"Türkiyənin hərbi gücü ilə Azərbaycan Ermənistan üzərində qarantiyalı qələbə qazanmaq üçün tələb olunan hərbi üstünlüyü əldə edib." -Hərbi ekspert
2020-ci ildə Qarabağ danışıqlarının yeni erməni hakimiyəti ilə(köhnə ilə olduğu kimi) yenidən çıxılmaz dalana dirənəcəyini, danışıqlar imitasiyasının belə tükənəcəyini və müharibə şəraitinin yaranacağını 2018 ildə proqnoz etmişdim.
Öz proqnozlarına istinad etmək biraz təvazökarlıqdan kənar sayılır, ancaq dostların çoxu bu proqnozu xatırladığına görə, həm aşağıda bölüşəcəyim fikirlərə giriş olaraq, xatırlatdım.
Prosesin necə dolanıb bu nöqtəyə gələcəyini o yazılarımda əsaslandırmışdım. Doğrusu, pandemiya başlayanda, “qrafikin” korrektə olacağını düşündüm. Ancaq Paşinyanın avantürizmi pandemiyanın sakitləşdirici təsirini nivelə etdi və o, təxribatçı sloqanlar səsləndirməklə kifayətlənməyib, Tovuzda təxribat törədib, vəziyəti bilavasitə müharibə astanasına gəlməsini sürətləndirdi.
Dünən dövlət başçısı hər şeyi açıqladı. Danışıqlar dayanıb, imitasiyanı rədd edirik, Ermənistan cəbhədə təxribatlar törədir, müharibəyə hazırlaşır.

Hazırda hətta birbaşa görüşlərin keçirilməsi böyük sual altındadır. Danışıqların bərpası haqqında danışıqların keçirilməsi məqsədilə həmsədrlərin payıza planlaşdırdıqları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Yeni razılaşmaya görə həmsədrlər, xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirəcəklər. Bu görüşlərdən zatən heç kəs heç nə gözləmir.
Danışıqları başlamaq üçün Azərbaycanın mövqeyi- “danışıqlar yalnız işğalçının torpaqlarımızdan çıxmasının qrafiki barədə gedə bilər. Həmsədrlər danışıqların bu predmet ətrafında aparılmasına qarant verirlərsə, danışıqlara başlayaq”(XİN C.Bayramov TASS agentliyinə müsahibə)
Ermənistan öz növbəsində, şərt irəli sürür ki, həmsədrlər davamlı atəşkəsə qarant verirlərsə, Ermənistan danışıqlara hazırdır(Paşinyan).
Danışıqların pozulması fonunda artan siyasi-diplomatik gərginlik cəbhə xəttində hər an iri hərbi toqquşmalara gətirə bilər.

