86d832d0-cbc9-4596-a2df-fdbe5fb50bae

Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) İrandakı ağır su ehtiyatının bu ölkənin nüvə proqramına dair Birgə və Əhatəli Fəaliyyət Planında (JPCOA) nəzərdə tutulan 130 tonu aşdığını açıqlayıb.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, Agentliyin bu barədəki hesabatında ağır su istehsalının davam etdiyi, 17 noyabr tarixində həmin məhsulun ehtiyatının 131,5 ton həcminə çatdığı bildirilir.

Hələ bu ilin iyun ayında İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi iki ay yarım ərzində ağır su ehtiyatlarının 130 ton həddini üstələyə biləcəyini açıqlamışdı.

Xatırladaq ki, ötən ilin 8 may tarixində ABŞ-ın JPCOA-nı tərk edərək İranın neft ixracına sanksiya tətbiq etməsi nəticəsində sazişin gələcəyi sual altında qalmışdı. İran tərəfinə görə, sazişin digər iştirakçıları, ilk növbədə, Avropa ölkələri (saziş BMT TŞ-nin 5 daimi üzvü və Almaniya arasında imzalanmışdı) sənədin iqtisadi müddəalarına tam əməl etmədikləri üçün saziş artıq mənasını itirib.

Noyabrın 6-da İranın Fordov yanacaqtəmizləmə müəssisəsində (əslində uranın təmizlənməsi müəssisəsidir) sentriquqalara qaz vurulmasına başlanılıb ki, bu da əslində İranın saziş çərçivəsində üzərinə götürdüyü öhdəliklərin ixtisarının dördüncü mərhələsidir. Noyabrın 12-də də İranın BMT-dəki elçisi Əli Nəsimfər sazişin qalan iştirakçıları onu qoruyub saxlamaq üçün əməli addımlar atmayınca hər 60 gündən bir sazışlə bağlı öz öhdəliklərini daha da ixtisar edəcəklərini açıqlayıb.

 

Bölmənin digər xəbərləri

07 Dekabr 2019 İranda yanacaq üsyanının ağır nəticələri və itkin düşən Cənubi Azərbaycan fəallarının siyahısı
07 Dekabr 2019 Mogerini: Aİ Dağlıq Qarabağdakı "seçkilər"i tanımır
07 Dekabr 2019 Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər
07 Dekabr 2019 Son dəqiqə: Səfir deportasiya olunur - Yunanıstandan əks-həmlə
07 Dekabr 2019 Cahandar BAYOĞLU: İran adlanan ölkə çıxılmaz bataqlığa yuvarlanır
07 Dekabr 2019 Erməni kanalından Türkiyə ilə bağlı şok iddia - Video
06 Dekabr 2019 Böyük Britaniyanın ən böyük külçəsi tapılıb
06 Dekabr 2019 Hollandiyada cinayətkar qıtlığı: Həbsxanalar bağlanır
06 Dekabr 2019 "Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
06 Dekabr 2019 Peyğəmbərimizin(s) Vətənində də homoseksuallara yaşıl işıq yandırıldı-RƏZALƏT!..
05 Dekabr 2019 ABŞ Yaxın Şərqə əlavə 14 min hərbçi göndərə bilər
05 Dekabr 2019 Türkiyə gələn il Kipr sahillərindəki karbohidrogen yataqlarında 5 quyu açacaq
05 Dekabr 2019 ABŞ Oman körfəzində İrana aid silahlar olan gəmi saxladığını iddia edir
05 Dekabr 2019 5 PKK terrorçusu türk əsgərlərinə təslim olub
05 Dekabr 2019 Rusiya prezidenti Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
05 Dekabr 2019 Rusiya prezidenti Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
05 Dekabr 2019 Odessa şəhər kollecində güclü yanğın: 1 nəfər ölüb, 29-u xəsarət alıb
05 Dekabr 2019 Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunur
05 Dekabr 2019 Boris Conson ABŞ prezidentini ələ salıb? - Baş nazir bu barədə danışıb
05 Dekabr 2019 “Mən İsgəndər Mulikov, vicdansız, satqın və rüşvətxoram...” – Keçmiş daxili işlər naziri

Dünyapress TV

Xəbər lenti