Laçın dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hesab edirəm ki, Moskva görüşü əhəmiyyətli oldu. İlk növbədə kommunikasiyaların açılmasını, Naxçıvanın Azərbaycanla əlaqəsinin təmin edilməsinin əəhmiyyətini qeyd etmək olar. Sözsüz ki, bu yolun açılması Rusiyanın, İranın, elə qardaş Türkiyənin də maraqları daxilindədir. Onların bu dəhlizin açılmasını dəstəkləməsinə təbii yanaşmaq lazımdır.

Teref.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü və əldə olunan nəticələri şərh edərkən bildirib.

Mütəxəssis deyib ki, əslində situasiyaya Ermənistana aidiyyəti olan və olmayan məsələlər kimi yanaşmaq lazımdır: “Sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərində ermənilərin kompakt yaşamasına təbii yanaşa bilərik, amma burada ermənilərin söz sahibi olması düzgün olmaz. Rəsmi mövqe də bundan ibarətdir. Yəni Ermənistanın bu mövzu ilə uzaqdan-yaxında əlaqəsi olmamalıdır. Əsas məsələlər Azərbaycan-Türkiyə-Rusiya formatında müzakirə edilib.
Yeri gəlmişkən, Mehri dəhlizinin açılması Türkiyənin də marağındadır. 100 minlərlə insanın gediş-gəlişi asanlaşacaq. İqtisadi baxımdan da bu, vacib dəhlizdir. Əslində bunu əldə etmək bizim üçün strateji məsələ idi. İndiki mərhələdə bu məqsədə nail olmağımız çox vacib uğurdur”.

T.Zülfüqarov qeyd edib ki, Şimal-Cənub dəhlizinin işlənməsi də önəmlidir: “Naxçıvanın Culfa hissəsində İranla dəmir yolu birləşməsi var. Şimal-Cənub yük daşınması istiqamətində faydalı ola bilər. Söhbət tranzit imkanlarından gedir”.

Sabiq nazirin fikrincə, bu dəhlizlə bağlı reallıq həm də ona hesablanıb ki, ermənilər “Myatsum” ideyalarından uzaqlaşaraq gələcəkdə daha real iqtisadi səmərəyə yönəlsinlər: “Ermənistan qismən olsa da Şimal-Cənub dəhlizinə qoşula bilər. Yəni onlara göstərilir ki, qonşularınıza qarşı sərsəm ideyalardan əl çəkin və normal qonşu kimi yaşayın. Psixoloji baxımdan bu, onlara ciddi təsirdir”.

Bundan sonrakı vəziyyətə gəldikdə Tofiq Zülfüqarov hesab edir ki, növbəti mərhələdə əsas məsələ həll edilməlidir: “Laçın dəhlizindən və ya başqa ərazilərdən Ermənistan vətəndaşları Azərbaycan tərəfinin razılığı və nəzarəti əsasında bizim ərazilərə daxil olmalıdır. Bunun başqa yolu yoxdur. Sözsüz ki, hərbçilər, silah-sursat bu yoldan Azərbaycana daxil olmamalıdır. Bu, tətbiq edilməsə gərginlik davam edəcək.

Düşünürəm ki, əsirlərin və ya terrorçuların saxlanılması məsələsini də həll etmək lazımdır. Onlar 10 noyabr sazişindən sonra saxlanılanlara hərbi əsir, biz isə terrorçu deyirik. Onlar oradan ərazimizə daxil olurlar, bizim müvafiq qurumlarınız da onları əsir götürür və ya zərərsizləşdirirlər. Burada sülhməramlıların üzərinə əsaslı iradlar yönəlir”.Teleqraf

Bölmənin digər xəbərləri

27 Yanvar 2021 Almaniyanın XİN rəhbəri: "Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"
25 Yanvar 2021 Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - onu türkiyəli iş adamları quracaq
25 Yanvar 2021 Şuşa bizim şəhərdir, yoxsa ermənilərin - Corc Tomas Keppeldən cavab
23 Yanvar 2021 Ermənistan təzminatdan qaçmağa variantlar axtarır – HÖKUMƏT HESABAT VERİR
23 Yanvar 2021 Qarabağa qayıdış planı: birinci kimlər köçürüləcək?
22 Yanvar 2021 Qarabağa qaytarılan ermənilərin – Son sayı
20 Yanvar 2021 Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət edir
20 Yanvar 2021 Hrant Dink 22 il öncə ermənilərə nə deyib? - ŞOK MÜRACİƏT / VİDEO
20 Yanvar 2021 İsrail Qarabağın yenidən qurulmasında iştirak edə bilər
19 Yanvar 2021 Ermənilərin hərəkəti vəhşilikdir - İranlı nazir
16 Yanvar 2021 "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" – Zakaryan
16 Yanvar 2021 Çavuşoğlu: “Qarabağ üzrə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq”
15 Yanvar 2021 Paşinyanın mənasız israrı: Qarabağın statusu və əsirlər məsələsi artıq yoxdur
15 Yanvar 2021 Artıq Türkiyə də Rusiyanın Qarabağda sülhməramlı missiyasından narahatlığını dilə gətirir - Politoloq
15 Yanvar 2021 "BAŞA DÜŞMƏLİYİK Kİ, QARABAĞ BİZİM DEYİL..." - Ermənilər etiraz edirlər + VİDEO
14 Yanvar 2021 Rusiya XİN: "Moskva heç vaxt yeddi rayonun verilməsini təklif etməyib"
14 Yanvar 2021 Azərbaycan Zəngəzurda nə qədər ərazini geri alıb... - Ermənistandan açıqlama
13 Yanvar 2021 Qarabağda təcili antiterror əməliyyatı KEÇİRİLİR-AZƏRBAYCAN-TÜRKİYƏ ordusundan ruslara GÖZDAĞI
12 Yanvar 2021 Qarabağda ermənilər "Hadrutun azad edilməsi" təşkilatı yaratdı - Moskva görüşü öncəsi...
12 Yanvar 2021 Moskvada YAŞANANLARIN ŞOK DETALLARI: Qarabağın əsl sahibi kim oldu? – 11 bəndin sirri

Dünyapress TV

Xəbər lenti