Fransız vəkillər Qarabağda beynəlxalq hüquqa riayət olunmasını tələb edirlər
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə XXI əsrin əvvəllərində hərb sahəsində yeni səhifə açdı. Azərbaycanın Qələbəsini həzm etməyən qüvvələr, xüsusilə də erməni lobbisi ölkəmizə qarşı qarayaxma kampaniyasına başladı. Fransa mətbuatında reallığı təhrif edən, böhtan xarakterli yazılar yer alsa da, erməni lobbisi istəyinə nail ola bilmədi. Bir qrup fransız vəkilin Azərbaycan reallıqları ilə bağlı Fransa hökumətinə ünvanladığı petisiya da məhz erməni lobbisinin bu istiqamətdə fəaliyyətinin iflasa uğradığını göstərir.

Cebhe.info xəbər verir ki, “Musulmansenfrance” portalında Fransa Vəkillər kollegiyalarının bir qrup vəkilinin hökumətə ünvanladığı petisiya ilə bağlı “Fransız vəkillər Dağlıq Qarabağda beynəlxalq hüquqa riayət olunmasını tələb edirlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Paris və Marsel şəhərlərinin Vəkillər kollegiyalarının bir qrup üzvü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələri sadalayaraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha xatırladıblar. Fransanın özünün dəfələrlə səs verdiyi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tərtib edilmiş bu qətnamələrə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar.

Fransız vəkillər hökuməti beynəlxalq hüquqa riayət etməyə çağıraraq, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və inkişafın qorunub saxlanmasında məhz beynəlxalq hüquqa hörmət olunmasının vacibliyini bildiriblər. Bəzi fransız deputat, mer və siyasətçilərin Azərbaycana və xalqımıza qarşı qanunsuz, təcavüzkar və məsuliyyətsiz hücumlar etməklə, Fransanın nüfuzuna və etibarlılığına, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və inkişafa xələl gətirdiklərini qeyd ediblər.

Vəkillər Fransa hökumətini 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı dəstəkləməyə çağırıblar. Həmçinin BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinə dair Beynəlxalq Hüququn Prinsiplərinə dair Bəyannamə əsasında diplomatik əlaqələr qurmaqda Ermənistan və Azərbaycanı fəal şəkildə dəstəkləməyi tələb ediblər.

Petisiyada dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Ermənistan və Azərbaycana qarşı balanslı münasibəti təmin etmək məqsədilə münaqişə zamanı zərər çəkmiş azərbaycanlı məcburi köçkünlərə və mülki qurbanlara da humanitar yardım göndərilməsi tələb olunub.

Fransız vəkillər hökuməti Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə, ərazilərimizin işğalı zamanı mədəni irsimizə vurulmuş ziyanın qiymətləndirilməsi, eləcə də "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının digər müddəalarının pozulmasını müəyyən etmək məqsədilə UNESCO-nun nümayəndə heyətinin Azərbaycana göndərilməsini təşviq etməyə çağırıblar.

Qeyd edək ki, sənəd Paris və Marsel şəhərlərinin Vəkillər kollegiyalarının 22 üzvü tərəfindən imzalanıb.

Bölmənin digər xəbərləri

12 Aprel 2021 Ekspert Stanislav Pritçin: “Qarabağda hərbi əməliyyatların bərpası riski minimumdur”
12 Aprel 2021 Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR
11 Aprel 2021 Yarımçıq qalan missiya - Erməni diversantların qaytarılması ilə bağlı Rusiyanın vasitəçiliyi niyə baş tutmadı?
10 Aprel 2021 Qarabağ Qazisindən İsa Sadıkovun "türklər olmasaydı" atmacasına SƏRT İTTİHAM... - "Bu qələbənin bir müəllifi var..."
10 Aprel 2021 Əli ətəyindən uzun Rüstəm Muradov... - Rusiyadan sürpriz zəng... və gözlənilməz səfər
10 Aprel 2021 Azərbaycan “bu gənc xanımı yedirərsə”, o, bizimlə rəqs edəcək - “Artsax”ın gələcəyi...
09 Aprel 2021 “Lazım gəlsə, Rusiya ilə müharibədən çəkinməməliyik”
08 Aprel 2021 Ermənilərin Ağdabanda azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür
07 Aprel 2021 "Proses Rusiyanın maraqlarına uyğun cərəyan edəcək"
07 Aprel 2021 “Bu, Qarabağda yeni risklər yarada bilər” - Muradov “iş” başında
04 Aprel 2021 Xocalı aeroportunda Rusiya və Ermənistan bayraqları dalğalanır, üstəlik…-FOTO
04 Aprel 2021 Azərbaycanın addımı Rusiyanı hərəkətə keçirdi - Putin fikrini dəyişib?
03 Aprel 2021 Cəbrayıl rayonunun Horovlu kəndinin görüntüləri – VİDEO
02 Aprel 2021 Babamın dırnağı sənin başından qiymətlidir!
02 Aprel 2021 “Paşinyanı “Qarabağ- Ermənistandır və nöqtə” deməyə arvadı məcbur etdi…”
31 Mart 2021 “Kəlbəcər bizim olmayıb. Bunu bütün dünya deyir…”- Erməni deputat
31 Mart 2021 Erməni deputatın Azərbaycanla inək davası – VİDEO
30 Mart 2021 Ermənilər qədim yaşayış məskənimizdən oğurluq ediblər
27 Mart 2021 SÜLHMƏRAMLILARDAN NÖVBƏTİ ANTİ-AZƏRBAYCAN QƏRARI... - Terrorçu rejimin kriminal ünsürlərilə birgə hərəkət edəcəklər!
26 Mart 2021 “RİA Novosti” Simonyanla birlikdə Putinə qarşı və erməni separatçılarının tərəfində

Dünyapress TV

Xəbər lenti