Ardını oxu...
Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb.

Dia-az.info xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ardını oxu...
2023-cü ildə Ermənistana köçən Qarabağ erməniləri geriyə qayıtmaqla bağlı əvvəllər səsləndirdikləri konsepsiyanı dəyişiblər.

Qarabağ ermənilərinin ictimai təşkilatlarının rəhbərləri son vaxtlara qədər rəsmi Bakının qarşısında qəbul edilməsi mümkün olmayan tələblər irəli sürürdülər: Azərbaycan qüvvələri Qarabağdan çıxmalıdır, onlara müstəqillik statusu verilməlidir və yalnız bundan sonra beynəlxalq təhlükəsizlik zəmanəti altında regiona qayıda bilərlər. Fevralın 22-dən isə Ermənistanın keçmiş xarici işlər naziri, “Dağlıq Qarabağ xalqının fundamental hüquqlarının müdafiəsi komitəsi”nin rəhbəri Vardan Oskanyanın təklifindən doğan yeni konsepsiya ortaya atılıb.

Oskanyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, “Dağlıq Qarabağ-ATƏT və ya Dağlıq Qarabağ-BMT səviyyəsində müvəqqəti, keçid xarakteri daşıya biləcək birgə administrasiya olarsa”, evlərini tərk etmiş insanlar geri qayıdacaqlar.

Oskanyan təklif edir ki, Dağlıq Qarabağla Azərbaycan arasında danışıqlar aparılsın və bunun nəticəsində tərəflər ermənilərin taleyi ilə bağlı problemin həllinə başlayacaqlar.

“Mən muxtariyyət statusundan və ya başqa statusdan danışmıram. Gələcəkdə xalq buna özü qərar verəcək. Ermənistan hakimiyyəti bunu öz gündəliyinə salmağa borcludur, çünki bu adamlar məhz onların səhvi ucbatından indiki vəziyyətə düşüblər. Dağlıq Qarabağ onların səhvi nəticəsində itirilib. Onlar ermənilərin Dağlıq Qarabağa qayıtması tələbini təbliğ etməyə borcludurlar. Dediyim kimi, Ermənistan hakimiyyəti Dağlıq Qarabağın sovet dövründə olduğu formada muxtariyyət statusu məsələsini bundan əvvəl qaldırsaydı, bu gün vəziyyət başqa cür olardı”, – Oskanyan bildirib.

Beləliklə, keçmiş nazir yeni plan irəli sürür: əvvəlcə ermənilərin beynəlxalq qüvvələrin təhlükəsizlik zəmanəti ilə Qarabağa qayıtması. Sonra ermənilərin Azərbaycandakı statusu ilə bağlı danışıqlar aparılması; bu zaman Qarabağ ermənilərinin Azərbaycandan müstəqilliyi ilə bağlı heç bir şərt qoyulmur.

“Hətta Azərbaycan ermənilərin Dağlıq Qarabağa qayıtmasından danışır, baxmayaraq ki, onlar bunu bir qədər fərqli şəkildə görürlər. Geri qayıtmaq hüququ var və diplomatik iş aparmaqla, ermənilərin orada özlərini təhlükəsiz hiss etmələri üçün təminatlar əldə etmək mümkün olacaq. Ermənistan hakimiyyəti bu işi öz üzərinə götürsəydi, o zaman ideyanın reallaşma ehtimalı 60-70% səviyyəsində olardı. Belə dəstək olmasa, bu ehtimal 50%-dən aşağıdır”, – deyə sabiq nazir qeyd edib.

Rəsmi Bakı ermənilərin Qarabağa qaytarılmasının mümkünlüyü ilə bağlı şərtlərini dəfələrlə bəyan edib: ermənilər, xüsusi hüquqların verilməsi istisna olmaqla, Azərbaycan vətəndaşlığını almaq və azərbaycanlıların müasir Ermənistandakı tarixi yaşayış yerlərinə paralel qayıtması şərti ilə, Qarabağa qayıda bilərlər.

Xatırladaq ki, Ermənistan tərəfinin məlumatına görə, 2020-2023-cü illərdə Qarabağı 120 min erməni tərk edib.

Keçmiş nazirin təklif etdiyi plan nə dərəcədə realdır? Onun təsvir etdiklərinin həyata keçirilməsi texniki cəhətdən mümkündürmü? Digər tərəfdən, Qarabağ ermənilərinin qayıtması üçün belə bir layihənin həyata keçirilməsi indiki şəraitdə və rəsmi Bakının səsləndirdiyi şərtlər daxilində nə dərəcədə realdır?

Cənubi Qafqaz ölkələrindən olan analitiklər məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüblər. Onlar Oskanyanın planını müxtəlif nöqteyi-nəzərdən qiymətləndiriblər, amma sonda ortaq nəticəyə gəliblər.

Erməni media eksperti Akop Karapetyan ilk növbədə qeyd edir ki, Qarabağ ermənilərinin özləri “ictimai” adlanan bu təşkilatları qanuni seçilmiş nümayəndələri hesab ediblər və edirlər.

“Onların adıçəkilən komitəni də özlərinin qanuni nümayəndəsi hesab edib-etmədiklərini bilmirəm. Hesab edirəm ki, bu, konkret təşkilatın və ya şəxsin bəyanatlarının əsl mənasını anlamaq üçün vacib məqamdır.