Azərbaycan ordusu, şübhəsiz, hər bir halda düşməni əzəcək. Son bir neçə ildə Türkiyə ilə hərbi tərəfdaşlıq, birgə genişmiqyaslı hərbi təlimlər, xüsusən son aylarda Türkiyənin Azərbaycana verdiyi siyasi-diplomatik, hərbi-texniki dəstək buna əminliyi artırır.
Türkiyənin regiona Azərbaycanın hərbi müttəfiqi kimi gəlməsi regionda dəngələri dəyişir. Necə Ermənistanın arxasında Rusiya dayanıb, indi Azərbaycanın arxasında Türkiyə var.
Avqustun sonlarında “Anadolu” agentliyinə verdiyi müsahibədə Türkiyənin müdafiə naziri H.Akar açıq bəyan etdi ki, “Türkiyə Qarabağ münaqişəsində tərəfdir”. Bu müsahibə erməni, rus və başqa ekspert dairələrdə və internet-mediada ciddi rezonans doğurdu. Xüsusilə diqqətə çəkilirdi ki, bunu diplomat deyil, hərbçi deyir. Yəni Türkiyə Qarabağ münaqişəsində hüquqi-diplomatik tərəf olmadığı halda, münaqişədə hərbi tərəf olduğunu bəyan edir. Bu isə o deməkdir ki, Rusiya Ermənistana necə kreditlə(pulsuz) nə qədər tələb olunursa hərbi-texniki yardım edirsə, Türkiyə ondan artığını Azərbaycana edəcək. Necə rus mütəxəssisləri erməni tərəfdə hansısa hərbi cihazları işlədəcəklər, ondan artıq türklər bizə verdikləri cihazları işlədəcəklər.
Bu gün Türkiyə silahı, silah texnologiyaları dünyada aparıcı, lazer silahlar və dronların yeni taktiki tətbiqində isə birinci yerdədir. Hərbçi kimi deyim ki, hazırda bu qeyd etdiyim iki vasitəyə qarşı dünyada çarə tapılmayıb, lakin fəal axtarış gedir. Türkiyənin bütün bu qabaqçıl silah növləri və ən güclü, Suriya, Liviya döyüş təcrübəli mütəxəssisləri , sanın ki, Azərbaycanın sərəncamındadır. Türkiyənin hərbi gücü ilə Azərbaycan Ermənistan üzərində qarantiyalı qələbə qazanmaq üçün tələb olunan hərbi üstünlüyü əldə edib.
Əminəm, bu üstünlüyümüz ordumuz tərəfindən tezliklə döyüş meydanında gerçəkləşdiriləcək, torpaqlarımız işğalçıdan azad olunacaq!
Nazim Bayram
Hərbi ekspert
Teref.az

Bölmənin digər xəbərləri

25 Oktyabr 2020 Ermənilər Kəlbəcər yolunu aça bilmir
20 Sentyabr 2020 PKK–nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır - MİSİR MEDİASINDA SENSASİON TƏFƏRRÜATLAR
19 Sentyabr 2020 "Kreml köçə göz yumur və Emənistanı dəstəkləyir” - Zaxarova səmimi deyil
18 Sentyabr 2020 İrəvan onları Qarabağa bu cür gətirib – Şok təfərrüat
17 Sentyabr 2020 Livan qaçqınları, yoxsa ASALA terrorçuları – Ermənistanın gizli planı
14 Sentyabr 2020 Livan erməniləri İrəvana və Qarabağa axışır – Şok rəqəm
13 Sentyabr 2020 Prezidentin köməkçisi cəbhəboyu zonada olub - FOTOLAR
11 Sentyabr 2020 Araik Arutyunyan Qarabağda Livan koloniyasının yaradıldığını bəyan etdi
11 Sentyabr 2020 Şuşada məskunlaşdırılan livanlılar: ermənilər sensasion video yaydı
02 Sentyabr 2020 Livan ermənilərinin Qarabağa köçü - VİDEO
30 Avqust 2020 Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir
27 Avqust 2020 Azərbaycana əsir düşən Gurgen kimdir? – Hərbçilərimizə atəş açan düşməni yaxından tanıyaq!
21 Avqust 2020 Rus dronu vuruldu, türk ordusu hərəkətə keçdi – Bölgədə şok gəlişmə
13 Avqust 2020 “Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – DEPUTAT
01 Avqust 2020 Tonoyan Azərbaycan torpağında Azərbaycanı hədələdi: “Hücum üçün əmr gözləyirik”
30 İyul 2020 Erməni kəşfiyyatının rəhbəri Qarabağa gəldi – Son durum
21 İyul 2020 Ermənistan raketləri dağların arxasında gizlədib - Məxfi görüntülər yayıldı - Vİdeo
20 İyul 2020 Azərbaycanın Milli Qəhrəmanının qızı BMT binası qarşısında bəyanat verib - VİDEO
17 İyul 2020 Türkiyə yenidən qızışmış münaqişəyə müdaxilə edəcəkmi? – "AZƏRBAYCAN QARABAĞA DAİR DANIŞIQLARDAN İMTİNA EDİR"
15 İyul 2020 Veteran batalyon komandiri, baş redaktor Ali Baş Komandana müraciət etdi- MÜRACİƏT

Dünyapress TV

Xəbər lenti