Ardını oxu...
İranda İnstagram və WhatsApp-a həmişəlik qadağa qoyulub.

Teref.az xəbər verir ki, bu barədə İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali deyib:

"İnstagram və WhatsApp sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürənə qədər bu qadağa davam etdirilə bilər".(unikal)
 
Ardını oxu...
Elon Mask "Tvitter" üzərindən yaydığı açıqlamada "Tvitter" rəsmən satın aldığını açıqlayıb.

Avropa.info xəbər verir ki, razılaşmanın əldə edildiyini bildirən Mask reklamçılara ünvanlanan bir mesaj yayımlayıb.

"Tvitter hesabında" açıqlamalar verən Mask aşağıdakı ifadələrdən istifadə edib:

“Tvitter”i niyə aldığım və reklam haqqında nə düşündüyümlə bağlı çoxlu fərziyyələr olub. Çoxu yanıldı. Mən "Tvitter"i aldım, çünki sivilizasiyanın gələcəyi üçün çoxlu inancların sağlam, qeyri-zorakı şəkildə müzakirə oluna biləcəyi ortaq rəqəmsal şəhər meydanının olması vacibdir”.
 
Ardını oxu...
"Meta" şirkəti "WhatsApp" sosial şəbəkəsində bu gün səhər saatlarında müşahidə olunan iki saatlıq fasilənin səbəbini açıqlaylb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, açıqlamada bunun "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.

"Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik", - şirkət əlavə edib.

Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.

Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkədə ötən il problem yaranıb və "WhatsApp" 6 saat işləməyib.
 
Ardını oxu...
Azərbaycan yenidən interneti “azad olmayan” ölklər sırasına daxil edilib
Hesabata görə Azərbaycanın internet azadlığına görə vəziyyəti ötən illə müqayisədə müsbətə doğru dəyişsə də yenə də interneti “Qeyri azad” ölkələr sırasına daxil edilib.
Maraqlıdır ki, Azərbaycan cəmi 1-2 bal artıq toplasa interneti daha yaxşı olan kateqoriyaya, “Qismən azad” ölkələr siyahısına düşə bilərdi.
Freedom House internet azadlığı reytinqini keyfiyyətli internetə əlçatanlıq və məhdudiyyətlərin olması, müstəqil tənzimləyici qurumun fəaliyyəti, internet trafikin, saytların və kontentin bloklanmasını, hüquqi bazanın mövcudluğu, internet istifadəçilərin hüquqlarının qorunması və izlənilməsi, internet resurslara kiber hücumlar və s. bu tip məsələləri dəyərləndirməklə müəyyən edir.
Dəyərləndirmə zamanı 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub.
Builki qiymətləndirmədə 10 bal "ən az azadlığı" olan ölkəni, 95 bal isə "ən çox azadlığı" olan ölkın göstərir.
Bu kriteriya ilə 10-39 bal arasında qiymət alan ölkələr interneti qeyri azad olan ölkələr, 40-70 arasında qiymət alan ölkələr qismən azad və 71-100 bal arasında qiymət alan ölkələr isə azad interneti olan ölkələr kateqoriyasına aid edilib.
Azərbaycan bu il Qazaxıstan, Rusiya və Belarusdan daha yüksək, 38 bal alıb. Ötən il Azərbaycan 35 bal toplamışdı.
Azərbaycanla bağlı hissələri oxudum. Xeyli mənbələrə istinadlar var. Hesabatda reallığı əks etdirənlər, həqiqətə uyğun olmayanlar və açıq-aşşkar ikili yanaşma tətbiq olunan hissələr də var.
Keçmiş sovetlər birliyindən yalnız Gürcüstan (78 bal) və Ermənistan (74 bal) interneti azad olan ölkələr siyahısına daxil ola bilib.
Ukrayna (59 bal) və Qırğızıstan (53 bal) interneti “Qismən azad” ölkələr sıyahısına daxil edilib
Qazaxısan (32 bal), Belarus (28 bal), Özbəkistan (27 ) və Rusiya (23 bal) ilə qeyri-azad interneti olan ölkələr sırasına daxil edilib.
Hesabata görə son bir ildə internet azadlığı 28 ölkədə pisləşib, 26 ölkədə yaxşılaşıb. Rusiya internet azadlığını daha çox məhdudlaşdıran ölkə olub.
Azərbaycan əvvəlki illərdən fərqli olaraq daha çox bu il qəbul edilmiş media haqqında qanunun məhdudlaşdırıcı müddəlarına görə pislənib.
Düşünürəm ki, Azərbaycan internetində müəyyən problemlər olsa da Freedom House təşkilatının bizi interneti “Azad olmayan” ölkələr sırasında daxil edilməsi, yumşaq desəm, ədalətli deyil.
Qurum Azərbaycanı “azad olmayan ” ölkə sırasına daxil edib, amma “Qismən azad” olan ölkələr sırasına baxanda görmək olar ki, ya açıq-aşkar Freedom House qərəzlidir, ya da metedologiyasında qüsurlar var.
Açıq-aşkar Azərbaycandan qat-qat pis vəziyyətdə olan, inkişaf etməyən, mühafizəkar internet mühiti olan ölkələr “Qismən azad” ölkələr sırasına daxil edilib.
Bu isə onu göstəri ki, son illərdə olduğu kimi, bu il də adı çəkilən qurum Azərbaycana qarşı ədalətli mövqe sərgiləmir, ikili yanaşmalara yol verir.
Bununla belə düşünürəm ki, Hesabatda Azərbaycan interneti ilə bağlı bir çox diqqət yetirməli , tənqidi məqamlar var ki, reallığı əks etdirir, onların araşdırılması və aradan qaldırılması vacibdir.
Fikrimcə səlahiyyəti qurumlarımızın Hesabatı incələməsi, qeyd olunan qüsurların təhlil edilməsi, qərəzli yanaşmalarla bağlı quruma müraciətlər edilməsi, əməkdaşlıq imkanlarının axtarılması daha doğru olardı.
Osman Gündüz
Teref.az
 