O ki qaldı Dağlıq Qarabağ ermənilərinin bəyan etdiyi prioritetlərin dəyişməsinə, hesab edirəm ki, burada məntiq sadədir. Dağlıq Qarabağ erməniləri öz evlərində yaşadıqları bir vaxtda təhlükəsizlik və hüquqlarının müdafiəsi məsələsi onlar üçün hər şeydən üstün idi. 2023-cü ilin sentyabrında evlərini məcburi tərk edəndən sonra təhlükəsiz qayıtmaq məsələsinin ön plana çıxması məntiqlidir. Xüsusən də demək olar ki, hər gün sosial şəbəkələrdə və KİV-də Stepanakertdə (Xankəndi – red.) və ya digər şəhər və kəndlərdə təkcə memarlıq abidələrinin deyil, həm də erməni mədəniyyəti xadimlərinə həsr olunmuş heykəllərin söküldüyünü, orta əsr kilsələrinin necə kütləvi şəkildə ermənilərə məxsusluqdan çıxarıldığını görürlər. İstifadə etdiyim “məcburi tərk etdilər” ifadəsinin təbliğata bənzəməməsi üçün sadəcə onu qeyd etmək istəyirəm ki, beynəlxalq hüququn məlum normalarına əsasən, insanların təhlükəsiz yaşaması üçün fiziki təhlükəsizlik zərurətindən əlavə, öz dil və mədəni kimliyinin qorunub saxlanması, habelə digər demokratik azadlıqların (söz azadlığı, seçim azadlığı və s.) təmin edilməsi təminatları var. Hazırda elə bir vəziyyət yaranıb ki, beynəlxalq təşkilatların demək olar ki hamısının yekdil rəyinə görə, Bakı öz vətəndaşlarının demokratik hüquq və azadlıqlarını təmin etmir”, – Karapetyan hesab edir.

Onun sözlərinə görə, müxtəlif universal reytinqlərə görə, Azərbaycan demokratiya məsələlərində sonuncu yerlərdədir, “Dağlıq Qarabağ Respublikası isə faktiki mövcud olduğu onilliklərdə eyni sahələrdə daha yaxşı nəticələr göstərib”. Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşamaq perspektivlərindən danışan Karapetyan ilk növbədə bir məsələni diqqətə çatdırır:

“Azərbaycanda ümumən ermənilərə qarşı mənfi münasibəti bir kənara qoysaq belə, insanlar belə bir sual verirlər: bu ölkədə hər kəsin hüquqları təmin olunmursa, Bakı bizim hüquq və azadlıqlarımızı necə təmin edə bilər?”

Ekspert Qarabağ ermənilərinin qayıtması layihəsinin həyata keçirilməsinin nə dərəcədə mümkün olduğu sualına cavabını yekunlaşdıraraq, deyir: “Birbaşa cavab verəcəyəm ki, indiki şəraitdə və rəsmi Bakının hazırkı ritorikası ilə bu mənə mümkün görünmür“.

Azərbaycanlı politoloq və ictimai xadim Zərdüşt Əlizadə xatırladır ki, çox praqmatik rus atalar sözü var: “Lojku v obed” (tərcüməsi: qaşığı nahar vaxtı vermək lazımdır. Mənası: hər şeyi vaxtında etmək lazımdır – red.).

“Əgər nahar vaxtı qaşığınız yoxdursa, nahar edə bilməyəcəksiniz. Nahardan sonra qaşıq lazım deyil. “Oskanyan planı”nı oxuyandan sonra bu ifadə yadıma düşdü”.

Əlizadə qeyd edir ki, ömrünün son 30 ilini Qarabağ probleminin sülh yolu ilə həllinin axtarışına həsr edib və münaqişənin həllinin bütün variantları ilə tanışdır.

“Tarix sübut etdi ki, təəssüf, hərbidən başqa heç bir variant işə yaramadı. Bəzi variantları Ermənistan tərəfi, bəzilərini isə Azərbaycan tərəfi rədd edib. Hər iki tərəf qəbul etdiyi yeganə ideyaya, ermənilər öz müqəddəratını təyinetmənin prioritet olması ideyasına, azərbaycanlılar ərazi bütövlüyü ideyasına sadiq olduqlarını sübut etdilər”, – deyə Əlizadə qeyd edib.

Ekspert hesab edir ki, demokratik çoxmillətli ölkələrdəki kimi beynəlxalq hüququn iki prinsipinin birləşdirilməsi nümunəsini ilk olaraq Ermənistan rədd edib. Onlar hesab edirdilər ki, bu, məğlub tərəfə qyeri-məqbul güzəşt olardı.

“Cənab Oskanyanın təklifi Azərbaycan üçün 2020-ci ilin sentyabr müharibəsindən əvvəl cəlbedici sayıla, ağlabatan güzəşt və güzəştə getmək istəyi kimi qiymətləndirilə bilərdi. Bəli, bu təklifdə birbaşa olmasa da, dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü tələb etməyə haqqı olması və ikili idarəetmə ilə şərtlənən öz müqəddəratını təyinetmə hüququ etiraf edilir. Bunların hər ikisinin gələcəkdə mübahisə predmeti olacağı aydındır.

Cənab Oskanyanın xarici işlər naziri olduğu dövrdə Ermənistanın Azərbaycanın Qarabağ üzərində hüququnu ümumiyyətlə tanımaq istəməməsi ilə müqayisədə bu variant cəsarətli və yenilikçi yanaşma kimi görünür.

O zaman Ermənistan rəhbərliyinin düşüncəsi belə bir kompromis səviyyəsinə yüksəlmədi. Əksinə, onların düşüncəsi “qalib erməni ordusu” postulatı və Azərbaycanın Rusiyadan icazəsiz qeyri-ənənəvi addım atmaq iqtidarında olmadığına inam ətrafında fırlanırdı”.

Ekspertin fikrincə, indi vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycan cəmiyyəti Qarabağ ermənilərinə qayğının diktə olunduğu bu planı qəbul edə bilməyəcək.

“İdeyanın müəllifi onu bir qədər dəyişsə, 1988-ci ildəki azərbaycanlı qaçqınların Ermənistandakı evlərinə qayıtmaq hüququna dair bənd əlavə etsə, Azərbaycanın suverenliyinə toxunan “DQR+BMT və ya ATƏT hakimiyyəti” absurd idarəçilik dueti ilə bağlı müddəanı çıxarsa, mətnə ​​Qarabağ və Zəngəzurun bütün sakinləri üçün insan hüquqlarının müdafiəsinin konstitusiya mexanizmləri haqqında bənd salsa, Xankəndi və Sünikdə Ermənistan və Azərbaycan konsulluqlarının açılması ideyasını daxil etsə, onda bir də gördünüz ki, artıq keçmiş münaqişə ətrafında çox gecikmiş, lakin prinsipcə kompromis transformasiyası ideyasını canlandırmaq qabiliyyətini qoruyub saxlamış dialoqa maraq yarandı”, – Əlizadə deyir.

