Ardını oxu...

“SEPAH-ın terrorçu adlandırılmasına İranın cavabı ciddi və sərt olacaq”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi ənənəvi brifinqdə deyib.

B. Qasimi SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) komandanı Məhəmmədəli Cəfərinin ABŞ-ın bu qurumu terror təşkilatı elan edə biləcəyi barədə məlumatlara reaksiyasına münasibət bildirib. “Ümid edirik ki, Amerikanın hakim dairələri bu strateji və önəmli səhvi etməyəcəklər. Onlar bu işi görmüş olsalar, İranın cavabı ciddi, ağır və sərt olacaq. Amerika gərək atacağı bu addımdan sonra baş verənlərin məsuliyyətini qəbul etsin”, - deyə sözçü söyləyib.

B. Qasimi Ermənistanın baş naziri Karen Karapetyanın başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfərinə də toxunub. O qeyd edib ki, K. Karapetyanın iştirakı ilə Tehranda Qafqaz və regiondakı məsələlər müzakirə ediləcək: “Səfərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq. Qafqaz regionunda baş verən proseslər çox önəmlidir. Bizim Qafqazın bütün ölkələri ilə davamlı görüşlərimiz və müzakirələrimiz olur”.

B. Qasimi Türkiyənin Suriyanın İdlib bölgəsində keçirdiyi əməliyyat və İranın buna münasibətinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələ Astana müzakirələrinin gündəliyində var: “Ümid edirik ki, növbəti görüşdə müsbət nəticələr əldə olunacaq. Suriya məsələsində davamlı koordinasiya var və lazım olanda bir-birimizi son durum haqqında məlumatlandırırıq”.

Ardını oxu...

Putin Rusiya ordusunda xidmət edən əcnəbi vətəndaşların Rusiya xaricində hərbi əməliyyatlarda iştirakına icazə verən qanunu imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncam prezident saytında dərc olunub. Qanunda bildirilir ki, Rusiya ordusunda xidmət edən əcnəbi vətəndaşlar Rusiyanın beynəlxalq aləmdə apardığı antiterror fəaliyyətində, hərbi münaqişələrdə, həmçinin hərbi vəziyyətin elan olduğu yerlərdə xidmət edə biləcəklər.

Qeyd edək ki, əcnəbi vətəndaşlara Rusiya ordusunda müqavilə əsasında xidmət etmək imkanı verən qanun 2003-cü ildə imzalanmışdı. Lakin onların fəaliyyəti Rusiya sərhədləri ilə məhdudlaşırdı.

Putin daha əvvəl Rosqvardiyaya xarici hərbi əməliyyatlarda iştirak etmək hüququ verən sənədi imzalamışdı.

Ardını oxu...

Argentinalı keçmiş futbolçu Dieqo Maradona qızları Calma və Canninanı məhkəməyə verəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, "The Sun" qəzetinin yazdığına görə, qızlar atasının icazəsi olmadan onun hesabından Uruqvaydakı banka 1,45 milyon funt sterlinq vəsait köçürüb.

Nəşrdə qeyd olunub ki, 56 yaşlı argentinalı artıq vəkillərinə iddia ərizəsi üçün sənədləri hazırlamağı tapşırıb. Məlumata görə, bu işdə Maradonanın keçmiş həyat yoldaşı Klaudiya Vilyafanenin də əli ola bilər.

Xatırladaq ki, sonuncunu Maradona 2015-ci ildə məhkəməyə verib və sabiq xanımının 9 milyon dollarının mənimsədiyini iddia edib.

Ardını oxu...



Rusiyadan işğal ortağına sürpriz gözlənti; Kreml İrəvanı indi də Türkiyə və Avropa Birliyi ilə sınağa çəkməyə hazırlaşır; baş nazir Dmitri Medvedyev AB-nin “Şərq tərəfdaşlığı”nın sammiti ərəfəsində Ermənistana Putinin hansı mesajını gətirəcək - işğalçı ölkənin rəhbərliyi təlaşda...

Rusiyanın baş naziri Dmitri Medvedyev İrəvana səfərə hazırlaşır. Səfərin dəqiq tarixi hələlik bəlli olmasa da, onun bu ay ərzində reallaşacağı gözlənilir. Bu da kifayət qədər məntiqli görünür. Çünki cəmi bir ay sonra - noyabrda Avropa Birliyinin (AB) paytaxtı Belçikada təşkilatın “Şərq tərəfdaşlığı” üzvlərinin sammiti keçiriləcək.

