“Bərdə, Ağdam və Ağcabədidə ermənilər tərəfindən mülki evlərə vurulan ziyanı qiymətləndiriləcək” –

BMT agentliklərinin mütəxəssislərindən ibarət əlaqələndirilmiş qiymətləndirmə missiyasının Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb.

Beynəlxalq Miqrasiya Təşkilatından verilən məlumata görə, missiya BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə yanaşı BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT- nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən ibarət olub. Missiya üzvləri Bərdə, Ağdam və Ağcabədi rayonlarında icra hakimiyyətlərinin başçıları ilə görüşüblər, eləcə də müvəqqəti məcburi köçkünlər və münaqişədən əziyyət çəkən icmaların yaşadığı yerlərə baş çəkiblər. Onlar həmçinin mülki evlər və infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün münaqişə zonasının yaxınlığında yerləşən kənd və qəsəbələrə səfər ediblər.

Əsas ehtiyacları anlamağa imkan verən və hökumətin fəaliyyətlərini dəstəkləmək üçün müxtəlif sektorlarda müvafiq humanitar cavab mexanizmlərini planlaşdırmaq məqsədilə missiyanın nəticələrinə dair hesabat hazırlanacaq. BMqT məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə su təminatını yaxşılaşdırmaq məqsədi ilə təşkilatın həyata keçirdiyi kəhrizlərin bərpasını davam etdirməyi planlaşdırır.

Bundan əlavə, təşkilat münaqişədən zərər çəkmiş və həsas insanlara nağd əsaslarda yardım və onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihə üzərində işləyir.

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

Bölmənin digər xəbərləri

24 Noyabr 2020 Türkiyə və Rusiya arasında sülhməramlılarla bağlı mübahisə
24 Noyabr 2020 Türkiyə Qarabağda müstəqil müşahidə məntəqəsi yaratmaq qərarı verdi - Britaniya mətbuatı
23 Noyabr 2020 David Şahnazaryan: "Yeni bir müharibə olacaq. Azərbaycan Zəngəzuru alacaq"
22 Noyabr 2020 Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldıldı
21 Noyabr 2020 "Füzuli Ermənistanın işğalı nəticəsində xarabalığa çevrilib" - Prezidentin köməkçisi
21 Noyabr 2020 Putin Qarabağla bağlı BMT və ÜST-ə müraciət etdi
21 Noyabr 2020 Döyüşlərdə itkin düşən ermənilərin siyahısı Azərbaycana təqdim edilib
20 Noyabr 2020 Şuşada Azərbaycan və Rusiya rəsmisi arasında görüş
20 Noyabr 2020 “Zəfər” və “Qarabağ” ordenləri ilə kimlərin təltif ediləcəyi məlum olub
20 Noyabr 2020 Ermənilər Xankəndiyə toplanır: - ev isə tapılmır...
20 Noyabr 2020 Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”
20 Noyabr 2020 Ermənilər daha İKİ KƏNDİ boşaldır
20 Noyabr 2020 SON DƏQİQƏ! Azərbaycan Ordusu Ağdamda - TARİXİ VİDEO
19 Noyabr 2020 Ermənilər Kəlbəcərdə qəbirləri niyə eşir?
18 Noyabr 2020 Ermənilər Ağdamı qaytarmaqdan imtina edərsə, yeni situasiya yaranacaq - GƏLİŞMƏ
18 Noyabr 2020 Qarabağı tərk edən erməninin son sözü — VİDEO
18 Noyabr 2020 "Le Point" Dağlıq Qarabağ müharibəsindən yazdı: “Küçələrə səpələnmiş cəsədlər...”
16 Noyabr 2020 Üç min kvadrat kilometr, yoxsa... - Kəlbəcər Azərbaycana necə qaytarılacaq?
16 Noyabr 2020  Ramiz Mehdiyevdən müxalifətə çağırış: - “Kölgə salmağa çalışmayın…”
16 Noyabr 2020 “Bəzilərinin təxtibat xarakterli lüzumsuz manipulyasiya cəhdləri yersiz və qərəzlidir” – Adil Əliyev

Dünyapress TV

Xəbər lenti