Gürcü konfliktoloq, beynəlxalq əlaqələr üzrə doktor, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani hesab edir ki, Qarabağ ermənilərinin öz vətənlərinə qayıtması məsələsinin həlli indiki mərhələdə mümkün deyil və zaman keçdikcə daha da qeyri-real olacaq və əslində Qarabağın ermənisizləşdirilməsi prosesi gedir:

“Mənim bu qiymətləndirməm problemi müəyyən edən siyasi, tarixi və sosial amillərin məcmusuna əsaslanır. Yeri gəlmişkən, mən hələ regiondakı insanların evakuasiya edilməsindən əvvəl Ermənistan televiziyasına müsahibəmdə bu məsələ ilə bağlı kifayət qədər açıq bəyanat vermişdim, orada erməni tərəfinə belə taleyüklü qərar qəbul edərkən daha az emosiya nümayiş etdirmək təklifi ilə müraciət etmişdim. Mən birbaşa bildirdim ki, ermənilərin bölgəni belə kortəbii şəkildə tərk etməsi siyasi və tarixi baxımdan əsassızdır. Onlar həmişə gedə bilərdilər. Amma geri qayıtmaq ən çətin şey olardı. Və belə də oldu”.

Konfliktoloq hesab edir ki, Azərbaycan tərəfi ermənilərin geri qayıtmaması üçün hər şeyi edəcək.

“Yalnız axmaqlar düşünə bilər ki, bu yerlər insansız qalacaq. İllər sonra orada azərbaycanlılar məskunlaşacaq (Azərbaycanda bunun üçün kifayət qədər insan resursları var), erməni izi tamamilə yox olacaq.

Oskanyanın mövqeyinə gəlincə, bu, tamamilə absurddur. Bakı heç vaxt buna razı olmayacaq. O, qalib gəlib, əraziləri qaytarıb və ona orada heç bir vasitəçi lazım deyil”, – deyə Xevtsuriani yekunlaşdırır.
 
Ardını oxu...
ABŞ Kəşfiyyatının yeni hesabatında “Azərbaycan və Ermənistan arasındakı münasibətlərin çox güman ki, gərgin olaraq qalacağı” vurğulanır.

Hesabatda deyilir ki, Azərbaycanın Qarabağı geri alması ilə qeyri-sabitlik səngisə də, Azərbaycanın Ermənistana hərbi təzyiq etmək istəyi davam edir.

"...rəsmi sülh sazişinin olmaması, orduların bir-birinə yaxın yerləşməsi, etibarlı atəşkəs təminatı mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda ölçülüb-biçilmiş hərbi təzyiqdən istifadə etmək istəyi olduğu kimi qalacaq", hesabatda deyilir.

ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycanın Naxçıvanla birləşmək üçün quru dəhlizinə sahib olmaqda israr etməsi "silahlı münaqişə ehtimalını" artırır.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-yə hesabatı şərh etmədiklərini bildirib.

Jurnalist Könül Şahin Zəngəzur koridoru uğrunda müharibə ola bilərmi sualını regionun təhlilçilərinə verib - aşağıda oxuyun.
Son həftələrdə Azərbaycan Qərbdən ardıcıl olaraq, Ermənistanla bağlı xəbərdarlıq alır. Sonuncu belə xəbərdarlıq ötən həftə Avropa Parlamentindən gəlib: əgər Azərbaycan Ermənistana hücum edərsə, ona qarşı sanksiyalar tətbiq edilməlidir, avropalı deputatlar bildiriblər.

Rəsmi Bakı Ermənistana qarşı hər hansı hücum etmək planının olduğunu təkzib edir. Prezident İlham Əliyev bunu Azərbaycanın “demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsi” sayır.

Bəs bu xəbərdarlığa əsas verəcək nə baş verib?

Bəzi təhlilçilərə görə, Azərbaycan və Ermənistan arasında hələ də razılaşdırılmamış Zəngəzur dəhlizi yeni gərginliyin səbəbi ola bilər.

Azərbaycan bir hissəsi olan Naxçıvana Ermənistandan keçməklə sərhəd-gömrük nəzarəti olmayan dəhliz istəyir. Ermənistan rəsmi Bakıya yol verməyə hazırdır, ancaq öz nəzarəti altında. Rusiya isə bu yola özü nəzarət etmək istəyir və onun bu istəyi də 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb.

Həllini tapmayan bu məsələ ilə bağlı yeni müharibə baş verə bilərmi?
Ardını oxu...
“Bu, Azərbaycanın risk edib-etməyəcəyi məsələsi deyil”
Ermənistanın siyasi çevrələrində və mediasında Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün güc tətbiq edəcəyi ilə bağlı müzakirələr davam edir.

Fevral ayında Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanda hökumətin həftəlik iclasında bildirib ki, Ermənistanın kompromislərə hazır olmasına baxmayaraq, Azərbaycan tərəfi daha çox Ermənistan ərazisini “ələ keçirmək” və Yerevandan digər güzəştlər əldə etmək üçün “hərbi zorakılıq siyasəti” həyata keçirir.

Paşinyan, eyni zamanda “France 24” telekanalına müsahibəsində “Rəsmi Bakının bəyanatlarını təhlil edəndə belə qənaətə gəldik ki, həqiqətən də Ermənistana hücum ehtimalı yüksəkdir” deyib.

Bir çox ermənilər kimi, Ermənistanda mənzillənən siyasi şərhci Hakop Badalyan da bölgədəki nəqliyyat əlaqələrinin hərbi güc yolu bərpa edilməsini “kifayət qədər yüksək ehtimal” sayır. Siyasi təhlilçi əlavə edir ki, bölgədə stabilliyin pozulması regional güclər olan İran və Rusiyanın istəmədiyi bir şeydir, amma Azərbaycan Ermənistana hücum edərsə, Rusiya və İran Azərbaycan və Türkiyəyə qarşı hərbi qarşıdurmaya girməyəcəklər, əksinə, ortaq məxrəcə gəlməyə çalışacaqlar”.

