Qarabağda təcili antiterror əməliyyatı KEÇİRİLİR-AZƏRBAYCAN-TÜRKİYƏ ordusundan ruslara GÖZDAĞI

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ müharibəsi bitsə də, düşmənin təxribatları davam edir. RİA xəbər agentliyi məlumat verib ki, Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilib. Dünən də analoji hadisə yaşanıb. Daha sonra məlum olub ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıblar və nəticədə saxlanılıblar.

Ümumiyyətlə, Azərbaycan ərazisi olan Xankəndidə və yaxud digər ərazilərdə şəhər sakinlərinin niyə indiyə qədər tərksilah edilmədiyi barədə açıqlama verilməyib.

Bəzi ekspertlər hesab edirlər ki, bu, birbaşa rus sülhməramlıların səriştəsizliyindən irəli gəlir.

Belə olan halda sual yaranır; sülhməramlılar niyə öz missiyalarını düzgün yerinə yetirmirlər?

Azerinfo.tv-nin xəbərinə görə politoloq Əhəd Məmmədli bildirib ki, məsələ belə davam edərsə, antiterror əməliyyatı həyata keçirilə bilər. Onun sözlərinə görə, Ağoğlanda olan ikinci provokasiyadan sonra Ermənistan rəsmən boyun qaçırdı ki, bu ərazilər Ermənistan Ordusunun nəzarəti altında deyil:

“Erməni separatçıları gecə ilə mövqelərimizə hücum cəhdi etdilər. Nəticədə isə əsgərlərimiz tərəfindən 62 nəfər zərərsizləşdirilərək əsir götürüldü. Erməni anaları Paşinyandan övladlarını tələb edir.

Belə ərəfədə Paşinyan üçün ən böyük problem əsirlərin qaytarılmasıdır. Lakin Azərbaycan əsirləri geri qaytarmadı. Bildirdi ki, onlar terrorçudur və cinayət işi ilə məhkum olunacaqlar.

Əgər rus sülhməramlıları bu dəstələrin qarşısını ala bilməcəyəcəksə, bu antiterror əməliyyatının ola biləcəyindən xəbər verir. Fikrimcə,yalnız Azərbaycan və ya Rusiya-Türkiyə-Azərbaycanın birgə antiterror əməliyyatları ilə rəsmi Moskvanın çıxara bilmədiyi silahlı ünsürlər təsirsiz hala gətiriləcəklər.

Azərbaycan bunu Kremldən tələb etməlidir ki, sən bacara bilmirsənsə, mən edərəm. Dünənki görüşdə də bu məsələnin qaldırıldığını düşünürəm”.

Politoloq diqqətə çatdırıb ki, rus sülhməramlıları belə hallara göz yumur və səmərəsiz iş görürlər:

“Sosial şəbəkələrdə video yayılmışdı. Yalandan yoxlayır ki, silahın istifadəsi qanunidirmi? O da cavab verir “hə”, sonra da buraxırlar və yaxud dəhlizdən keçərək deyirlər ki, məzuniyyətdən qayıtmışıq və Qarabağda xidmət etməyə gedirik. Erməni anaları İrəvanda parlamentin qarşısında üsyan edir ki, niyə övladlarımızı Qarabağa döyüşə aparırlar?

Bu hamısı rus sülhməramlılarının gözü qarşısında baş verir. Azərbaycan XİN dünənki görüşdən əvvəl BMT-yə şikayət məktubu göndərib ki, rus sülhməramlıları bu məsələlərin öhdəsindən gəlmir. Artıq narazılıqdansa, hərəkətə keçmək lazımdır. Sülməramlılar ermənilərin status alacağını düşünür.

Putin status məsələsinin sonrakı məsələ olduğunu deyib. Müəyyən vaxt keçəndən sonra Azərbaycanın qarşısına fakt qoymaq istəyirlər.

Ona görə Rəsmi Bakı indiki məqamda təcili olaraq bunun qarşısını almalıdır. 10 Noyabr bəyanatında da, ruslar əraziyə nəzarət üçün daxil olmalı və erməni silahlılarını tərksilah etməli idilər. Təəsüflər olsun ki, ruslar ərazilərə girdi, amma ermənilər çıxarılmadı”./dia.az

Bölmənin digər xəbərləri

25 Yanvar 2021 Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - onu türkiyəli iş adamları quracaq
25 Yanvar 2021 Şuşa bizim şəhərdir, yoxsa ermənilərin - Corc Tomas Keppeldən cavab
23 Yanvar 2021 Ermənistan təzminatdan qaçmağa variantlar axtarır – HÖKUMƏT HESABAT VERİR
23 Yanvar 2021 Qarabağa qayıdış planı: birinci kimlər köçürüləcək?
22 Yanvar 2021 Qarabağa qaytarılan ermənilərin – Son sayı
20 Yanvar 2021 Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət edir
20 Yanvar 2021 Hrant Dink 22 il öncə ermənilərə nə deyib? - ŞOK MÜRACİƏT / VİDEO
20 Yanvar 2021 İsrail Qarabağın yenidən qurulmasında iştirak edə bilər
19 Yanvar 2021 Ermənilərin hərəkəti vəhşilikdir - İranlı nazir
16 Yanvar 2021 "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" – Zakaryan
16 Yanvar 2021 Çavuşoğlu: “Qarabağ üzrə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq”
15 Yanvar 2021 Paşinyanın mənasız israrı: Qarabağın statusu və əsirlər məsələsi artıq yoxdur
15 Yanvar 2021 Artıq Türkiyə də Rusiyanın Qarabağda sülhməramlı missiyasından narahatlığını dilə gətirir - Politoloq
15 Yanvar 2021 "BAŞA DÜŞMƏLİYİK Kİ, QARABAĞ BİZİM DEYİL..." - Ermənilər etiraz edirlər + VİDEO
14 Yanvar 2021 Rusiya XİN: "Moskva heç vaxt yeddi rayonun verilməsini təklif etməyib"
14 Yanvar 2021 Azərbaycan Zəngəzurda nə qədər ərazini geri alıb... - Ermənistandan açıqlama
13 Yanvar 2021 Laçın dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 Yanvar 2021 Qarabağda ermənilər "Hadrutun azad edilməsi" təşkilatı yaratdı - Moskva görüşü öncəsi...
12 Yanvar 2021 Moskvada YAŞANANLARIN ŞOK DETALLARI: Qarabağın əsl sahibi kim oldu? – 11 bəndin sirri
12 Yanvar 2021 Xankəndi yaxınlığında atışma səsləri eşidilir

Dünyapress TV

Xəbər lenti