Xatırladaq ki, AB-nin “Şərq tərəfdaşlığı” proqramına 6 ölkə - Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova, Belarus və Moldova daxildir. Bu proqramın əsas hədəfi Rusiya ilə bu həmsərhəd postsovet ölkələrini (Ermənistan Rusiya ilə ortaq sərhədə malik deyil) tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqdır.

Artıq Gürcüstan, Moldova və Ukrayna ilə AB arasında assosiativ saziş imzalanıb, bu üç ölkə ilə AB arasında viza rejimi də aradan götürülüb. Yerdə qalan 3 ölkə, o sırada Azərbaycan Rusiya faktorundan daha çox ehtiyat edərək, təşkilatla individual, ikitərəfli çərçivə sazişi imzalamağı üstün tuturlar.

Ən qəliz vəziyyətdə isə təbii ki, işğalçı Ermənistandır. Çünki digər “Şərq tərəfdaşlığı” ölkələrindən fərqli olaraq, İrəvan xarici siyasətdə və yeni strateji tərəfdaşlar tapmaq məsələsində bütünlüklə Rusiyadan asılıdır, faktiki onun vassalı, satelliti (siyasi peyki) statusundadır.

Ən maraqlısı da Ermənistan rəhbərliyinin də Brüssel sammiti çərçivəsində AB ilə çərçivə anlaşması imzalamağa hazırlaşmasıdır. Ötən saylarımızda yazdığımız kimi, bu haqda artıq İrəvan rəsmiləri, o cümlədən prezident Serj Sərkisyan bəyanat verib. Sərkisyan bundan ötrü Brüsselə şəxsən gedib sənədi imzalayacağını da vəd edib (Həmin sammitdə Azərbaycan prezidentinin də iştirakı gözlənilir).

Ancaq Ermənistanda qarşıdakı olaydan, yaxud mühüm gözləntidən dolayı bir təlaş da yaşanır. Çünki Moskvanın 2013-cü ilin sentyabrındakı kimi öz vassalına AB ilə çərçivə sazişi imzalamağa icazə verib-verməyəcəyi hələ də qaranlıqdır. O vaxt son anda Putin Sərkisyanı Kremlə çağıraraq, onu Qarabağla hədələmiş, nəticə etibarilə Sərkisyan dərhal geri çəkilmişdi: Ermənistan Avropa Birliyinə deyil, Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulmaq qərarına gəlmişdi.

Yəni, düşmən ölkədə daha bir analoji presedentin təkrarlana biləcəyindən ehtiyatlanma qalır. Hərçənd, erməni yetkililəri nikbin görünürlər. Bütün hallarda Ermənistan üçün gerisayım artıq başlayıb.

***** 

Bəzi analitiklərə görə, Medvedyevin Ermənistan səfəri bu xüsusda daha çox kəşfiyyat xarakteri daşıyacaq və baş nazirin ziyarəti Putinin əsas mesajını Sərkisyana çatdırmaq niyyəti güdəcək. Bu barədə Ermənistanın aparıcı nəşrlərindın olan “Qraparak”ın son sayındakı qeydlər diqqət çəkir. Qəzet yazıb: “Avrasiya Birliyinin Moskvadakı son iclasında Dmitri Medvedyev Avrasiya İttifaqı-İran münasibətləri ilə bağlı çox maraqlı fikirlər səsləndirdi. O, İranın ittifaqdan hər şey alacağını, amma əvəzində heç nə verməyəcəyini bildirdi. Ekspertlərin əksəriyyətinin fikrincə, əsas problem Türkiyə-Azərbaycan tandemidir. Rusiya onların Avrasiya Birliyinə qoşulmasında daha çox maraqlıdır. Məsələ ondadır ki, Türkiyə bir müddət öncə Rusiyaya Ermənistanın Avrasiya Birliyindən çıxacağı halda bura girəcəyini bəyan etmişdi. Çoxlarının fikrincə isə, Medvedyevin İrəvana səfərinin əsas məqsədi Türkiyəyə Ermənistanla olan ”strateji" tərəfdaşlığının önəmini göstərmək yox, Ermənistan-Avropa Birliyi assosiasiya sazişinin imzalanmasının qarşısını almaq üçün fürsətin olub-olmadığını anlamaq cəhdidir"

*****

Belədirsə, demək, Moskva hər halda Ermənistanın Avropa Birliyi ilə yeni sənəd imzalamasından, yumşaq desək, məmnun deyil. Bəlkə də belə bir çərçivə sənədini AB ilə Bakı arasında imzalansa, Kremldə bir elə qıcıq yaranmaz. Amma Ermənistan - başqa. Çünki işğalçı ölkə bütün mənalarda Rusiya hesabına mövcud olan, Rusiya hesabına Azərbaycan ərazilərini işğal altında saxlayan, kasad iqtisadiyyatı bütünlüklə Rusiyaya bağlı olan, hətta işğalçı ordusu silahları belə ondan güzəştlə, ən ucuz qiymətə, kreditlə alan ölkədir.

