Qarabağda ermənilər "Hadrutun azad edilməsi" təşkilatı yaratdı - Moskva görüşü öncəsi...
Nə qədər ki, belə separatçı, silahlı ünsürlərin torpaqlarımızdan tam təmizlənməsi təmin olunmayıb, 10 Noyabr bəyanatı və 11 yanvar Moskva görüşündə nəzərdə tutulmuş məsələlərin tam həllindən danışmağa dəyməz...

Moskvada dünən üçtərəfli görüşün getdiyi bir vaxtda Qarabağda "Hadrutun işğaldan azad edilməsi" adlı qondarma ictimai təşkilatın qurulması haqda xəbərlər yayılıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində təqdim olunib.

“Təşkilat Artsax Respublikasının müvəqqəti işğal olunmuş Hadrut bölgəsinin işğaldan azad olunması ilə bağlı milli-siyasi baxışın bir hissəsi kimi əks olunmalı olan məsələləri qaldıracaq. Təşkilat 10 noyabr tarixli üçtərəfli bəyanatı qəbul etmir. Çünki həmin sənəd etnik təmizləmə də daxil olmaqla Azərbaycanın müharibə cinayətlərinin izlərini göstərən "jus cogens" beynəlxalq hüquq normalarına ziddir”- məlumatda belə deyilir.

Zəruri şərh:

Belə informasiyalar bir daha sübut edir ki, Azərbaycanın keçmişdə Dağlıq Qarabağ adlanan ərazilərində hələ də bölgədə əsl mənada sülh yaranmasını istəməyən, yəni buradakı erməniləri Azərbaycan Respublikası idarəçiliyi altında yaşamaqdan çəkindirməyə çalışan revanşist qüvvələr xeylidir. Və bunlar əsasən 30 illik separatçı-terrorçu xuntanın Xankəndindəki tör-töküntüləri tərəfindən dəstəklənir. Araik Arutyunyanın dəstəsi isə öz növbəsində Qarabağ məsələsinin ədalətli həllini istəməyən, bunu regionu idarə etmək üçün əllərində bir “maşa” kimi saxlamağa çalışan super güclər, o cümlədən Minsk qrupunun üzvləri olan dövlətlər tərəfindən bu və ya digər dərəcədə himayə olunur. Ona görə də nə qədər ki, həmin separatçı-terrorçu xunta üzvləri Azərbaycanın müvafiq qurumlarının bilavasitə iştirakıyla yaxalanaraq məsulliyətə cəlb olunmayıb və hazırda Qarabağ torpaqlarındakı hər bir erməninin, eləcə də digər xarici vətəndaşların şəxsiyyəti identifikasiya olunaraq bütün separatçı ünsürlər və erməni silahlılarının Qarabağdan tam təmizlənməsi təmin olunmayıb, 10 Noyabr bəyanatı və 11 yanvar Moskva görüşündə nəzərdə tutulmuş məsələlərin(məs. Ermənistanla yolların açılması və s.) tam həllindən danışmağa dəyməz...

Sultan Laçın

Bölmənin digər xəbərləri

27 Yanvar 2021 Almaniyanın XİN rəhbəri: "Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"
25 Yanvar 2021 Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - onu türkiyəli iş adamları quracaq
25 Yanvar 2021 Şuşa bizim şəhərdir, yoxsa ermənilərin - Corc Tomas Keppeldən cavab
23 Yanvar 2021 Ermənistan təzminatdan qaçmağa variantlar axtarır – HÖKUMƏT HESABAT VERİR
23 Yanvar 2021 Qarabağa qayıdış planı: birinci kimlər köçürüləcək?
22 Yanvar 2021 Qarabağa qaytarılan ermənilərin – Son sayı
20 Yanvar 2021 Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət edir
20 Yanvar 2021 Hrant Dink 22 il öncə ermənilərə nə deyib? - ŞOK MÜRACİƏT / VİDEO
20 Yanvar 2021 İsrail Qarabağın yenidən qurulmasında iştirak edə bilər
19 Yanvar 2021 Ermənilərin hərəkəti vəhşilikdir - İranlı nazir
16 Yanvar 2021 "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" – Zakaryan
16 Yanvar 2021 Çavuşoğlu: “Qarabağ üzrə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq”
15 Yanvar 2021 Paşinyanın mənasız israrı: Qarabağın statusu və əsirlər məsələsi artıq yoxdur
15 Yanvar 2021 Artıq Türkiyə də Rusiyanın Qarabağda sülhməramlı missiyasından narahatlığını dilə gətirir - Politoloq
15 Yanvar 2021 "BAŞA DÜŞMƏLİYİK Kİ, QARABAĞ BİZİM DEYİL..." - Ermənilər etiraz edirlər + VİDEO
14 Yanvar 2021 Rusiya XİN: "Moskva heç vaxt yeddi rayonun verilməsini təklif etməyib"
14 Yanvar 2021 Azərbaycan Zəngəzurda nə qədər ərazini geri alıb... - Ermənistandan açıqlama
13 Yanvar 2021 Qarabağda təcili antiterror əməliyyatı KEÇİRİLİR-AZƏRBAYCAN-TÜRKİYƏ ordusundan ruslara GÖZDAĞI
13 Yanvar 2021 Laçın dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 Yanvar 2021 Moskvada YAŞANANLARIN ŞOK DETALLARI: Qarabağın əsl sahibi kim oldu? – 11 bəndin sirri

Dünyapress TV

Xəbər lenti