“Ermənilərə olar, yəhudilərə olmaz” - İsraildən“Human Rights Watch”a etiraz
“Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə rəhbəri olan Sara Leah Vitsonun İsrail üçün bir, Ermənistan üçün digər standartı var. “The Wall Street Journal”da gedən məqalədə ortada olan fərq nümayişkəranə şəkildə ortaya qoyulur. O da maraqlıdır ki, amerikalı hüquqşünas olan Sara Leah Vitsonun bu fərqli yanaşmasının Azərbaycana birbaşa dəxli var. Əlav olaraq, bu məqalə “Human Rights Watch” təşkilatının ikili (bəzən daha çox) standartlar əsasında fəaliyyət göstərdiyini bütün çılpaqlığı ilə ortaya qoyur. İndi isə professor Eugene Kontoroviçin qələmə aldığı məqaləyə diqqət edək...

Müəllif yazır ki, Sarah Leah Vitson yəhudi dövlətinə qarşı sərt mövqeyi ilə seçilən birisidir. O, İsrailin İordan çayının Qərb sahilidə (West Bank) məskunklaşmasına, yəni yəhudilər üçün yaşayış evləri tikməsinə və bu yolla da həmin ərazini özününküləşdirməsinə ən kəskin şəkildə etiraz edir. Və bütün bunlara görə davamlı şəkildə İsraili günahlandırır.

Ancaq Sarah Leah Vitson eyni inadkarlıqla Dağlıq Qarabağda ermənilərin məskunlaşmasına dəstək verir. Halbuki BMT, Beynəlxalq Hüquq və ABŞ Dağlıq Qarabağı Azərbaycana məxsus işğal olunmuş ərazi kimi tanıyır.

Müəllif yazır ki, Sarah Leah Vitson erməni əsillidir. Biz də internet üzərindən bu məsələni xeyli araşdırdıq. Zatən onun erməni əsilli olması birmənalıdır. Onun anası amerikalı erməni Ashi Vitsondur. Sarah Leah Vitson qədim Qüdsün erməni məhəlləsində doğulub. Ailəsi isə 1960-cı ildə ABŞ-a dönüb. Onu tercümeyi-halında yazılıb ki, o, Harvard Universitetinin Hüquq bölümünü bitirib və ABŞ prezidenti Barak Obama ilə qrup yoldaşı olub.

Yenidən məqaləyə qayıdaq. Müəllif Eugene Kontorovich yazır ki, xanım Vitson 2018-di ildə “Amerika Erməniləri Milli Komitəsi” (Armenian National Committee of America) üçün ianə toplamaq kampaniyası keçirib. Bu təşkilat isə Dağlıq Qarabağı “Ermənistanin ayrılmaz tərk hissəsi hesab edir”. İsraili həvəslə tənqid edən bu xanım Twitter-də Dağlıq Qarabağ ərazisində istehsal olunan şərblar da daxil olmaqla Ermənistan şərablarını reklam edir.

Sarah Leah Vitson isə deyir ki, o, sadəcə erməni diasporunu müdafiə edir ki, erməni genosidi daha geniş miqyasda tanınsın. Xeyriyyə və maarifləndirmə işlərinə də dəstək verirəm.

Müəllif vurğulayır ki, “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə rəhbəri olan Sara Leah Vitsonun “Armenian General Benevolent Union” təşkilatını (bu təşkilat 1906-cı ildə Misirin paytaxtı Qahirədə yaranıb, II Dünya Müharibəsindən sonra isə Nyu-Yorka köçüb. E.H) hərtərfəli yardım edir. Bu təşkilat isə Suriya ermənilərinin Ermənistanda (əslində isə Dağlıq Qarabağa) məskunlaşmasına yardım edir.

Məqalədə deyilir ki, Sarah Leah Vitson tək deyil. “Code Pink” təşkilatının rəhbəri Nensi Kricorian da eyni yolun yolçusudur. (Code Pink: Women for Peace (often stylized as CODEPINK) Qdınlar Sülh Uğrunda. )

Burada da kiçik bir haşiyə çıxmaq zorundayıq. Bu təşkilat 2002-ci ildə yaradılıb. Özünü “sülh və ədalət carçısı” olan qadın təşəbbüs qrupu kimi təqdim edir. Müharibə əleyhdarıdırlar. Ancaq Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasını müdafiə edirlər(?)
Sosial Hüquq üzrə Qüds Universitetinin professoru olan məqalənin müəllifi Eugene Kontorovich yazır ki, o da ermənilərin Dağlıq Qarabağda məskunlaşması üçün əlindən gələni edir. Bu xanımın xüsusi fəallığının səbəbini isə Eugene Kontorovich yazmır. Onu da biz əlavə edək. Nensi Kricorian erməni əsilli amerikalıdır. Və beynəlxalq təşkilatlarda at oynadan belə ermənilər öz imkanlarından Azərbaycana qarşı geninə-boluna istifadə edirlər.

/Musavat.com/

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Sultanın taxtı 100 minə satıldı
27 Fevral 2020 Rusiya İran vətəndaşlarına viza verilməsini dayandırır- Rəsmi açıqlama
27 Fevral 2020 Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
27 Fevral 2020 Rusiyada referendum bu tarixdə keçiriləcək
27 Fevral 2020 SENSASİYA: Koronavirus BU ÖLKƏNİN oyunu imiş - Canlı yayımda açıqlandı (VİDEO)
26 Fevral 2020 Nyu-Dehlidə qarşıdurmalar zamnı 13 nəfər ölüb, 150 nəfərdən çox etirazçı yaralanıb
26 Fevral 2020 Fransada koronavirusa yoluxanların sayı artdı
26 Fevral 2020 Rumıniyada koronavirusa ilk yoluxma halı qeydə alınıb
26 Fevral 2020 ABŞ Çin, İraq, Rusiya və Türkiyənin 13 vətəndaşına və şirkətinə sanksiya tətbiq edib
26 Fevral 2020 Tanınmış biznesmenin oğlu öz villasında intihar etdi - Foto
26 Fevral 2020 Petrosyandan tarixi etiraf: Xocalıda ruslarla ermənilər... - VİDEO
26 Fevral 2020 Prezident: Azərbaycan və Türkiyə arasında əlaqələr dostluq-qardaşlıq üzərində qurulub
26 Fevral 2020 Polis 5 milyon tibbi maska ələ keçirdi - Əhaliyə baha satmaq niyyətində olublar
25 Fevral 2020 Türkiyədə "Pegasus"un pilotu həbs edildi
25 Fevral 2020 İraqda İŞİD liderinin silahdaşları məhv edilib
25 Fevral 2020 Müalicə adı ilə yeniyetmə qızlara təcavüz edən psixoloq tutuldu
25 Fevral 2020 "Mersedes" insanların üzərinə sürüldü: 15 yaralı var
25 Fevral 2020 İranlı generalla bağlı ŞOK DETALLAR üzə çıxdı - Əsədin Suriyadan qaçmasına...
24 Fevral 2020 Yəhudilərin xilaskarı olan iranlı Şindler kim idi -
24 Fevral 2020 Tramp keçmiş müşavirini “satqın” adlandırdı

Dünyapress TV

Xəbər lenti