PANDEMİYANIN UZANMASI RUSİYAYA FƏLAKƏT VƏD EDİR –Ölkə "qara ssenari"dən minimum itkiylə çıxmağa hazırlaşmalıdır - TƏHLİL
Tina Kandelaki

“Exo Moskvı”, Rusiya, 24 mart 2020-ci il



Aktiv fəaliyyətdə olduğumdan, düşünürəm ki, panikadan uzağam və yaranmış durumda bütün biznes proseslərini optimallaşdırmağa çalışıram. Mənim üçün iş yerlərini maksimum sayda saxlamaq və böyüyən böhranın gətirdiyi yeni imkanlardan istifadə etmək vacibdir.

Bununla birlikdə, mən də ABŞ, Almaniya, Fransa və əlbəttə, Rusiyanın müxtəlif regionlarından olan dostlarımdan gələn həyəcanlı xəbərlərin işığında gələcəyimizə baxmaq istəyirəm. Əgər bütün dünyada ən mənfi ssenarilər reallaşsa, bizə nə olacaq?

Təsəvvür edək ki, bütün dünya əhalisinin 70 %-i koronavirusa yoluxub. Pandemiya hələ bir neçə ay davam edəcək. İşsizlik hətta inkişaf etmiş ölkələrdə 30%-ə çatacaq. Ərəblər neft istehsalını maksimal səviyyələrə qaldıracaq, bazar isə kiçilməyə davam edəcək.

Bütün nəqliyyat kommunikasiyaları kəsiləcək, yalnız həyati vacib idxal saxlanılacaq. Bütün mal və xidmət istehlakı minimal dəst həddinədək azalacaq. Tələbatın olmaması üzündən bütün qiymətli kağızlar sərt şəkildə dəyərini itirəcək. İnsanlar bütün pullu xidmətlərdən imtina edəcək, yalnız televizoru və internetə girişi saxlayacaq. Dünyada yeni Buz dövrü ortaya çıxacaq. Lakin bu, pəncərə qarşısında deyil, qlobal iqtisadiyyatda meydana çıxacaq.

Bizim üçün (inanın, belə şəraitdə hər bir ölkə yalnız özü haqqında düşünəcək) belə bir ssenari “oturduğumuz” neft-qaz iynəsindən (büdcə gəlirlərinin 1/3-dən) məcburi “düşmək”, sosial öhdəliklərin “ölməsi”, Milli Rifah Fondunun vəsaitlərinin xərclənməsi və qızıl-valyuta ehtiyatlarının azalması demək olacaq.

Kiçik və orta biznesin itkiləri nəticəsində isə büdcə gəlirləri təqribən 20% də azalacaq. Yəni, bizim hamımız üçün həyat şərtləri təxminən iki dəfə pisləşəcək. Bəli, biz birdən-birə anlayacağıq ki, şalğam və quzuqulağı heç də kərəvəz dadlı kartofdan pis deyil. Antalya və Vyanadan başqa, Anapa və Voloqda da vardır. Kimlərsə kino və konsertə getmək yerinə, disk kolleksiyasını tapıb çıxaracaq. Lakin hər zaman işin çox mühüm olan bir “amma”sı vardır.

Belə bir zarafat vardır: treninq keçdim və xərcləri necə optimallaşdırmaq lazımdır, öyrəndim. Bir ay taksiyə minmədim, kafedə yemədim və kinoya getmədim. Tam “0” manat qənaət etdim. Əslində, işin “amma”sı ondan ibarətdir ki, bizim ölkəmizdə bu zarafatın məhz onun haqqında deyildiyini söyləyəcək adamların sayı həddindən artıq çoxdur.

Ayda 50-100 min qazancı olan moskvalıların gəliri yarıbayarı azalacaq, ancaq onsuz da durumdan o qədər də razı olmayan paytaxt sakinləri dözə biləcək (baxmayaraq ki, kreditlər, xüsusilə ipoteka kreditləri iflasa yol aça bilər).

Bəs ayda 10-20 min qazancı olan voloqdalılar necə olacaq? Ələlxüsus natural təsərrüfatı olmayanlar…

Mənim mümkün nəticələri təsvir edən hər bir cümləmin arxasında çox sayda ailənin real faciəsi yatır. Bütün bunların hamısı, həqiqətən, ciddidir. Və mən ümid edirəm ki, dövlət rəhbərləri buna bənzər ssenariləri də nəzərə alırlar. Nəzərə alırlar və yaxın müddətdə vətəndaşları dəstəkləmək üçün elə tədbirlər hazırlayacaqlar ki, bizə bu durumdan mümkün minimal itki ilə çıxmağa imkan verəcək. “Yırğalanma”ğa və “yırğalama”ğa vaxt yoxdur.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 “Ən pis ssenariyə hazır olmalı, koronavirusla bəşəriyyət naminə mübarizə aparmalıyıq” - BMT baş katibi
03 Aprel 2020 İran parlamenti “bioloji müharibə”nin növbəti hədəfi oldu – Zərərçəkənlər arasında Əli Laricani də var
03 Aprel 2020 Daha bir ölkədə virus aşkarlandı
03 Aprel 2020 MDB-də koronavirusa yoluxmayan yeganə ölkə: Necə qorundu?
03 Aprel 2020 Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək
02 Aprel 2020 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə... - İtalyan professordan ŞOK AÇIQLAMA
02 Aprel 2020 ABŞ süni nəfəs aparatlarını digər ölkələrə verəcək
02 Aprel 2020 Çexiyada tibbi maska taxmayan nazirlər cərimə edildi
02 Aprel 2020 ABŞ-da koronavirusa yoluxanların sayı 200 min nəfəri keçib
02 Aprel 2020 Rusiyada koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistemin hazırlandığı bildirilir
02 Aprel 2020 Moldova Dağlıq Qarabağda keçirilən "seçkiləri" tanımır
02 Aprel 2020 2 min əvvələ aid lənətlənmiş məzarı açdılar - Gördüklərinə İNANMADILAR
01 Aprel 2020 Britaniyada pandemiya:ölənlərin sayı 1801-ə çatdı
01 Aprel 2020 İngiltərədə dağ keçiləri karantində olan şəhərə axın etdi - VİDEO
01 Aprel 2020 Türkiyədə daha 2704 nəfər ölümcül virusa yoluxdu:"Bu gün 46 nəfəri də itirdik"
01 Aprel 2020 SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
01 Aprel 2020 Xalqı acından ölür, amma raket istehsal edir - Pompeo
31 Mart 2020 Siyasət və anti-irqçilik: Necə oldu ki, virus bütöv bir ölkəni iflic etdi
31 Mart 2020 MDB ölkəsində savaş: Ruslar hücuma keçdi - Kritik durum
31 Mart 2020 Zərif dünyaya yalvarır: “İrana qarşı dərman terrorizmini dayandırmağa kömək edin!"

Dünyapress TV

Xəbər lenti