COVID-19 ABŞ-da 250 mindən çox insanın həyatına son qoydu
ABŞ-da son sutka ərzində 164 946 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.

Ümumilikdə ABŞ-da təxminən 11 485 176 nəfər virusa yoluxub. Onlardan 4 293 816 nəfər sağalıb. Ümumilikdə mülaicə alan 250 029 min insanın həyatını xilas etmək mümkün olmayıb.

Dünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötüb, virusdan 1,3 milyondan çox yaxın insan ölüb.

Dünyapress TV

Xəbər lenti