Rusiya hökuməti varlıları yüksək vergiyə cəlb edir – Büdcəyə əlavə 18 milyard dollar gələcək
Rusiya böhranla əlaqədar zənginlərdən daha çox vergi almağa, büdcənin yükünün bir hissəsini onların çiyninə qoymağa çalışır.

Tanınmış iqtisadçı Rövşən Ağayevin verdiyi məlumata görə, depozitlərə və dividendlərə görə 1 mln. rublu (təxminən 12,8 min dollar) ötən gəlirlər 13% dərəcəsilə vergiyə cəlb olunacaq. Bu qərar Rusiya qiymətli kağızlar bazarına sərmayə yatıran və depozit yerləşdirən qeyri-rezidentlərə də aid olacaq. Son açıqlamaya görə, onlar Rusiyadan hər il 95 mlrd. dollara yaxın məbləğdə dividend və faiz formasında qazanc aparırlar. İndi bunun 13%-ni büdcəyə vergi kimi ödəməli olacaqlar.

Ekspert bildirib ki, hesablamalara görə, bu mənbə 18 mlrd. dollar büdcəyə pul gətirəcək ki, bu da federal büdcənin 7%-nə yaxın bir məbləğdir: “Hökumət deyib ki, bu qərar cəmi 1% əmanətçinin maraqlarına toxunacaq. Zənginlərin vergiyə cəlb edilməsi son illər çox akutallaşıb. Tomas Pikketi “21-ci əsrdə Kapital” əsərində bu ideyanı səsləndirdikdən sonra ABŞ milayderləri Baffet və Qeyts, hazırda isə prezidentiliyə namizədlik yarışına qatılan demokrat Sanders bu ideyanı təbliğ etməyə başlayıb.

Sadəcə motivlər fərqlidir: Qərbdə buna son illər həddən artıq artan sosial bərabərsizliyi azaltmaq vasitəsi kimi baxırlar. Rusiyada isə böhranda büdcəni doldurmaq üçün məcburi addım kimi çıxıb ortaya”.

Rövşən Ağayevin sözlərinə gər, Azərbaycanda rəsmi statistikaya görə zəngin yoxdu, ona görə yəqin bizdə heç vaxt aktual olmayacaq.

“AzPolitika.info”

Bölmənin digər xəbərləri

20 Yanvar 2021 Bu ölkə Tramp və Pompeoya sanksiya tətbiq etdi
19 Yanvar 2021 Putin təlimat verdi: “MDB ölkələrindən Rusiyaya işləməyə gələnlər...”
19 Yanvar 2021 Aleksey Navalnı skandalı: Putinin başağrısı, yoxsa “maşası”?
18 Yanvar 2021 "Hakimiyyət təkcə donmayıb, qorxusundan "batırıb...""
18 Yanvar 2021 Miçiqan ştatında parlamentin qarşısına onlarla silahlı şəxs gəlib
18 Yanvar 2021 Trampın impiçmentinə səs verən gənc milyarder kimdir?
17 Yanvar 2021 Amerikalılar daha öz medialarına və hökumətlərinə inanmırlar – Sorğu
17 Yanvar 2021 Almaniyada Merkelin potensial davamçısı məlum oldu - Kansler postunda
17 Yanvar 2021 Erməni spiker türk casusudur? – İrəvanda qalmaqal
17 Yanvar 2021 ABŞ Dövlət katibinin müavinləri məlum olub – “İnqilab ifritəsi” yenə qayıtdı
17 Yanvar 2021 əziyyət çox qarışıq olacaq - Rus akademik
16 Yanvar 2021 Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
16 Yanvar 2021 Fələstində son 15 ildə ilk dəfə ümumseçkilər keçiriləcək
16 Yanvar 2021 Ermənistanın vitse-spikeri revanşa qarşı: “Kimin 18 yaşlı oğlunun hesabına bunu edəcəklər?”
15 Yanvar 2021 “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi" - Azərbaycan Prezidenti
15 Yanvar 2021 Anna Akopyan və qızları Moskvadakı restoranda əyləncə gecəsinə qatılıblar – VİDEO
15 Yanvar 2021 Masonların yerin altında görüşdükləri məkan nümayiş olundu - Video
15 Yanvar 2021 Qərb bu özbaşınalıqdan indi dəhşətə gəlirsə... - Zaxarova
15 Yanvar 2021 FTB Vaşinqton qarışıqlıqları ilə bağlı ABŞ-da kütləvi həbslərə başladı
15 Yanvar 2021 Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı

Dünyapress TV

Xəbər lenti