Xocavənddəki qədim Azərbaycan məbədinə yenidən separatçı erməni əskisi asıldı?..-FOTO
Rayon İcra Hakimiyyətinin rəsmi məlumatında abidənin hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qaldığı bildirilir…

Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras məbədinə yenidən separatçı-terrorçu erməni xuntasının cındırı asılıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Qeyd edək ki, bu günlərdə separatçı kriminal xunta rəhbəri Araik Arutyunyan sözügedən məbədə baş çəkib.

Xocavənd Rayon İcra Hakimiyyətinin abidə barədəki rəsmi məlumatında Amaras monastırının Sos kəndində yox, Cütçü(“Maçqalaşen”) kəndində yerləşdiyi və hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qaldığı bildirilir. Məlumatda deyilir:

“Amaras məbədi
Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır. Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır. Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir. Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur.Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının — Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.

Hazırda Amaras monastırı kompleksi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

ABİDƏNİN PASPORTU

Ad: Amaras monastırı
Abidənin növü: Memarlıq abidələri
Tarix: IV əsr
Əhəmiyyəti: Ölkə əhəmiyyətli
Nömrə: № 246.
Şəhər: Xocavənd şəhəri
Ünvan: Maçqalaşen kəndi
Sistem kodu:AJA000261″

P.S….
 
 

Bölmənin digər xəbərləri

28 Fevral 2021 “Caliber”: Erməni hərbçilərə reallığı başa salmaq üçün daha neçə cəsəd lazımdır? - VİDEO
27 Fevral 2021 "İşğaldan azad edilən ərazilər Bakıdakılar üçün bağ sahəsi deyil"-PREZİDENTDƏN XƏBƏRDARLIQ
27 Fevral 2021 Xankəndi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Azərbaycanın dediyi oldu!
27 Fevral 2021 Azərbaycanlı milyonçu Aleksandr Dilbazi dövlət başçımıza MÜRACİƏT ETDİ - MƏTN
25 Fevral 2021 “3-cü Qarabağ müharibəsi yox, antiterror əməliyyatları reallaşdıra bilərik” - GƏLİŞMƏ
25 Fevral 2021 İrandan növbəti erməni canıyananlığı : “Qarabağda ermənilərin təhlükəsizliyi təmin edilməlidir”
25 Fevral 2021 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq
24 Fevral 2021 ŞOK GƏLİŞMƏ: Xankəndidə Ermənistan bayrağı QALDIRILDI və bəyanat TƏKZİB EDİLDİ-VİDEO
24 Fevral 2021 Qarabağda dağıdılmış qəbirlər: erməni vandallığının şahidləri - FOTOLAR
22 Fevral 2021 Erməni qadınlarını Qarabağdakı bu kəndə niyə gətirirlər?
21 Fevral 2021 Xankəndidə “arsax” şüarları – Qondarma rejim kütləvi yürüş təşkil etdi /FOTOLAR
21 Fevral 2021 “Araik həbs olunmalı, Xankəndi silahsızlaşdırılmalıdır” – Qarabağda antiterror əməliyyatları başlayacaq?
20 Fevral 2021 Rusun pulu etibarına qarşı: “Sputnik Ermənistan” nifaq toxumları səpməyə davam edir
20 Fevral 2021 Ruslar Qarabağda nə üçündür? – Erməni siyasətçinin dilindən
19 Fevral 2021 Araik Harutyunyanla Rüstəm Muradovun görüşü keçiriləcək?
19 Fevral 2021 QARABAĞIN QALAN HİSSƏSİ DƏ AZƏRBAYCANIN TABELİYİNƏ VERİLİR- VATİKANDAKI KEÇMİŞ ERMƏNİ SƏFİR
19 Fevral 2021 ŞAD XƏBƏR! Ermənilər daha bir kəndi AZƏRBAYCANA QAYTARIR-Köç BAŞLANDI
19 Fevral 2021 Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq
18 Fevral 2021 Araik Arutunyan “seçkini” təxirə saldı: - Nəzarət yoxdursa, seçki də yoxdur
18 Fevral 2021 Ermənilər ŞOKDA: 21 kilometrlik ərazi Azərbaycana verilir

Dünyapress TV

Xəbər lenti