Read more...
Astronomlar ən yüksəyə çıxırlar - Saatda 50-100 “ulduz” düşəcək
Astronomların ilin ən mühüm hadisələrindən biri kimi göstərdikləri “Perseid” – meteorit yağışı avqustun 11-dən 12-nə keçən gecə pik həddinə çatacaq.

Teleqraf.com xəbər verir ki, saatda 100-ə yaxın meteoritin görülməsi gözlənilən gecədə göy cisimləri saniyədə təxminən 66 kilometr sürətlə dünyaya daxil olacaqlar.

Türkiyənin TÜBİTAK Milli Rəsədxanasının (TUG) hazırladığı “2022-ci il Göy hadisələri” hesabatına görə, bəziləri minlərlə il əvvələ aid olan kometaların keçidindən qalan qalıqlardan əmələ gələn və xalq arasında “ulduz düşməsi” adlandırılan meteorit yağışları ildə 8 dəfə baş verir. Bunlar “Quadrantid” (“Kvadrantid”), “Lyrid” (“Lirida”), “Eta Aquarid” (“Eta-Akvarid”), “Delta Aquarid” (Delta-Akvarid), “Perseid”, “Orionid”, “Leonid” və “Geminid” adlanır.

Meteoritlərin sürtünmə nəticəsində yanması, son dərəcə yüksək sürətlə Yerin atmosferinə girərkən əmələ gələn yağışların ən diqqətçəkəni avqustun 11-dən 12-nə keçən gecə yaşanacaq.

Avqustun 14-də başlayan və sentyabrın 1-dək davam edəcək “Perseid” - meteorit yağışı yüksək dağlıq ərazilərdə daha asan müşahidə olunacaq.

TUG-un hesabatı professor Faruk Soyduğan və Tuncay Özışık tərəfindən hazırlanıb.
 
Read more...
Ölkəmizin elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir:
“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (XRİTDX) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı 03.05.2022-ci il tarixindən davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.
XRİTDX dövlət və qeyri-dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşlarımızı diqqətli və ayıq olmağa çağırır”.
 
 
 
Read more...
29 avqustda NASA Aya raket buraxılmasını planlaşdırır
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə
üçün əsas tarix hesab edir qurumun sözçüsü Mayk Sarafin deyib.
“29 avqust bizim üçün əsas tarixdir, biz Şərq sınaq poliqonunu bunun üçün ayırmışıq”.
Məlumatda həmçinin qeyd olunub ki, raket avqustun 18-də buraxılış meydançasına çatdırılacaq, bundan sonra raketin buraxılışdan əvvəl hazırlanması və onun çənlərinin yanacaqla doldurulmasına başlanılacaq.
NASA-nın məlumatına görə, daşıyıcı raket Floridadakı Kennedi Kosmik Mərkəzindəki “Launch Complex 39B”dən buraxılacaq.
 
 

 


Dünyapress TV

Xəbər lenti