 

Ardını oxu...
Son zamanlar Azərbaycanda istər bəzi ictimai fəallar, istərsə də ayrı-ayrı vətəndaşlar şikayətlənirlər ki, istifadə etdikləri mobil nömrələrdən xəbərləri olmadan başqa şəxslər “WhatsApp” və “Telegram” kimi sosial şəbəkələrdə qeydiyyatdan keçiblər. Halbuki, sosial şəbəkələrdə hər hansı nömrədən qeydiyyatdan keçmək üçün həmin nömrəyə təsdiq kodu göndərilir. Bu kodu daxil etmədən qeydiyyatdan keçmək mümkünsüz sayılır. Şikayətlərə əsasən, təsdiq kodu o nömrəni işlədən şəxsin telefonuna gəlirsə, onu üçüncü şəxsin əldə etməsi müəmmalı görünür.

Hüquq müdafiəçisi Zəfər Əhmədov AzadlıqRadiosuna bildirib ki, iki gün əvvəl o da həmin halla rastlaşıb: “Bir dostumun xahişi ilə onun üçün öz adıma nömrə almışam. Dostum internetə çıxışı olmayan telefonu işlədir və heç bir sosial şəbəkədə yoxdur. İki gün əvvəl isə “Telegram” hesabıma bildiriş gəlib ki, dostum artıq həmin sosial şəbəkədə var. Özünə zəng vurub soruşdum, təəccüblə dedi ki, heç yerdə qeydiyyatdan keçməyib, amma bir neçə gün ardıcıl şəkildə onun telefonuna təsdiq kodları ilə mesajlar gəlirdi”.

