9e63255eeb4a1776db557418a4b19851

Böyük Brtaniya əhalisinin demək olar ki yarısı “Breksit”dən sonra Şotlandiya və Şimali İrlandiyanın müstəqillik barədə referendum keçirməyə haqqı olduğunu düşünür. 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, BMG agentliyinin “The İndependent” qəzetinin sifarişi ilə keçirdiyi sorğu bunu göstərir.

Respondentlərin 45%-i hökumətin Şotlandiyanın müstəqillik haqqında referendum təyin olunması istəyinə müsbət cavab verməli olduğunu dilə gətirib. Rəyi soruşulanların 30%-i bu məsələdə mənfi fikir bildiriblər. Qəzetin analizinə görə əgər qərarsızlar nəzərə alınmasa artıq növbəti plebsitin keçirilməsi fikrinə tərəfdar olanların sayı 60%-dən çox olacaq.

Sorğu iştirakçılarının 52%-i Şimali İrlandiyanın “Breksit”dən sonra Böyük Britaniyann tərkibində qalmaq və ya İrlandiya Respublikasına qoşulmaq barədə qərar vermək haqqına sahib olduğunu bilidirib. Referendumun əleyhinə sadəcə 19%-in çıxması diqqət çəkir.

Separatçı Şotlandiya Milli partiyasının Böyük Britaniya İcmalar palatasındakı fraksiyasının lideri Ayan Blekford sorğunun “müstəqillik uğrunda hərəkat üçün” vacib olduğunu söyləyib.

“Bütün “Breksit” prosesi ərzində bizlərə məhəl qoyulmadı. Son 3 il Şotlandiyanın müstəqilliyinin dəyərinin nə dərəcədə artdığını göstərib”,-deyə A.Blekford qeyd edib.

Böyük Britaniyanın Şimali İrlandiya işləri üzrə keçmiş naziri Piter Heyn “Breksit”in əvvəl axır ölkənin parçalanmasına gətirib çıxaracağı barədə qorxularının gerçəkləşdiyini deyib.

Birlik tərəfdarı sayılan Demokratik Yunionist partiyasının Britaniya parlamentində təmsil edən Gevin Robinson isə Şimali İrlandiyanın “iqtisadi, sosial, mədəni və tarixi səbəblərdən dolayı” Birləşmiş Krallığın tərkibində qalmalı olduğunu vurğulayıb.

Qeyd olunur ki, BMG-nin sorğusu bu ilin sentyabr ayının 3-6 aralığında baş tutub. Şirkət İngiltərə, Şotlandiya və Uelsdə 1504 insanın rəyini xəbər alıb. Soğruda Şimali İrlandiya sakinlər iştirak etməyiblər.

Lakin bu yaxınlarda lord Eşfort tərəfindən həyaya keçirilən rəy sorğusunda Şimali İrlandiya əhalisinin 46%-nin İrlandiya Respublikasına qoşulmaq arzusunu üzə çıxarıb.

Bölmənin digər xəbərləri

19 Oktyabr 2019 Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19 Oktyabr 2019 Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır
19 Oktyabr 2019 ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib: ölən var
19 Oktyabr 2019 Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
19 Oktyabr 2019 İngiltərə parlamenti “Brexit” üzrə yeni razılaşmaya görə təcili toplanacaq
19 Oktyabr 2019 BİR GECƏYƏ 40 MİLYONLUQ, BİR “ƏMƏLİYYATLA” 1 MİLYARDLIQ QAZANC…- Sorosun pulları hökumətləri necə yaradır, necə devirir?
19 Oktyabr 2019 “Verilən vədlərə əməl olunmazsa...” - Ərdoğan xəbərdarlıq etdi
19 Oktyabr 2019 Ərdoğan: “YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib"
18 Oktyabr 2019 “Ərdoğan böyük liderdir” – Trampdan gözlənilməz açıqlamalar
18 Oktyabr 2019 BMT baş katibi ABŞ və Türkiyənin Suriya üzrə razılaşmasını alqışlayıb
18 Oktyabr 2019 Britaniya şahzadəsi Uilyam və Keyt Middltonun təyyarəsi fırtınaya düşüb
18 Oktyabr 2019 Yeltsinin istefa verdiyi gün baş verənlər: Putinin tərəddüdü, arvadının sevinci və…
18 Oktyabr 2019 Almaniya ikili vətəndaşlığı ləğv edir?
18 Oktyabr 2019 İstanbulda şok zəlzələ proqnozu – Böyük dağıntılar…
18 Oktyabr 2019 Türkiyə əməliyyatı dayandırdı – ABŞ-la anlaşma – SON DƏQİQƏ
18 Oktyabr 2019 Atatürkün evinə HÜCUM EDİLDİ
18 Oktyabr 2019 Erməni faşistin şəkili Rusiyanı qarışdırdı - RƏSMİ AÇIQLAMA - FOTOLAR
18 Oktyabr 2019 Ərdoğanı təhqir edən Trampın elçisi belə qəbul edildi
17 Oktyabr 2019 Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ
17 Oktyabr 2019 “PKK İŞİD-dən təhlükəlidir” – Tramp

Dünyapress TV

Xəbər lenti