Merkelə qarşı elə bir ittiham irəli sürdülər ki...
Deputatlar əmindirlər ki, AFR hökuməti Süleymaninin qətli üzrə əməliyyatın gerçəkləşdirilməsinə mane olmalı imiş

Bundestaqın "Solçular" partiyasından olan səkkiz üzvü Almaniyanın baş prokurorluğuna ölkənin kansleri Angelə Merkeldən şikayət göndərib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şikayətdə A.Merkellə yanaşı, federal hökumətin bir neçə başqa üzvü də İran generalı Qasım Süleymaninin ölümündə təqsirləndirilir.

Deputatlar Merkel və hökumət üzvlərini heç bir tədbir görməyərək, dolayı yolla Süleymaninin ölümünə kömək etdiklərinə görə günahlandırırlar.

Bu ittihamlara səbəb amerika pilotsuz aparatlarının hücumları barədə məlumatlar selinin ABŞ-ın Almaniyanın cənub-qərbində yerləşən Reynland-Pfaltsdakı aviabazasından keçməsidir. Deputatlar əmindirlər ki, AFR hökuməti Süleymaninin qətli üzrə əməliyyatın gerçəkləşdirilməsinə mane olmalı imiş.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib. "Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb.

Bölmənin digər xəbərləri

06 Aprel 2020 Rusiyada son 24 saatda COVID-19-a rekord sayda yoluxma halı qeydə alındı
06 Aprel 2020 SON DƏQİQƏ: dəhşətli zəlzələ BAŞ VERDİ
06 Aprel 2020 Fransada koronavirusdan ölənlərin sayı 8 mini ötüb
06 Aprel 2020 ABŞ kəşfiyyatından şok KORONAVİRUS HESABATI - Trampın 3 ay əvvəl xəbəri olub
06 Aprel 2020 Nyu-Yorkda bir gündə 600-ə yaxın insan koronavirusdan öldü – Ştatın qubernatoru açıqladı
06 Aprel 2020 “Reyms”in koronavirusa tutulan həkimi intihar edib
06 Aprel 2020 ABŞ-dan Talibana XƏBƏRDARLIQ
06 Aprel 2020 Koronavirusa yoluxan Baş nazirdən üzücü xəbər
05 Aprel 2020 Koronavirusdan sağalanlar danışdı: "Nəfəsə möhtac olmaq..." - FOTO
05 Aprel 2020 Cəsədləri yandırma mərkəzləri fasiləsiz işləyir, ölənlərin sayı isə... - Sensasion iddia
05 Aprel 2020 Tramp demişdi: ABŞ-da ölüm halları kəskin artdı
05 Aprel 2020 ABŞ-da yoluxanların sayı 300 mini keçdi, Fransada ölənlərin sayı pik həddə...
05 Aprel 2020 Rusiya vaxtı açıqladı: Peyvəndlərin sınağına başlayır
04 Aprel 2020 Uhan 2 ay karantindən sonra - FOTOLAR
04 Aprel 2020 Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb
04 Aprel 2020 Çində koronavirus yalnız sakinlərin 2 faizində qalıb
04 Aprel 2020 Tramp tibbi maska taxmamağının səbəbini açıqladı
04 Aprel 2020 Koronavirus Fransada qocalar evlərində sürətlə yayılır
04 Aprel 2020 Honqkonqda ev pişiyində koronavirus aşkarlanıb
04 Aprel 2020 Surinamda koronavirusdan ilk ölüm qeydə alınıb

Dünyapress TV

Xəbər lenti