Hüquq müdafiəçisi deyir ki, onun da sosial şəbəkələrdə olan hesabları bir neçə dəfə ələ keçirilib: “Yəqin ki, burda da hədəf mən idim, çünki nömrə mənim adımadır. Dostumun isə heç bir siyasi və ictimai fəaliyyəti yoxdur. Belə üsulla sosial şəbəkələrdə hesab açılırsa, güman ki, rəsmi qurumların və mobil operatorların bundan xəbəri olmamış olmaz”.

Bundan əvvəl də Bakıda bəzi fəallar etiraz aksiyaları ərəfəsində onların mobil nömrələrindən “Telegram” və “WhatsApp”da hesablar açılması ilə bağlı iddialar səsləndirmişdilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən isə “Turan”a bildirilib ki, vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir: “Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil”.

Vurğulanıb ki, qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə “WhatsApp” mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib: “Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib”.

Xidmətdən vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilib. Həmçinin, bu hallarla qarşılaşan şəxslərdən onlara məlumat vermələrini xahiş edirlər. Bildirilib ki, hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, burada aspektlərdən biri mobil telefonun qanunsuz paralel istifadəsidir: “Bu üsulla şəxsən mənim də hesabıma müdaxilə olunmuşdu. Mənə gələn kod paralel istifadə olunmuş və sistemə giriş olunmuşdu. Bu da onu göstərir ki, mobil operatorlar şəxsin sim-kartına gələn informasıyaları hansısa formada oxumağa icazə verən kənar müdaxilələrdən qoruya bilmirlər, ya da özləri buna imkan yaradırlar”.

Onun sözlərinə görə, ikinci səbəb isə hansısa xüsusi proqramlar ola bilər: “Həmin proqramlar yanıltıcı informasiyalar göndərir və həmin mesajlar hansısa formada virtual olaraq təsdiqlənir. Bu da texniki baxımından o qədər mümkün görünmür. Bu, mobil şəbəkə operatorlarının problemi kimi görünür”.

Ə.Məmmədli qeyd edib ki, Azərbaycanda mobil şəbəkələrin payçısı və ya böyük hissənin sahibi hökumət olduğu üçün hətta onun istəyi olmasa belə, məsuliyyəti var: “Bu problemlərdən kütləvi şəkildə şikayətlər varsa, amma obyektiv araşdırma aparılmırsa, o zaman burada şübhəli tərəf kimi hökumətin araşdırmama səbəbinin konkret arxasında duran məntiq bunu istəməməsi kimi görünə bilir”.

Şikayətlərə, hələlik, başqa maraqlı tərəflərdən, o cümlədən mobil operatorlardan münasibət almaq mümkün olmayıb.
 
Ardını oxu...
"Whatsapp" sosial şəbəkəsi mesajları redaktə etmək funksiyasını istifadəyə verəcək.

Teref.Az lent.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" saytı məlumat yayıb.

Belə ki, bu proses artıq uzun müddətdir sınaqdan keçirilirdi. Amma artıq rəsmi olaraq istifadəyə verilməsi dəqiqləşib.

Məlumata görə, yeni funksiyanın köməyi ilə mesajın göndərilməsindən sonra 15 dəqiqə ərzində onu redaktə etmək mümkün olacaq. Yenilik hələ ki, Androidlərin beta versiyası üçün aktivdir.

Xatırladaq ki, bu funksiya "Telegram" sosial şəbəkəsində xeyli vaxtdır ki, mövcuddur.
 
Ardını oxu...
Smartfon istifadəçisinin mobil tətbiqi yükləyərkən verdiyi icazələr risklidir.

Bu barədə Rusiyanın “KiberTəhlükəsizlik Mərkəzi” MMC-nin direktoru Vyaçeslav Demin xəbərdarıq edib.

Onun sözlərinə görə, belə icazələr smartfonun sahibi haqqında məlumat toplamağa və cihazda saxlanan məlumatlara daxil olmağa imkan verir.

