Koronavirusa yoluxan şəxsin virusu necə yaydığını ANBAAN İZLƏYİN - VİDEO
Təqdim olunan model göstərir ki, bir şəxs birbaşa daşıyıcı ilə əlaqə qurmadan da infeksiyaya yoluxa bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aalto və Helsinki Universitetlərinin, Finlandiyanın VTT Texniki Tədqiqat Mərkəzinin, Finlandiya Meteoroloji İnstitutunun alimləri öskürərkən, asqırarkən, hətta danışarkən kiçik aerozol hissəciklərinin necə yayıldığını araşdırıb. Məlum olub ki, bu hissəciklər koronavirus kimi patogeni daşıya bilər.

Tədqiqatda COVID-19-un paylanmasının kompüter modeli yaradılıb. Videomaterialda yoluxmuş şəxsin supermarketdə öskürdükdən, asqırdıqdan sonra 20 mkm hissəcikləri ətrafa bulud topası şəklində necə yaydığı göstərilir. Bununla birlikdə, onlar dərhal yerə düşmür, hissəciklərin bir qismi hava cərəyanı ilə xeyli məsafədə hərəkət edir, digər hissəsi isə yerində qalır.
İlkin nəticələrə görə virusu daşıyan aerozol hissəcikləri havada düşünüldüyündən daha uzun müddət qala bilər. Aalto Universitetinin saytında qeyd olunub ki, insanların bir otaqda toplaşmasının qarşısını almaq vacibdir.

Dünyapress TV

Xəbər lenti