Qısası, Ermənistan hər şeyə görə Rusiyaya borcludur. O üzdən İrəvanın Kremlə kiçicik xəyanətini belə - həm də Rusiyanın bu dəqiqə kritik münasibətlərdə olduğu ABŞ və Avropa ilə xəyanəti Moskva əsla həzm edə bilməz və bədəli çox ağır olar.

“Allah eləsin, mən yanılım, ancaq indiki hakimiyyətin heç bir müstəqilliyi yoxdur. Avropa sistemi ilə yaxınlaşma erməni hakimiyyətinin davranışımdan hiss edilmir. Mən artıq yazmışdım ki, onlar sənədi imzalaya bilməzlər. Çünki onlara icazə verməzlər”.

Musavat.com-un məlumatına görə, bu sözləri “Milli müqəddəratı təyinetmə” birliyinin lideri Paruyr Ayrikyan 1in.am saytına açıqlamasında deyib. Onun qənaətincə, bu dəfə də Moskva İrəvana “dobro” verməyə bilər.

“Mən söz vermişəm ki, əgər bu məsələdə yanılsam, özüm-özümü cəzalandıracağam və ən azı, 6 ay müsahibə verməyəcəyəm. Mən onların (hakimiyyətin - A.X.) mahiyyətini bilirəm və buna əminəm. 2013-cü ildə də demişdim ki, belə bir şeyi təsəvvürə gətirmirəm və faktiki surətdə yanılmadım”, - deyə müxalif erməni siyasətçisi xəbərdarlıq edib.

Hərçənd, onun fikrincə, belə bir sənədin imzalanması Ermənistan üçün proqressiv addım olardı: “Onu da qeyd edim ki, 2013-cü ildə avropalılar özlərini yanlış apardılar. Onlar özlərini belə ehtiyatlı aparmamalı idilər. Siz nə edirsiniz, Serj o vaxt öz rəhbəri Putinlə görüşdü, nəsə elan elədi. Amma dedilər, danışıqları davam etdirin, Serj isə imzalamağa getmir. Nədən siz Serjin bəyanatını danışıqların bitməsi hesab edirsiniz? Hər halda o, ölkənin prezidentidir - hansını ki, qorxutmaq olar. Bir çox ciddi adamlar da mənə deyirdilər ki, onları qorxudublar. Mən ondan narahatam ki, son məqamda Rusiya yenə (AB ilə sənədi - A.X.) imzalamağa imkan verməyə bilər”.

Ayrikyakın söylədiklərindən də göründüyü kimi, nəinki Sərkisyan rejimi, bütövlükdə işğalçı Ermənistan üçün kritik bir ay, daha dəqiqi gerisayım başlayıb. Kremlin İrəvana sürprizi növbəti sürprizi istisna deyil./musavat.com
Ardını oxu...
Oktyabrın 3-də həyatını itirən İraqın keçmiş prezidenti Cəlal Təlabani bu gün Süleymaniyədə minlərlə insan tərəfindən güllərlə qarşılanıb. Ucu-bucağı görünməyən insan seli keçmiş prezidenti son mənzilə yola salmaq üçün küçələrə axışıb.
 
Moderator.az xəbər verir ki, Almaniyada həyatını itirən Cəlal Təlabaninin nəşi bu gün təyyarə ilə Süleymaniyəyə gətirilib. Təlabaninin cənazəsini daşıyan təyyarə Süleymaniyə Beynəlxalq hava limanına enib. Təyyarədə Təlabaninin arvadı və oğluda yer alıb.
 
Hava linamında Təlabani üçün 21 dəfə yaylım atəşi açılıb. İraqın prezidenti Məsum və Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzani cənazə önünə əklil qoyub.
 
Təlabanin cənazəsi havalimanında keçiriləcək tədbirdən sonra Süleymaniyə Böyük Məscidinə, oradan da torpağa veriləcəyi Debaşana götürüləcək.
 
Qeyd edək ki, İraqın keçmiş prezidenti Cəlal Təlabani 83 yaşında vəfat edib. O, 2012-ci ildə infarkt keçirib və uzun müddət komada qalıb. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub.
 
Ardını oxu...
 