Ekspert bunlardan ən təhlükəlisini administrator hüquqlarını göstərib, çünki bu proqram üçün telefona və onun fayllarına tam giriş imkanı verir.
Mütəxəssis bildirib ki, daxili yaddaşa oxumaq imkanı istəyən tətbiq qapalı yaddaşa girişi nəzərdə tutur.

“Zənglərə və SMS-lərə giriş icazəsi tətbiqə zəng jurnalını oxumaq və zəng etmək, SMS oxumaq və göndərmək imkanı verir. Həmçinin kontaktlara giriş - kontaktlar haqqında məlumat əldə etmək, mikrofona daxil olmaq - mikrofondan səs yazmaq, geolokasiyaya daxil olmaq isə cihazın sahibinin yerini öyrənmək imkanı verir”, - deyə o, davam edib.

Zərərli funksionallıq adətən hazırlanarkən müəyyən səhvlər buraxılan məşhur xidmətlərə daxil edilir. Mütəxəssis bu vəziyyətdə dələduzun qurbanın məlumatlarını oğurlaya biləcəyini vurğulayıb.

“Tətbiqlərdə reklam görünərsə, telefonun özünün ödənişli poçt siyahılarına abunə olduğunu və reklam saytlarına baş çəkdiyini görsəniz, bu, sizin zərərli proqramınızın olduğuna işarədir”, - deyə mütəxəssis xəbərdarlıq edib.

O, proqramları quraşdırarkən istifadəçi rəylərinə, yükləmələrin sayına və tərtibatçının məşhurluğuna diqqət yetirməyi tövsiyə edib.

Bundan əlavə, Demin smartfonda antivirus proqramlarından istifadə etməyi məsləhət görüb.

Mənbə: Sputnik
 
 
 
Ardını oxu...
“Anqara-1.2” yüngül daşıyıcı raketi hərbi maraqlar çərçivəsində “Kosmos-2560” peykini orbitə çıxarıb.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Plesetsk Dövlət Sınaq Kosmodromundan Aerokosmik Qüvvələrin kosmik qoşunlarının döyüş ekipajları tərəfindən buraxılan “Kosmos-2560” kosmik gəmisi təxmin edilən vaxtda hədəf orbitinə çıxarılıb və Rusiya Müdafiə Nazirliyinin yerüstü vasitələri ilə müşayiət üçün qəbul edilib”, - hərbi idarə bildirib.

Peyklə sabit telemetrik əlaqə qorunur, onun göyərtə sistemləri normal işləyir.
 