“Vəziyyət riskə doğru inkişaf edərsə, onu idarə etməyin asan olması üçün Ermənistan Qərblə əməkdaşlıq etməyə çalışır”- Hakob Badalyan deyir.

Bu ilin yanvarında Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Ermənistanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğunu və bu, baş verərsə, bunun Azərbaycan və Avropa İttifaqı münasibətləri üçün ciddi nəticələr doğuracağını bəyan edib.

Rəsmi Bakı Zəngəzur dəhlizindən öz şərtləri əsasında istifadə etmək niyyətindən geri çəkilmədiyini gizlətmir, amma israrla vurğulayır ki, bunu güc yolu ilə həyata keçirmək istəmir.

“Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, - Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib və bu açıqlamanı Azərbaycana qarşı “pərdələnmiş təhdid” kimi qiymətləndirib.
“Moskva Yerevanı cəzalandırmaq üçün Bakıdan istifadə edə bilər”
Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin - AVİM baş şərhcisi Dr.Turqut Kərəm Tuncelin fikrincə, Moskva Qərbə yaxınlaşmaq siyasəti aparan Yerevanı Bakı vasitəsilə cəzalandırmaq üçün Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlara sövq edə bilər və Bakının burada “diqqətli olması” lazımdır:

“Ermənistana qarşı işğal Azərbaycanın beynəlxalq aləmdə təcavüzkar və günahkar tərəf kimi qəbul edilməsinə səbəb yaradacaq bir hadisə olar. Ona görə də Bakının bu cür təxribatlara qarşı ayıq-sayıq olması məqsədəuyğundur.

Nəticə etibarilə, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsi ehtimalı o qədər də yüksək olmaya bilər. Lakin sərhəd xəttində kiçik miqyaslı münaqişələr gözlənilən hadisələrdir”, - o vurğulayıb.

Amma şərhçi onu da əlavə edir ki, Yerevanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana genişmiqyaslı hücuma keçəcəyini iddia etməkdə məqsədi həm Qərb dövlətlərindən siyasi və hərbi dəstək qazanmaq, həm də Azərbaycanı Qərb ictimaiyyətinin nəzərində “şeytanlaşdırmaqdır”.

Avropa Parlamenti fevralın 28-də açıqladığı “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” adlı illik hesabatında qeyd edib ki, Ermənistanın ərazi bütovlüyünə hər hansı bir hərbi təcavüz edilərsə, Prezident Əliyevin hərbi və siyasi əhatəsinə sanksiyalar elan olunmalı, Azərbaycandan neft və qaz idxalı dayandırılmalıdır. Sənəddə, eyni zamanda Avropa İttifaqı olmayan ölkələrin Azərbaycana yardımları pislənib.

Avropalı deputatlar, həmçinin Ermənistanla daha sıx əməkdaşlığa və Ermənistana özünü müdafiəsi üçün hərbi dəstək göstərməyə çağırıblar.
“Yeni müharibə Azərbaycanın marağına uyğun deyil”
Bakıda yerləşən Topçubaşov Mərkəzinin siyasi şərhçisi Məhəmməd Məmmədova görə, tərəflərin sürətlə silahlanmağa davam etməsi və üçüncü ölkələrin Bakı-Yerevan çəkişmələrindən faydalanmağa çalışması qarşılıqlı inamsızlıq mühitində yeni bir müharibə və ya sərhəd toqquşması ehtimalını artırır.

Amma o, eyni zamanda əlavə edir ki, yeni müharibə Azərbaycanın marağına uyğun deyil və Zəngəzur dəhlizinə görə Ermənistana hücum edəcəyi ehtimalı çox azdır:

“Hər şeydən əvvəl, Bakıda anlayırlar ki, Ermənistan ərazilərinin işğalı elə bir beynəlxalq reaksiya doğura bilər ki, bu da ilk növbədə Azərbaycanın müstəqil və funksional bir dövlət kimi varlığını sual altında qoya bilər. İkincisi, Bakı Qarabağın tam azad olunmasından sonra regional stabilliyin təmin olunmasında maraqlıdır ki, bu da Orta Dəhliz və COP29 kontekstində ölkəyə yeni investorların gəlməsi və ölkənin beynəlxalq arenada imicinin yaxşılaşması üçün çox önəmlidir”, - Məhəmməd Məmmədov BBC News Azərbaycancaya deyib.

Təhlilçiyə görə, sərhədəki son gərginliklər yeni bir müharibənin əlaməti deyil, bunu daha çox sülh müqaviləsinin imzalanması perspektivlərinin azalması kimi dəyərləndirmək lazımdır.

Fevralın 13-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə iki hərbçi yaralanmış, 4-ü həlak olmuşdu.

“Hal-hazırda Azərbaycan tərəfinin əsas arqumenti odur ki, Ermənistan bu gün bu təklifi dəyərləndirib öz ərazisindən Bakı tərəfindən irəli sürülən şərtlərlə tranzitə icazə versin, yoxsa 30 ildir davam edən izolyasiya daha da uzanacaq”- Məhəmməd Məmmədov qeyd edir.

Bakıda yerləşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, Azərbaycan Zənzəzur uğrunda döyüşməyəcək.

O qeyd edir ki, Ukraynada müharibənin başlamasından sonra Rusiyanın sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə etməsinin nəticəsində iki ölkə arasında ticarət həcmi artıb və bu da Ermənistanın illik iqtisadi artım tempinin yüksəlməsinə səbəb olub:

“Ermənistan məhz bu təcavüz şousunu inkişaf etdirərək sanksiyalar məsələsinə göz yumulmasına, həm də Qərb tərəfindən diqqət və dəstəyə nail olur. Sülh sazişi imzalanacağı, təcavüz şousunun aradan qalxacağı halda Qərbin ,xüsusən də Fransanın Ermənistana diqqəti və hərbi sahədə dəstəyinin miqdarı azalacaqdır”, - Fərhad Məmmədov deyir.

Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanla Bakı arasında sülhün hələ mümkün olmadığı fikrindədir. O, France 24 telekanalına müsahibəsində Azərbaycanın Ermənistana hücum etmək ehtimalının böyük olduğunu deyib.

“Rəsmi Bakıdan səslənən bəyanatları təhlil edərkən, qənaətə gəlirik ki, bəli, Ermənistana hücum çox mümkündür. Niyə? Ona görə ki, məsələn, Bakıdan tez-tez Qərbi Azərbaycan haqqında bəyanatlar səslənir. Əslində, Azərbaycan Ermənistan Respublikasının ərazisinin böyük hissəsini Azərbaycan hesab edərək, Qərbi Azərbaycan adlandırır. Diplomatik səviyyədə Azərbaycan əmin edir ki, Ermənistana təcavüz etmək niyyəti yoxdur”, - Ermənistan Baş naziri deyib.
Zəngəzur dəhlizi məsələsi tərəflər arasında necə həll edilə bilər?
Ermənistandan olan siyasi şərhci Hakob Badalyana görə, Cənubi Qafqazda nəqliyyat yollarının açılmasının geosiyasi əhəmiyyəti artıb və bu da problemin həllinin Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxması deməkdir:

“Təbii ki, Bakı və Yerevan həll yolunun formalaşmasında əhəmiyyətli rol oynayırlar, lakin problemin əsas benefisiarları regional güclərdir. Faktiki dünya müharibəsi gedir və bu müharibənin əsas məqsədlərindən biri Çindən Avro-Atlantikaya qədər mühüm kommunikasiya və logistikaya nəzarətdir. Qafqaz ən mühüm regionlardan biridir və burada hansı mərclərin olduğunu təsəvvür edə bilərik”,- Badalyan qeyd edir.

Türkiyəli siyasi şərhci Turgut Kərəm Tuncelə görə, Zəngəzur dəhlizi açıldığı təqdirdə Ermənistanın 30 ildən artıqdır ki, regionda həyata keçirilən iri infrastruktur layihələrindən kənarda qalmasına və bölgədəki tədricinə son qoyulacaq:

“Təcriddən qurtulub regiona inteqrasiya olan Ermənistanın belə bir vəziyyətdən siyasi və strateji üstünlüklərlə yanaşı, iqtisadi səmərə əldə edəcəyi və Ermənistanın Cənubi Qafqazın nəqliyyat qovşağı olması ilə təhlükəsizliyini də gücləndirəcəyi izah edilməlidir”.

O qeyd edir ki, Türkiyə Cənubi Qafqazda genişmiqyaslı münaqişənin baş verməsini istəmir.

Turgut Kerem Tuncel deyir ki, Rusiya-Ukrayna müharibəsinə görə, Avropa ölkələri həm Rusiya təbii qazına, həm də Asiya və Avropa arasında ticarət və nəqliyyatı təmin edən və Rusiyadan keçən Şimal dəhlizinə alternativ axtarırlar. Bu vəziyyət Asiya ilə Avropa arasında həm enerji, həm də nəqliyyat qovşağına çevrilməsi baxımından Türkiyəyə üstünlüklər verir və Cənubi Qafqazda davam edən qeyri-müəyyənlik və qarşıdurma mühiti Türkiyənin bu məqsədlərə çatmasına əngəl törədəcək.

Onun sözlərinə görə, Türkiyə bu dəhlizi Orta Asiya ölkələri ilə əlaqə yaratmaq üçün mühüm layihə kimi görür və Zəngəzur dəhlizi açılmasa, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını mümkün görmür:

“Türkiyənin Avrasiya strategiyası Asiya ilə Avropa arasında enerji və nəqliyyat qovşağına çevrilməyə əsaslanır. Ermənistanla sərhədlərin açılması məsələsinə də bu kontekstdən baxılmalıdır. Yəni regionda nəqliyyat xətlərinin inkişafı çərçivəsində Ermənistanla sərhədin açılması vacibdir. Zəngəzur dəhlizinin Türkiyə üçün əhəmiyyəti də eyni səbəbdən qaynaqlanır; yəni regionda nəqliyyat və enerji xətlərinin inkişaf etdirilməsi və Orta Asiya-Cənubi Qafqaz-Türkiyə xəttini Şərq-Qərb istiqamətində dominant xəttə çevirmək”.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib ki, Ermənistan bu layihəni təsdiqləməsə, alternativ olaraq, İran üzərindən keçən yola üstünlük veriləcək.

Bakı və Tehran bir müddət öncə İrandan keçməklə Naxçıvanı Azərbaycana birləşdirəcək yeni yolun tikilməsinə razılaşıb.
 
 
 

Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyanla yazışmalarını sosial mediada dərc edib.

Dia-az.info Publika.az-a istinadən xəbər verir ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Karapetyanın Azərbaycan qoşunlarının Ermənistan istiqamətində hərəkəti haqda ona məlumat vermədiyini açıqlayıb.

“Arşak Karapetyan ən qısa müddətdə xidmət edən müdafiə naziridir. 2021-ci ilin may hadisələrində o, Baş Qərargah rəisinin birinci müavini, noyabr hadisələrində isə müdafiə naziri idi. Mən onu işdən çıxarmaq qərarına gəldim. 2021-ci ilin 14 noyabrında səhər saatlarında o bildirdi ki, sərhəddə sakitlikdir, halbuki o, bu məlumatı verən zaman Azərbaycan qoşunları hərəkətə keçmiş, bir sıra mövqeləri tutmuşdu. Ya məlumatı yox idi, ya da məlumat vermədi”, - Paşinyan bildirib.

Karapetyan Paşinyanın iddialarını rədd edib, bunun yalan olduğunu deyib. Qeyd edib ki, həmin gün o, Dubayda olub.