Ardını oxu...
 
Ardını oxu...
 
Ardını oxu...
 
Ardını oxu...
Ardını oxu...

İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma olub.

 

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi" xəbər verib. Xəbərdə bildirilir ki, hadisə Ramalla şəhərində, Ummuşşerait ərazisində baş verib. İsrail əsgərləri fələstinlilərə qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. Toqquşma nəticəsində 12 fələstinli xəsarət alıb. Həmçinin 2 nəfər saxlanılıb.

 

Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, təşkilatın əməkdaşları iki fələstinlini Ramalladakı tibb kompleksinə yerləşdiriblər. Digər 10 fələstinliyə isə hadisə yerində tibbi xidmət göstərilib.

Ardını oxu...
İsveç kralı XVI Qustav əhaliyə
ət və marmelad məhsullarından daha az istifadə etməyi məsləhət görüb. O, bildirib ki, bu, sağlamlıq və ekologiya baxımdan olduqca vacib addımdır: “Mən ət istehsalı ilə məşğulam, amma özüm qırmızı ət yemirəm.

 

Bu da tibbi və ekoloji səbəblərə görə belədir. Ət yeyilməsi təbii ki, faydalıdır, amma hər gün qanlı bifşteksi mədəyə ötürmənin heç bir faydası yoxdur. 69 yaşlı monarxın dediyinə görə, özü 1970-ci illərdən bəri kənd təsərrüfatı ilə məşğuldur, eyni zamanda insan orqanizmi ilə bağlı bütün biliklərə malikdir: “Ona görə də bir daha deyirəm ki, “hər şeydən az-az yemək” prinsipini unutmaq olmaz”.

Ardını oxu...

İspaniyanın paytaxtı Madriddə it və pişiklər üçün şirniyyat malları mağazası açılıb.

 

Miguitas adlanan mağaza bir neçə həftədir fəaliyyət göstərir. Alıcılar da burda satılan malları nəinki birbaşa, eyni zamanda saytdan sifariş verməklə əldə edə bilər. Kompaniya it və pişiklərə biskvit, şpiton, pendirli, balqabaqlı şirniyyatlar təklif edir. Şirniyyat sexinin baş aşpazı bildirib ki, heyvanlar üçün nəsə hazırlamaq elə insanlar üçün şirniyyat bişirməyə bərabərdir. Burada buğdaya, şirniyyata allergiyası olan itlər üçün xüsusi şirniyyat nəzərdə tutulub. Amma sexin aşpazları bu təamları hazırlamazdan əvvəl veterinarlarla məsləhətləşirlər.

 

Heyvanlar üçün hazırlanmış qidaları öncə veterinarlar özləri dadır, daha sonra isə piştaxtalara düzürlər. 5 peçenyedən ibarət kiçik bir səbət alıcısına 3.5 avroya başa gəlir. Toyuqlu peçenye üçün isə 5 avro ödəmək lazımdır. Bayram pirojnası 4 avrodur.

 

Musavat.com

 

Ardını oxu...

Ardını oxu...

 


Ardını oxu...

ABŞ polisi Nyu-Yorkda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfəri saxlayıb.


APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Məlumata görə, əhalinin sıx olduğu və gediş-gəlişli ərazilərdə hücumlar planlaşdıran şəxslər ötən ilin yayında saxlanılsalar da, istintaq sirri olduğu üçün bu barədə məlumat verilməyib.

Saxlanılanların adları açıqlanıb. Bunlar 19 yaşlı Kanada vətəndaşı Əbdürrəhman əl-Bəhnəsavi, 19 yaşlı ABŞ vətəndaşı Təlha Xarun və 37 yaşlı Filippin vətəndaşı Rassel Salikdir. NBC-nin məlumatına əsasən, saxlanılanların hər üçünə ömürlük həbs cəzası verilə bilər.
Ardını oxu...

Yaponiyada sənaye gəmisinin qəzaya uğraması nəticəsində 13 Çin dənizçisi həlak olub.

 

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb. Məlumata görə, itkin düşmüş 12 dənizçinin cəsədi yerli vaxtla saat 16:20-də tapılıb. Bundan əlavə, 1 dənizçi də xilasetmə zamanı ölüb. Cəsədlərin Çin gəmisində qaldığı bildirilir. Onların şəxsiyyəti müəyyənləşdirilir.

 

Çinin Osakadakı baş konsulu bildirib ki, işçi qrup tərəfləri əlaqələndirməyə və sonrakı işi başa çatdırmağa davam edəcək.

Dünyapress TV

Xəbər lenti