Bəzi qırğız miqrantların sərhədə piyada getdikləri bildirilir.

Bəzi yerlərdə Rusiya hökuməti miqrantlara çadır paylayıb, digərləri öz maşınlarında yatır.

Özbəkistanın Xarici İşlər Nazirliyi mayın 14-də bildirib ki, vəziyyəti həll etməyə çalışırlar, diplomatları Rusiya və Qazaxıstan rəsmi orqanları ilə əlaqə saxlayır. “Vətəndaşlarımızın Qazaxıstandan keçərək evə qayıtmaq planlarından xəbərdar idik, onlar xəbərdarlıq etmişdik ki, belə etməsinlər”, – TASS xəbər agentliyi mayın 13-də özbəkistanlı diplomatlara istinadla yazırdı.

Xarici İşlər Nazirliyi elan edib ki, hökumət mayın 14-də və 24-də özbəkistanlıların ölkəyə qayıtması üçün Daşkəndlə Rusiya şəhərləri arasında yeddi uçuş təşkil edəcək.

Qırğızıstanın Rusiyadakı səfəri Alikbek Jekşenkulov isə deyib ki, 400-dək qırğızıstanlını Rusiya təyyarəsi ilə vətənə qaytarmağa ümid edirlər. Rusiya təyyarəsi mayın 17-də Bişkekə uçaraq Rusiya vətəndaşlarını Qırğızıstandan çıxarmalıydı.

Rusiyada Qırğızıstan, Tacikistan və Özbəkistandan milyonlarla miqrant işləyir. Bu Orta Asiya ölkələrində 1990-cı illərin əvvəllərindən işsizlik böyük problemdir.

Dünyada koronavirusa yoluxmalar üzrə Rusiya hazırda ikinci yerdədir. Ölkədə miqrantların əsas iş yerləri olan tikinti sahələri, zavodlar bağlanıb. Bu arada Orta Asiyada yüzlərlə insan Rusiyaya getməyə ümid bəsləyir. Tacikistanın cənubundakı Xatlon vilayətində Şorahmat Alimov deyir ki, sərhədlərin nə vaxt açılacağı ilə bağlı xəbərləri daim izləyir, Rusiyanın Surqut şəhərinə gedə biləcəyi günü gözləyir. Orta Asiyadan miqrantlar əsasən həmin şəhərə üz tuturlar. “İndi koronavirus hər yerdədir. Tacikistanda həm virus, həm də aclıqla mübarizə aparıram. Mən şansımı sınayıb Rusiyaya iş dalınca getmək istəyirəm”, – Alimov deyib.

İndilik, Rusiya və Orta Asiya ölkələrinin sərhədləri nə vaxt açılacağı rəsmən elan olunmayıb. Son həftələr Rusiyada günə 10 mindən çox yoluxma qeydə alınır. Hökumətin dörd üzvündə COVID-19 aşkarlanıb.

Rusiyadan qayıtmaq istəyən yüzlərlə azərbaycanlı da iki aya yaxındır sərhəddə qalıb. Onlar əsasən Dağıstana – Azərbaycan-Rusiya sərhədinə yığışıblar. Azərbaycan rəsmiləri hökumətn xarici ölkələrdən geri qayıtmaq istəyən vətəndaşların gətirilməsi üçün gərəkən tədbirləri gördüyünü bildirir.azpolitika.info

Bölmənin digər xəbərləri

26 May 2020 Dünya şokda: Körpəni diri-diri dəfn etdilər - Qəbiri təkrar qazdıqlarında isə...
26 May 2020 VARİSLİK YARIŞI ARTIQ BAŞLAYIB? – Xamnəinin yerini tutacaq şəxsin adı son anda bilinəcək
26 May 2020 Netanyahu İordan çayının Qərb sahilini işğal edəcəkləri tarixi açıqladı
26 May 2020 Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək
26 May 2020 Səudiyyə Ərəbistanında mayın 28-dən tədricən normal həyat tərzinə keçiləcək
26 May 2020 Türkiyədən Azərbaycana böyük jest - Rəmzlər üç rəngli olacaq
26 May 2020 Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə... – Şok
26 May 2020 Yeni Çağ (Türkiyə): Rus muzdluları Liviyanı tərk etdilər
26 May 2020 Məşhur çimərlikdə koronavirus “küləy”i: Artıq belə günəşlənəcəklər - Fotolar
25 May 2020 İRAN ABŞ-a MEYDAN OXUDU - Maduroya benzin çatdırmağa başladı
25 May 2020 Prezident xalqdan üzr istədi - Qayda pozuntusu
25 May 2020 Dünyanın ən təhlükəsiz ölkələri bəlli oldu
25 May 2020 “ABŞ Honkonqla əlaqədar Çinə sanksiya tətbiq edə bilər” –ABŞ rəsmisi
24 May 2020 Şok əməliyyat: bankı soymaq istəyən şəxsə belə zərərsizləşdirildi - Video
24 May 2020 Hindistan-Çin sərhədində növbəti gərginlik: Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər
24 May 2020 İran Qətərə kömək etməyə hazır olduğunu açıqladı
24 May 2020 Türkiyədən Trampın açıqlamasına: Ümid edirik ki...
24 May 2020 Daha iki erməni hərbçi ağır yaralandı
24 May 2020 Kim Çen In hardadı? - Cənubi Koreya KİV-i yeni məlumat yaydı
23 May 2020 Lukaşenko: “Rusların qarşısında diz çökmək lazım deyil”

Dünyapress TV

Xəbər lenti