Koronavirus Dünyamızı darmadağın edir: ölənlər və yoluxanlarla bağlı son məlumatlar
Dünyada koronavirusa yoluxanların sayı 600 minə yaxınlaşır: Çin siyahıda 3-cü yerə endi
Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları son saatlarda ciddi şəkildə artıb.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 574 min 829 nəfər, ölənlərin ümumi sayı isə 26 min 367 nəfərdir. Siyahıda birinci yerdə artıq Çin deyil, ABŞ-dır. Son 24 saat ərzində ABŞ-da koronavirusa yoluxma 10 min nəfərdən çox olub. Ümumilikdə bu ölkədə 93 min 329 nəfər koronavirusa yoluxan, 1384 nəfər bu virusdan ölən var. Son bir neçə saat içərisində ABŞ-da 7 min 894 nəfər koronavirusa yoluxub, 89 nəfər isə dünyasını dəyişib. ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 44 min 635 nəfər koronavirusa yoluxan, 519 nəfər isə ölən var.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, Çin, İspaniya, Almaniya gəlir. İtaliyada koronavirusdan son saatlarda yoluxanların və ölənlərin sayında ciddi şəkildə artım olub. Ölkə gün ərzində yoluxanların ümumi sayına görə Çini geridə qoyub. Belə ki, son saatlarda İtaliyada koronavirusa 5 min 909 nəfər yoluxub, 919 nəfər isə ölüb. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı artıq 86 min 498 nəfər, ölənlərin ümumi sayı isə 9 min 134 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.

Çində isə gün ərzində cəmi 55 nəfər yoluxub, 5 nəfər ölüb. İki həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində(81 min 340) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 292 nəfər).

İspaniya və Almaniyada da yoluxma sayı sürətlə artmaqdadır. Belə ki, son saatlarda İspaniyada bu virusa 6 min 273 nəfər yoluxub, 569 nəfər ölüb. Eləcə də Almaniyada son saatlarda 5 min 406 nəfər yoluxub, 37 nəfər ölüb...

Ümumilikdə dünyada hazırda 418 min 501 nəfər koronavirus xəstəsi var. Onlardan 21 min 641 nəfərinin vəziyyəti ağırdır.

Dünyapress TV

Xəbər lenti