“Orada mühüm görüş nəzərdə tutulmuşdu, həmin görüşə getdim. Ermənistanın silah alması, bəzi silah növlərinin idxalı ilə bağlı problemlərimiz var idi. Söhbət hücum dronlarından gedir. Vəziyyəti bildirməyə fiziki imkanım yox idi. Həmin məruzəni müdafiə nazirinin yerində qalan, nazir funksiyasını yerinə yetirən etməli idi”, - o bildirib.

Bu cavabdan sonra Paşinyan Karapetyanla yazışmalarını sosial şəbəkələrdə dərc edib.

Erməni baş nazirin “Arşak Karapetyanın yalanının ifşası” sözləri ilə paylaşdığı yazışma 2021-ci ilin 14 noyabr tarixinə aiddir. Karapetyan səhər saat 09:38-də Paşinyana səsli mesaj göndərib:

- Cənab baş nazir, sizə can sağlığı arzulayıram. Bizdə hər şey normaldır.

Paşinyan saat 16:12-də Karapetyana yazır:

- Haradasan?

Saat 16:39-də əlavə edir:

- Məsuliyyətsiz iş ortaya çıxdı.

Saat 18:26-da yazır:

- Ciddi söhbətimiz olacaq.

Saat 18:58-də qeyd edir:

- Baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməlisiniz.

Karapetyan Paşinyanın mesajlarına cavab verməyib.

Ardını oxu...
Ardını oxu...
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciət edənlərin böyük bir qismi proqram rəhbəri vəzifəsi üçün vakansiyada müəyyən edilən tələblərə uyğun olmayan şəxslər tərəfindən edilib.

Vakansiya üzrə tələb olunan sənədləri tam və tələb olunan formada təqdim etməyən şəxslərə münasibətdə isə onlara bu barədə müvafiq sorğular göndərilib.

Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin martın 15-dək qəbulunun davam edəcəyini nəzərə alaraq vakansiyada müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.

Agentlik bir daha diqqətə çatdırır ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.
Elanla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.
https://edu.gov.az/uploads/elan/2024/QU-vakansiya-elani-proqram-rehberi.pdf
 
Ardını oxu...
Erməni təbliğatı Azərbaycana qarşı aciz qəzəb və qərəzli düşüncə nümayiş etdirməkdə davam edir. Belə ki, “panorama.am” saytında “Azərbaycan Stepanakertin ermənisizləşdirilməsi prosesini davam etdirir” sərlövhəli məqalə dərc olunub.

Yazıda müəlliflər Qarabağ separatçılarının “parlament” binasının sökülməsi faktından qəzəblənirlər. Oların fikrincə, Xankəndinin mərkəzində yerləşən separatçıların “parlamenti”nin binası “Artsax Respublikasının siyasi kimliyinin simvollarından biri idi, ona görə də təsadüfi deyil ki, şəhərin işğalından sonra Azərbaycan tərəfi onu sökdü”.

Beləliklə, “panorama.am” saytının redaktorları hesab edir ki, Azərbaycan “Stepanakertin ermənisizləşdirilməsini, Artsaxın şəxsiyyətinin və müstəqilliyinin simvollarının məhv edilməsini” davam etdirir.

Yuxarıdakı bəyanat öz mahiyyətinə görə gülüncdür, çünki Azərbaycan hakimiyyəti öz suveren ərazilərində hər hansı iş görmək üçün heç kimdən icazə istəməməlidir. Separatçıların “parlament”inin binasını sökmək lazım idi və edildi. Azərbaycan torpaqlarının 30 illik işğalını simvolizə edən tikililərlə gələcək üçün planlar qurmağın mənası yox idi.

Bundan əlavə, 2003-2007-ci illərdə tikilmiş bu bina heç bir mədəni dəyəri təmsil etmir və tarixi abidə deyil. Necə ki, 2014-cü ildə istifadəyə verilən “Artsax Döyüşçü-Azadedicilər İttifaqı”nın sökülən binası.

Yazıda beynəlxalq hüquqa müraciət edən “Artsaxın mədəni irsinin monitorinqi” platformasının reaksiyası da yer alır. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin səkkizinci maddəsinin IX bəndinə istinad edilir ki, “din, təhsil, incəsənət, elm və ya xeyriyyə məqsədləri üçün nəzərdə tutulmuş binaları, tarixi abidələri, xəstəxanaları və insanların cəmləşdiyi yerləri qəsdən hədəfə almaq, xəstə və yaralılar hərbi hədəf olmamaq şərti ilə qadağandır".

Yəni, erməni təbliğatı Azərbaycanın öz suveren ərazisindəki qanuni hərəkətlərini “müharibə cinayətləri” kimi təsnif edir, baxmayaraq ki, Ermənistan Silahlı Qüvvələrinin 44 günlük müharibə zamanı əməlləri xatırlanmalıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisinin yaşadığı rayon və şəhərlərə 30 minə yaxın mərmi və 227 raket zərbəsi endirib. Ermənistan ordusu Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Qəbələ və digər yaşayış məntəqələrinə raket zərbələri endirib, bununla da hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib.

Bu müddət ərzində 12 uşaq və 27 qadın olmaqla 93 dinc sakin həlak olub, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan əlavə, erməni təbliğatı mədəni irsin qəsdən məhv edilməsi ilə bağlı UNESCO-nun Bəyannaməsinə müraciət edir və mədəni irsin qorunmasını tövsiyə edir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri və 30 il ərzində Qarabağ bölgəsində Azərbaycan xalqının mədəni irsinə qarşı törədilən vandalizm barədə beynəlxalq platformalarda dəfələrlə danışılıb. Qarabağda minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxanalar və teatrlar talan edilərək dağıdılıb. Bundan əlavə, Azərbaycan tarixini, mədəniyyətini, etnik kimliyini inkar və təhrif etmək məqsədilə bir çox mədəni və dini obyektin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.

67 məscid və İslam dini ziyarətgahından 65-i dağıdılıb, ikisinə ciddi ziyan dəyib. Əvvəllər işğal olunmuş ərazilərdə 900 qəbiristanlıq dağıdılıb. Azərbaycanda bu ərazilərdə qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş milyonlarla kitab və nadir əlyazmaların məhv edilməsi, minlərlə tarixi əhəmiyyətli muzey eksponatlarının və qiymətli əşyaların oğurlanması da qeydə alınıb.

