Avropa və ABŞ banklarına 2,5 milyard dollar ziyan vuran haker qrupu…- Zərərsizləşdirilib
Avropa və ABŞ banklarına təxminən 2,5 milyard dollar ziyan vuran ukraynalı haker qrupu zərərsizləşdirilib.

Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlar Avropa və ABŞ-ın bank serverlərinə kütləvi kiber hücum edərək 2,5 milyard dollar həcmində pulu mənimsəyə biliblər. Haker qrupu 2014-cü ildən Xarkov şəhəri və vilayəti ərazisində fəaliyyət göstərib. Axtarışlar zamanı kompüter və server avadanlığı aşkar edilərək ələ keçirilib. Qrup üzvləri barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün sübutlar toplanılır. Faktla bağlı cinayət işi açılıb.

Dünyapress TV

Xəbər lenti