Ardını oxu...
Gəlmiş getmiş vəzirlərin ən ustalarından biri və... hiyləgəri... əlbəttə, böyük şair və alim...
Azərbaycan tarix elmi milli şəxsiyyətlərini öyrənməyib və öyrənmir. Azərbaycanda bioqraf-alim yoxdur. Az-az olan tədqiqatlar isə ictimai şüura mal olmur. İctimai şüura mal olmağın bir yolu var: tədris. Onu da etmirlər, dərsliklərimiz əsasən məhd edir. Yarıkreml-yarıazərbaycan siyasətinə uyğun olanları dərsliklərə salıb göylərə qaldırır, ayıblarını ört-basdır edir və bununla da tarixi şəxsiyyətlər haqqında yanlış fikirlərə meydan açılır. Eynilə sovet dövründə olduğu kimi... lakin bir qədər aşkar, fəal və gerçək biliklərə söykənməyən zəvzəkliklər şəklində...
Vaqif gerçəkdən öyrənilməyə dəyən şəxsiyyətdir. Yaradıcılığı çox araşdırılıb, əsərləri nəşr edirlib, dərsliklərə salınıb. Lakin siyasi kimliyi öyrənilməyib. Baxıram, hər kəs ürəyi istəyəni danışır: rusofil, xəyanətkar, satqın... və s.
Çox yanlış!!!
Vaqif Qazaxdan qaçıbmı, gəlibmi (dəqiq bilinmir) Şuşa qalasına, daha doğrusu ətraf kəndlərdən birinə sığınmışdı, müəllimlik-mollalıq edirdi. Əlbəttə, Qarabağdakı bu ilkin fəaliyyəti onun ranqından çox aşağı idi, çünkü o, alim idi. Məhz bu elmi onu saraya qədər apardı və vəzir etdi. Xanı ələ aldı, üzərində etkisi oldu və dövlətin mühüm adamına çevrildi. Daha doğrusu, İbrahim xanın dörd ən yaxın adamından biri oldu.
Dövlətin başına keçmək min oyundan, keçir. Vaqif bütün oyunlarda uğur qazandı. Çünkü elm sahibi idi, usta siyasətçi idi, hiyləgər idi. Vəzir olduğu - qılıncının dalı-qabağı kəsən vaxtlarda əlindən gələni əsirgəmədi, hər cür əməldən çıxdı. Həm əxlaqi, həm siyasi mənada.
Batil işləri də vardı, nücum elmində və digər qara işlərdə, rəqiblərini məhv etməkdə usta idi.
Deyilənə görə Qala camaatı onun qara əməllərini yaxşı bilir və ölümündən 100 sonra da ona lənət oxuyurdu... əlbəttə bu, şifahi tarixdir, ağızdan ağıza gəlmiş Qala hekayələridir...
Lakin İbrahim xan ona inanırdı. Bu da vəzir Vaqif üçün yetərli idi.
Amma satqındı, xəyanətkardı, rusa işləyirdi... bunlar çox cılız fikirlərdir. Vaqif Tehrana tabe olmaq istəməyən bir Qarabağ xanlığının vəziri idi. Vaqifin vəzir olduğu dövrdə Qarabağ əhlindən kimsə Tehrana tabe olmaq istəmirdi. Azadlıq istəyirdi. Hesab edin 88-90-cı illərin Azərbaycanı kimi, bu günkü Ukrayna kimi.
Bu istək həmin tarixi şəraitə, mövcud gücə uyğun idimi, deyildimi bu, başqa söhbət... Mütləq bir həqiqət o idi ki, Qafqazın türk xanlıqları İrandan - Tehrandan idarə olunmaq istəmirdilər, vəssalam. Rusu isə hələ tanımırdılar, şilləsini yeməmişdilər. O da eynilə Qərbin Azərbaycana demokratiya gətirəcəyinə inanan indiki kəsim kimi... o xalqın xəbəri yox idi rus işğal cinayətlərindən, internet filan yox idi, indikilər dünyanı görə-görə - İraqı, Suriyanı, Afrikanı görə- görə öz fantaziyalarına inanırlarsa... daha nə sözümüz var...
Nə isə...
Qafqaz çox müsibət yaşamışdı. Tehranda taxta çıxan Qafqaza arxa baxçası kimi baxırdı. Əlbəttə, mərkəzi dövlət filan deyənlər olacaq. Və haqsız da olmayacaqlar. Amma bu da başqa konu...
Keçək vəzir Vaqifə...