Bu faktlar Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı tarixin saxtalaşdırılmasının və Azərbaycan mədəni irsinin məhv edilməsinin həqiqətən də dəhşətli miqyasını və xarakterini əks etdirir. Beləliklə, özünü beynəlxalq ictimaiyyətə sivil dövlət kimi təqdim etməyə çalışan Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı sözün tam mənasında mədəni soyqırımı törədib.

Bu səbəbdən də Ermənistanın UNESCO-nun Bəyannaməsində öz əksini tapmış prinsiplərdən danışması ən azı ikiüzlülükdür. Hələ baş verənlərin düşmən nəzarətində olan ərazilərdə mədəni sərvətlərin hər hansı dağıdılması aktını qadağan edən silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu maddəsinə zidd olduğunu demirik.

Azərbaycan torpaqlarının işğalçıları, hərbi cinayətkarlar olan “parlament” və “Azadedici Döyüşçülər İttifaqı”nın binaları heç bir halda mədəni sərvət sayıla bilməz. Azərbaycan hakimiyyətinin Qarabağ separatizminin simvollarını məhv etmək, eləcə də öz suveren ərazilərində konstitusiya quruluşu yaratmaq hüququ var. Və burada heç kim bizə heç nə deyə bilməz!

ayna.az
 
Ardını oxu...
Britaniya parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Britaniya parlamentində fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupu və mina qurbanlarına uzun müddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda mina fəaliyyəti və mina qurbanlarına yardım” mövzusuna həsr olunub.

Tədbirdə Britaniya parlamentinin, Britaniya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, britaniyalı akademik və ekspertlər, minalardan təmizləmə məsələləri ilə məşğul olan təşkilatların üzvləri və media təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov 30 illik işğal və hətta ondan sonrakı zamanda Ermənistanın Azərbaycan ərazilərində minlərlə mina basdırması və bunun ağır humanitar nəticələrindən bəhs edib. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin regionda sülhün əldə edilməsi üçün vacib amillərdən biri olduğunu deyən səfir Süleymanov bu istiqamətdə göstərdiyi maliyyə və ekspert dəstəyinə görə Britaniya hökumətinə təşəkkür edib. Minaların təkcə insan həyatı üçün deyil, ətraf-mühit üçün də zərərli olduğunu bildirən səfir təhlükənin bu aspektinə diqqət çəkmək üçün Azərbaycan tərəfindən atılacaq addımlar, o cümlədən bu il Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində mövzu üzrə keçirilməsi planlaşdırılan yan tədbir barədə məlumat verib. Ötən ilin iyun ayında ANAMA-nın müxtəlif beynəlxalq tərəfdaşlar, o cümlədən “Mine Advisory Group” ilə tərəfdaşlıq nəticəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması üçün təlimlərin keçirilməsinə istinad edən səfir bu məqamı ölkə gündəmi üçün bütün vacib məsələlərdə qadınların roluna verilən əhəmiyyət kimi xüsusi vurğulayıb.

Parlamentdə fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupunun sədri, İcmalar Palatasının deputatı Matthew Offord qeyd edib ki, həddindən artıq ağır və çətin təhlükə olmasına baxmayaraq minalar məsələsinə beynəlxalq diqqətin lazımı səviyyədə olmaması təəssüf doğurur. O, sədrlik etdiyi qrupun Azərbaycandakı mina təhlükəsi ilə bağlı gördüyü işlərdən qürur duyduğunu söyləyib, əməkdaşlıq üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, görülən işin Azərbaycan üçün faydaları ilə yanaşı, qazanılmış təcrübənin mina təhlükəsi ilə üzləşən digər coğrafiyalarda da tətbiqi baxımından vacib olduğunu bildirib. M.Offord qrupun Azərbaycana bu xüsusda dəstəyini siyasi yanaşma kimi deyil, məhz humanitar əsaslı və əhalinin gələcək rifahına yönəlmiş fəaliyyət kimi vurğulayıb.

Daha sonra ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov “Mina çirklənməsi və onun dayanıqlı inkişafa təsirləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın üzləşdiyi mina çirklənməsinin miqyası, Ermənistan tərəfindən təkcə hərbi deyil, mülki obyektlərin, hətta qəbiristanlıq və su quyularının belə minalanması, mina insidentlərinin qurbanları və partlayışların baş verdiyi ərazilər üzrə statistika barədə məlumat verilib. S.Poladov, həmçinin ANAMA-nın ərazilərin minalardan təmizlənməsi istiqamətində gördüyü işlər və istifadə edilən texnikadan danışıb. ANAMA-nın mina riskləri üzrə əhali arasında maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərə də diqqət çəkən S.Poladov mina təmizləmə fəaliyyətinin Azərbaycanda 18-ci dayanıqlı inkişaf məqsədi elan edildiyini nəzərə çatdırıb. Təqdimatın sonunda bu günədək minalardan təmizləmə fəaliyyətində Azərbaycana dəstək olan ölkə və təşkilatlara təşəkkür edilib, təhlükənin miqyası və çətin xarakteri xatırladılaraq beynəlxalq tərəfdaşların minatəmizləmə səylərinə dəstəyi davam etdirmələri xahiş olunub.

Tədbir zamanı Britaniya Müdafiə Nazirliyinin rəsmisi Nigel Marş qurumun ANAMA ilə birlikdə mina çirklənməsinin həlli istiqamətində gördüyü işlər və Britaniyanın müvafiq şirkətlərinin həyata keçirdiyi təlimlər barədə danışıb. O, Azərbaycanda mina çağırışı ilə bağlı keçirilən beynəlxalq konfransların bu barədə məlumatlılığın artırılması və daha çox tərəfdaş cəlb edilməsi baxımından faydalı olduğunu deyib.
Britaniyada fəaliyyət göstərən “Mine Advisory Group” – MAG adlı qeyri-hökumət təşkilatının nümayəndəsi qurumun Azərbaycanda həyata keçirdiyi layihələr və qabiliyyətlərin artırılmasına verdiyi töhfələrdən söz açıb.

