Tbilisidə aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb
Tbilisidə Gürcüstan parlamenti ətrafında keçirilən aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

DİN-dən qeyd olunub ki, parlamentin binasına yaxın olan küçələr və Rustaveli prospektində təmizlik işləri davam etdirilir.

Yaxın zamanlarda mərkəzi küçə və yollarda avtomobillərin hərəkətinin bərpa olunması nəzərdə tutulub.

Hazırda polis əməkdaşları ictimai asayişin qorunması məqsədilə Rustaveli prospektində qalırlar.

***18:16

Gürcüstan parlamentinin bütün girişləri aksiyaçılardan tam təmizlənib.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın ətraf ərazisi xüsusi təyinatlıların nəzarətinə götürülüb.

Aksiyanın dağıdılması zamanı saxlanılan və xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

Hazırda Tbilisi meriyasının nəzdindəki “Tbilservice Group” şirkətinin əməkdaşları parlamentin binası önündəki Rustaveli prospektində təmizlik işləri aparırlar.

*** 17:49

Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısında aksiyaçıların qurduqları çadırları ərazidən götürüblər.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyanın dağıdılması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Artıq parlament binasının arxa hissəsi etirazçılardan təmizlənib.

Polis parlament ətrafında qalan aksiyaçılara ərazini tərk etməklə bağlı yenidən xəbərdarlıq edib.

Hazırda xüsusi təyinatlılardan ibarət dəstə qanunverici orqanın qarşısındakı Rustaveli prospektində yerləşdirilib. Əraziyə su şırnağı maşını da cəlb olunub.

*** 17:06

Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin ətrafını etirazçılardan təmizləməyə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, xüsusi təyinatlılar etirazçıların canlı səddini yarıb.

Ərazidə xüsusi təyinatlı nəqliyyat vasitələri də yerləşdirilib.

Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçının saxlanıldığı bildirilir.

*** 16:34

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara parlament ətrafını tərk etmək üçün 30 dəqiqə vaxt verib.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar, öz növbəsində, aksiyanın dinc olduğunu və heç yerə getməyəcəklərini bildiriblər.

Xüsusi təyinatlılar artıq parlament ətrafına cəlb olunublar.

Aksiya iştirakçıları polisin əraziyə daxil olmasının qarşısını almaq üçün canlı zəncir yaradıblar.

Bölmənin digər xəbərləri

11 İyul 2020 Virusdan da təhlükəli bəla yenidən gündəmdə - Dünya bir anda yox ola bilər
10 İyul 2020 Paşinyanın babası SSRİ-də xain hesab olunurdu – YENİ FAKTLAR
10 İyul 2020 Vəzifədən çıxandan sonra Putinlə münasibətləri necədir? – Medvedyev danışdı
09 İyul 2020 Rusiya əcnəbiləri niyə ölkədən buraxmır? – Matvienko açıqladı
09 İyul 2020 Alimlər çoxillik mübahisəyə son qoymaq istəyirlər - Dinozavrlar niyə yox olub?
08 İyul 2020 Bu ölkə komendant saatına keçir, xəstəxanalarda yer yoxdur
08 İyul 2020 Mustafa Şəntop sədr oldu
08 İyul 2020 Rusiya FTX Roqozinin müşavirinin həbsi ilə bağlı açıqlama yaydı: "NATO-ya informasiyalar ötürüb"
07 İyul 2020 Gürcüstanda virusa qalib gələn “üç muşketyor”: BBC onlardan yazdı – FOTO
07 İyul 2020 İranın nüvə obyektinə hücumu İsrail təşkil edib
06 İyul 2020 “Heç vaxt bağışlamayacağıq” – Zelenskidən Rusiyaya sərt mesaj
05 İyul 2020 Türkiyə ilə sərhədi açın, yoxsa aclıq olacaq - Uqulava
05 İyul 2020 Moskvada son sutkada koronavirusdan onlarla insan ölüb
05 İyul 2020 ABŞ kəşfiyyatı Əfqanıstanda narkotrafiklə məşğul olur - Rusiya XİN
05 İyul 2020 Belçikada 5G-yə qarşı başladı
04 İyul 2020 BAEA: İranın Natanz nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb
04 İyul 2020 İranda şok qadağa: Bu gündən etibarən...
03 İyul 2020 İsveçrədən Azərbaycanla bağlı QADAĞA - ölkəmizə səyahət məhdudiyyəti tətbiq edildi
03 İyul 2020 Moskvada ən bahalı mənzilin qiyməti açıqlanıb
03 İyul 2020 Ermənlər bu dəfə Misir piramidalarının üstündən “xətt çəkdi”: “Bizdə daha qədimi var”

Dünyapress TV

Xəbər lenti