Vaqifi Tiflisə rus heyətlə görüşməyə xan göndərmişdi, özbaşına getməmişdi... əvvəlki məktubu da xanın göstərişi ilə yazmışdı. Həmin xan başqa bir vəziri, mənim ulu babam Seyid Əli Məhəmməd ağanı da Osmanlıya göndərmişdi. Xan vəzirin birini ora, birini bura göndərib yardım istəyirdi... bu, çarəsizlikdən doğan siyasət idi, dövlət maraqları idi. Bir qardaşdan qorunmaq üçün o biri qardaşdan, hətta kafir dediyindən imdad istəyirdi. Dövlətlər tarixində belə faktlar saysız -hesabsızdır...
Rus şahı Vaqifə əsa göndərmiş, Qacar şah da gələn kimi səni asacam demişdi. Adam nə etməliydi? Xan da, xalq da( çoxluq) üzünü Qərbə tutmuşdu. Bu, yanlış idi, doğru idi, nəticələri nə oldu... bu, başqa söhbət... amma o zaman ictimai düşüncə o idi...
Dövrün belə bir müərkkəb vəziyyəti o qədər gərgin, qaranlıq, sirli, eləcə də həyəcanlı və maraqlıdır ki... yalnız tarixi bilməyənlər və bu siyasi intriqaları hiss etməyənlər rahatca satqındı, xaindi deyə bilər və Vaqifi Nərimanovla, Ayna Sultanova ilə bir tutarlar...
Vaqif öz dövlətinin, vəziri olduğu səltənətin yanında idi... düzdür, öz oyunu, hiyləsi, qara sərgüzəştləri və hər əməli vardı... lakin bütün bunlarla yanaşı Vaqif - əgər bioqrafiyası doğru-düzgün öyrənilərsə - çox maraqlı tarixi şəxsiyyətdir. Dövrün böyük vəzirlərindən biridir.
Bir dəfə yazmışdım, bir daha təkrar edirəm, Vaqifi şair kimi sevənlər onu dövlət adamı kimi tanısalar... gözlərində yeni dünya açılar...
O ki qaldı Şuşa qalasında Vaqifin heykəlinin qoyulmasına...
O qalada öncə Pənah xanın, ən çox da İbrahim xanın heykəli olmalıdır. Amma hələ qoyulmaz, fikrindəyəm. Çünkü bu heykəlin ətəyində yazılmalıdır ki, İbrahim xanı rus hərbi qatil mayor Lisaneviç gecə yatdığı yerdə əhli-əyalı ilə, azyaşlı uşaqları ilə vəhşi heyvan kimi hücüm edib qətlə yetirdi. Sonra da görk üçün parça-tikə edib doğradı... rus zabitin bir qatil olduğu yazılsın gərək o heykəlin lövhəsində.
O üzdən Vaqif daha loyal görünüb hər zaman Kremlə... türbəsi filanı ucaldılıb. Sovet ideologiyası Vaqifdən rusofil uydurub. Özümüzdən özümüzə düşmən yaradıb, özümüzü özümüzlə vurub. Rusun təbəəliyi Vaqifin nəyinə lazım idi, Vaqif mütləq hakimiyyətinin qorunması peşində idi... yenə deyirəm, nəticə nə oldu, bu, artıq başqa konu...
Belə... tarixi şəxsiyyətlərimiz öyrənək... bu, bizim kimlik tariximizdir...
Vaqif də, İbrahim xan da, Nərimanov da... bizim sələflərimizdir... sadəcə biri belə, biri elə... nə kəsiləsidi, nə atılası...
Teref.az
 
Ardını oxu...
"Təcili olaraq həm iOS-da həm Android-də "WhatsApp"ı yeniləyin!".
Bakupost.az xəbər verir ki, bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas xəbərdarlıq edib.

O bildirib ki, köhnə versiyalarda olan bir boşluqla hakerlər smartfonun idarəsini ələ ala bilir:

"Yəni, sizə bir video göndərilir və o video ilə bütün smartfonun idarəsi keçir qarşı tərəfə. Ümumiyyətlə, məşhur "Pegasus" hadisələrində də "WhatsApp"ın bu boşluğu gündəmdə idi. "WhatsApp" son aylarda təhlükəsizliyi təmin edə bilmir. Meta başını "metaverse" mözularından biraz açsa, istifadəçilərin təhlükəsizliyini də qoruyardı".


Ekspert, həmçinin "WhatsApp Premium"un da gələcəyini xatırladıb: "WhatsApp"da pullu xidmətlər olacaq".
 

Dünyapress TV

Xəbər lenti