Beynəlxalq əsasda fəaliyyət göstərən və 2022-ci ildə Britaniyada da filialı açılan APOPO adlı qeyri hökumət təşkilatının nümayəndəsi Alan Mathers minaların yerinin müəyyən edilməsi üçün qeyri-ənənəvi metodların - təlimləndirilmiş siçovullar və itlərdən istifadəsinin az xərclə daha effektiv nəticələrin əldə edilməsindəki rolundan danışıb, ANAMA ilə birgə Azərbaycanda keçirdikləri birgə layihə barədə məlumat verib.

Sonda çıxış edən, REVIVE təşkilatının rəhbəri Nigel Ellway parlament qrupunun sədri Matthew Offordla birlikdə ötən iki il ərzində bir neçə dəfə Azərbaycana səfər etdiyini və mina təhlükəsinin yaratdığı çətinliklərlə yerində yaxından tanış olduğunu deyib. O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində işğal zamanı dağıdılmış milli və dünya əhəmiyyətli mədəni abidələrin bərpasında ərazilərin minalanması səbəbindən yaranmış çətinlikləri diqqətə çatdırıb. Bu məsələni ötən ilin dekabrında Londonda yerləşən Viktoria və Albert Muzeyində mina təhlükəsinin mədəni irsə dağıdıcı təsirləri mövzusunda keçirilən tədbirdə də qaldırdığını deyən N.Ellway bu məqamın diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb.
bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumunda deyib.
“Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdə davam edir. Ermənistanda Zəngəzur yoxdur. Ermənistan heç vaxt Azərbaycanın öz ərazisindəki hər hansı dəhlizə çıxışına razı olmayıb. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü əsasında Cənubi Qafqazın kommunikasiyasını açmaq istəyirik”, - Rubinyan bildirib.

Rubinyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a vurğulayıb ki, İkinci Qarabağ müharibəsini yekunlaşdıran 2020-ci il üçtərəfli Bəyanatda Ermənistan “bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi” öhdəliyini üzərinə götürüb:
“Bəyanatın 9-cu bəndində göstərilib ki, “Bölgə­dəki bütün iqtisadi və nəqliyyat əlaqələ­ri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbay­canın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasın­da nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir".
Bəyanatdan keçən 3 ildən artıq zaman ərzində Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək Zəngəzur dəhlizi ilə bağlı işləri sürətli şəkildə davam etdirir. Ermənistan isə sadəcə prosesləri sabotaj etməklə məşğuldur. Eyni zamanda, Fransa və Hindistan tərəfindən silahlandırılan Ermənistan Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayaraq götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu baxımdan da Azərbaycan və Ermənistan tərəflərinin görüşlərindən, sülh müzakirələrindən ciddi nəticələr əldə edilməyəcəyi görünür. Çünki humanitar məsələlərdən olan mina xəritələri Ermənistan tərəfindən Azərbaycana verilməyib. Digər bir tərəfdən Ermənistanın Azərbaycanla şərti sərhəddə üzbəüz mövqelərində Avropa İttifaqı missiyasının və Fransa Jandarmasının həyətlərindən ibarət muzdlu döyüşçülərin də yer aldığı, hər an ciddi təxribata hazır olan dəstələr var. Bu da o anlama gəlir ki, Ermənistan sülh müzakirələri masasından Qərb, xüsusilə də Fransa tərəfindən qaldırılıb”.

Ekspert qeyd edib ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəblərindən biri də 2024-cü ilin Zəngəzur dəhlizinin reallaşmasını baxımdan əhəmiyyətli tarixin olmasıdır:
“Oxşar iddialara nəzər salsaq görərik ki, 2023-cü ilin sonunda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanın Ermənistana hücum edəcəyini bildirməsi, Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin oxşar fikirləri, həmçinin Fransanın Ermənistanı silahlandırmasının guya ona hücumla əlaqələndirməsi yaxın zamanlarda şərti sərhəddə vəziyyətin kəskinləşəcəyini deməyə əsas verir. Fransanın, Hindistanın, hətta İranın da ehtiyat etdiyi Zəngəzur dəhlizinin açılması və Türkiyə ilə Azərbaycanın birləşməsi məsələsinin reallaşmaması üçün İrəvana dəstək göstərilir. Bu da Ermənistanda özgüvən yaradır və onu yeni təxribatlara ruhlandırır. Türkiyə, Rusiya, Çin, Böyük Britaniya isə Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmasa, Azərbaycan böyük güclərin siyasi və mənəvi dəstəyini alaraq, alternativ imkanlardan istifadə edəcək”.
 
Ardını oxu...

Ermənistanın ikinci prezidenti, hərbi cinayətkar Robert Koçaryanın Xankəndidə böyüyüb yaşadığı evdən görüntülər yayılıb.

"DogruXeber.az" xəbər verir ki, bununla bağlı İctimai Televiziya reportaj hazırlayıb. 

Xankəndi sakini Aydın Əliyev vaxtilə qonşusu olmuş Koçaryanın evinə gedərək onun uşaqlıq və yeniyetməlik illərindən danışıb. 

 

 
Ardını oxu...
“İdman həftəsi” çərçivəsində martın üçündə “Qürurla irəli!” şüarı ilə Xankəndi - Bakı ultramarafonunun dördüncü mərhələsi keçirilib.

Oxu.Az xəbər verir ki, 17 nəfərin iştirakı ilə Hacıqabuldan start götürən dördüncü mərhələ 70 kilometr məsafəni əhatə edərək Qobustanda başa çatıb.

17 nəfərin hamısının finişə çatdığı dördüncü mərhələdə kişilər arasında Artyom Əliyev (Azərbaycan) birinci, Yadigar Hüseynov (Azərbaycan) ikinci, Murat Kaya (Türkiyə) üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti