Bu tərəvəzi çox yemək infarkta səbəb olur – Ürək xəstələri, diqqət
İnfarkt riskini artıran, provakator rolunu oynayan tərəvəz hamının çox sevdiyi, hər yeməkdə istifadə etdiyi soğandır.

Mütəxəssislər bildirir ki, əgər onu həddən çox yesəniz, infarktı tətikləyə bilərsiniz. Özü də elə cavan və ya orta yaşlarda.

Hər soğan belə təhlükəli deyil. Soğanı bölərkən içərisinin sanki boş, bozarmış və kəskin acı qoxusu, xoşagəlməz iyi onun zərərli maddə ilə bol və keyfiyyətsiz olmasından xəbər verir. Çox acı dad verən soğanda çox miqdar kükürd var ki, məhz bu ürək-damar tutmalarında tətikləyici rol oynayır.

Əgər soğanı özünüz yetişdirirsizsə, çalışın əlavə gübrə və ya maddələr qatmayasız.

Ürək xəstələri isə yaxşı olar ki, Hövsan soğanı, qırmızı soğan və ya yaşıl soğan yesin. Bunlarda kükürdlü birləşmələr azdır və ya yoxdur.

Ümumiyyətlə, çalışın çiy halda baş soğanı az yeyəsiz. \\Medicina.az

Dünyapress TV

Xəbər lenti