İran dini liderinin müşaviri 2-ci dəfə koronavirusa yoluxub

İran parlamentinin sabiq spikeri və İranın dini lideri Ayətullah Xamneinin məsləhətçisi Əli Laricani 3 aylıq aradan sonra yenidən koronavirusuna yoluxub.

Ovqat.com-un İran mətbuatına istinadən verdiyi məlumata görə, Laricanının analizlərinin nəticələri müsbət çıxıb və o, Tehranda bir xəstəxanaya yerləşdirilib.

İran parlamentinin sabiq spikeri Laricani aprelin 2-də də kronavirusuna yoluxmuş və 24 günlük karantindən sonra öz postuna qayıtmışdı.

Dünyapress TV

Xəbər lenti