Qərbi Azərbaycan vilayəti bölünür –Layihə İran parlamentində
Xəbər agentlikləri mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayətinin şimalında yeni bir vilayətin təşkilinə dair layihənin İranın İslami Şura Məclisinin gündəmində olduğunu bildirirlər.

İSNA agentliyinin xəbərinə görə, layihədə təklif edilən yeni vilayətin adı “Sərhəd Azərbaycan”, mərkəzi isə Qərbi Azərbaycan vilayətinin ikinci ən böyük şəhəri Xoy olacaq.

Türk fəallar layihəni Pəhləvi döbəmindən bəri yürüdülən “Azərbaycanın tarixi torpaqlarını parçalama siyasətinin” davam etdirilməsinin ortaya qoyulduğunu önə çəkirlər.

Pəhləvilər və İran İslam Respublikası dövrlərində inzibati bölmələrin dəyişdirilməsi ilə bərabər İran Azərbaycanında təşkil olunan yeni vilayətlər üzərindən Azərbaycan adı götürülüb.

İran Radio Televiziya Təşkilatına bağlı olan “Gənc Jurnalistlər Klubu” Xoy millət vəkili Seyyid Tağı Kəbiri ilə yeni layihə haqqında danışıb.

Kəbirinin dediklərinə görə, Xoyun Qərbi Azərbaycan vilayətindən ayrılmasına dair layihə “bölgənin iqtisadi, mədəni, ictimai və siyasi infrastrukturlarının inkişafı məqsədi ilə” gündəmə gətirilib və 67 millət vəkili tərəfindən imzalanıb.

1993-cü ildə Ərdəbil vilayəti təşkil ediləndə də əsas məqsəd olaraq iqtisadi inkişaf göstərilmişdi. Ondan əvvəl Ərdəbil şəhəri mərkəzi Təbriz olan Şərqi Azərbaycan vilayətinin tərkibində idi.

Daha əvvəl Amerikanın Səsinə müsahibə verən Umud Şükrinin sözlərinə görə, “Ərdəbilin vilayət olması ilə üzərindən Azərbaycan adı götürüldü, amma Ərdəbilə inkişaf gətirilmədi.”

İranın Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərindən əlavə Həmədan və Qəzvin vilayətləri, habelə bir neçə başqa vilayətdə yerləşən bəzi şəhərlər adətən Azərbaycan bölgələri olaraq tanınır. İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə bu altı vilayətdə yaşayan əhalinin əksəriyyətini türklər təşkil edir. (amerikaninsesi.org)

Bölmənin digər xəbərləri

17 Sentyabr 2019 Misirdə qədim məbəd tapıldı
17 Sentyabr 2019 Rusiya İranın tərəfini saxladı: Ziddiyyət var!
17 Sentyabr 2019 Türkiyədə yük qatarı relsdən çıxdı: yaralılar var
17 Sentyabr 2019 Meksikada pirotexniki şou zamanı 12 nəfər yaralanıb
16 Sentyabr 2019 Hindistanda çayda qayıq batıb, 12 nəfər ölüb
16 Sentyabr 2019 Artıq britaniyalıların yarısı Şotlandiya və Şimali İrlandiyanın ayrılmasına etiraz etmir
16 Sentyabr 2019 Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
16 Sentyabr 2019 Qazaxıstanda qatar avtobusa çırpılıb, ölən və xəsarət alanlar var
16 Sentyabr 2019 Türkiyə sərhədində dəhşətli terakt: 12 ölü
16 Sentyabr 2019 Döyüşü uduzsaq, nüvə zərbəsi endirəcəyik - Dünya şokda
16 Sentyabr 2019 Müəllimlərin bu addımı naziri heyrətləndirdi
14 Sentyabr 2019 Qəzzada İsrail hərbçiləri dinc əhalini atəşə tutub
14 Sentyabr 2019 Boltonun 3 köməkçisi istefaya gedib! – Şeflə həmrəylik?
14 Sentyabr 2019 Türkiyə dənizlərində ilk dəfə görülən balığa “Fənərbağça” adı verilib
14 Sentyabr 2019 Amerikalı qadın plyajda «üzən» butılka tapıb – İçində məktub, azacıq pul və…
14 Sentyabr 2019 “BATKA”yla VALS OYNAYAN, ODUN DOĞRAYAN BELARUS GÖZƏLİ…- Lukaşenko 22 yaşlı Mariya Vasileviçı niyə siyasətə gətirir?
13 Sentyabr 2019 ABŞ Ukraynaya 140 milyon dollarlıq hərbi yardım göstərəcək
13 Sentyabr 2019 İORDANİYA İSRAİLİ HƏDƏLƏDİ – “1994-cü il sülh müqaviləsini poza bilərik”
13 Sentyabr 2019 Türkiyədə terror nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb
13 Sentyabr 2019 “Terrorçuların tutulması üçün nə lazımsa ediləcək” – Ərdoğan

Dünyapress TV

Xəbər lenti