İnternetin sürətində zəiflik nə ilə bağlıdır? (VİDEO)
Koronovirusla bağlı vətəndaşlar evdə qaldığından son günlər inernetə tələbat kəskin artıb. Bu isə bəzi hallarda internetin sürətində problemlər yaradır.

Məsələyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova münasibət bildirib.

Günel Gözəlova deyib ki, virusla əlaqədər olaraq mart ayının 20-dən etibarən Nazirlik xüsusi iş rejmində çalışır. Vətəndaşların telefon, internetlə fasiləsiz təmin olunması ilə bağlı müvafiq qurumlara ciddi tapşırıqlar verilib.

Nazirlik rəsmisi qeyd edib ki, telefon, internet xidməti ilə bağlı problem yaşayan vətəndaşlar aidiyyatı üzrə idarələrə müraciət etsinlər. Əgər şikayətlərinə baxılmırsa, Nazirliyə müraciət etsinlər.

Qaynarinfo Xezerxeber-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Dünyapress TV

Xəbər lenti