Tvitterin keçmiş işçiləri Səudiyyə Ərəbistanına casusluqda ittiham olunur
ABŞ-ın San Francisco ştatının məhkəməsi keçmiş Tvitter işçilərini bəzi istifadəçilərin şəxsi məlumatlarını pul qarşılığında Səudiyyə hökümətinə ötürməkdə ittiham edirlər.

APA-nın BBC-yə istinadla verdiyi məlumata görə, istintaq sənədində göstərilir ki,
onların məlumatlarını ötürdükləri şəxslər sırasında Səudiyyə hökümətinə müxalif olanlar da var.

İttiham sənədində Tvitter-in keçmiş əməkdaşları Ahmad Abouammo və Ali Alzabarah casusluqda günahlandırılıblar.

Üçüncü şəxs Səudiyyə Kral ailəsi üçün işlədiyini bəyan edən Səudiyyə Ərəbistanı vətəndaşı Ahmed Almutairiyə də eyni ittiham irəli sürülüb. O, Twitter-in keçmiş əməkdaşları ilə Riyad arasında əlaqələri təşkil etməkdə gunahladırılıb.

Məhkəmənin qərarı ilə Ahmad Abouammo "qaçmaq təhlükəsi"nə görə həbsdə qalıb.

ABŞ Xarici İşlər Nazirliyi digər iki nəfərin Səudiyyə Ərəbistanında olduğunu bildirib.

Abouammo sənəd saxtalaşdırmaqda və ABŞ Federal Təhqiqat Bürosuna (FTB) yalan məlumat verməkdə ittiham olunub.

Tvitterdə mühəndis olaraq çalışmış Alzabarah da 2015-ci ildə Səudiyyə rəsmiləri üçün 6 min istifadəçinin şəxsi məlumatlarını əldə etməkdə günahlandırılır.

Rəhbərlik bu hərəkətlərdən xəbərdar olandan sonra ona inzibati məzuniyyət verilib və o, bundan sonra həyat yoldaşı və qızıyla birgə Səudiyyə Ərəbistanına qaçıb.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi hələki məsələ ilə bağlı aşıqlama verməyib.

Bölmənin digər xəbərləri

19 Sentyabr 2020 Kraliça qalmaqallı prodüserin medalını geri aldı
19 Sentyabr 2020 Toyu karantinə görə təxirə düşənlərə 6 min pul veriləcək
19 Sentyabr 2020 ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə
19 Sentyabr 2020 Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI
18 Sentyabr 2020 Belarus iki ölkə ilə sərhədlərini bağladı –Lukaşenkodan bəyanat
18 Sentyabr 2020 Çeçen bloger Kadırovu ölümlə hədələdi
17 Sentyabr 2020 Navalnının Nobel mükafatına namizədliyi irəli sürüldü
17 Sentyabr 2020 Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib
17 Sentyabr 2020 ABŞ-ın bu şəhəri sular altında qaldı
17 Sentyabr 2020 Tələbə yataqxanasında çimən qızların videosunu çəkən gənc saxlanılıb - FOTO
17 Sentyabr 2020 İran dərsliyində türklər təhqir edildi - VİDEO
16 Sentyabr 2020 Ruanda soyqırımı qurbanlarının meyitləri eksqumasiya ediləcək- Səbəb
16 Sentyabr 2020 Uşaqların sevimli oyuncağı “sürprizləri” ilə valideynləri şoka salıb - FOTO/VİDEO
15 Sentyabr 2020 2256-cı idən gələn adam — Endryu Karlsin niyə keçmişə səyahət etmişdi?
14 Sentyabr 2020 Rusiyada vahid səsvermə günü başa çatıb
14 Sentyabr 2020 Hansı ölkə vətəndaşlığı neçəyə satır? – SİYAHI
14 Sentyabr 2020 Hulusi Akar:"Yunanıstan türk xalqını narahat edən təxribatlara yol verir"
13 Sentyabr 2020 NAVALNININ ZƏHƏRLƏNMƏSİ:"Noviçok" Almaniyanın siyasi mənzərəsini dəyişə bilər
13 Sentyabr 2020 Rusiyada Vahid səsvermə keçirilir
13 Sentyabr 2020 Dəniz sahilindəki villasını 16,8 milyona satdı

Dünyapress TV

Xəbər lenti