Ağsuda xəstəlik mənbəyi olan “içməli su” – Foto
Sozcu.az saytının təsisçisi Elşən Əlisoy özünün Feysbuk səhifəsində Ağsu rayonuna verilən içməli suyun yarasız olması ilə bağlı status yazıb. Səhifəsində rayona verilən suyun yaratdığı daşların şəkilini paylaşan Elşən Əlisoy, suyun yaratdığı fəsadlara gorə rayonda artıq gənc nəslin də protes dişdən istifadə etdiyini qeyd edib:

Həmin yazını təqdim edirik:

”Dəyərli dostlar. Bu gördüyünüz daş parçaları hamısı bu gün bizim evdə işlətdiyimiz aristonun içindən çıxdı. Hələ bir dəfə təmizlətmisəm. Ağsu rayon sakinlərinin içdiyi su budur. Rayon sakinlərinə bulaq suyu əvəzinə qrunt suları içirdilər. Heç kim dinmir, danışmır. Rayon sakinlərinin əksəriyyətinin böyrəklərində problemlər yaranıbdır. Artıq gənc insanlar qoyma dişlərdən istifadə edir. Gənc insanların ağızlarından diş qalmayıb. Agsu sakinlərinə verilən suyun səhhətimizə vurduğu ziyanların hamısını sadalamıram. Şəkillərə baxıb özünüz bizim halımızı anlayacaqsınız. Sadəcə dəhşətdir …”
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-08_1565009064_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-08_1565009077_4.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-08_1565009147_5.jpg

Dünyapress TV

Xəbər lenti