Tonoyan Azərbaycan torpağında Azərbaycanı hədələdi:
Ermənistanın müdafiə naziri David Tonoyan işğal edilən Dağlıq Qarabağa gəlib və burada qondarma rejimin “müdafiə ordusunun komandanı”, general-mayor Cəlal Arutyunyanla görüşüb.

Bu haqda məlumatı “Sputnik Armeniya” nəşri yayıb.

Onun yerli jurnalistlərə verdiyi müsahibəni qurumun mətbuat katibi Şuşan Stepanyan yayımlayıb.

“Qonşu ölkədən (Azərbaycanı nəzərdə tutur) “Hələ gec deyil” sözləri eşidilir və deyirlər ki, erməni qüvvələri bu əraziləri tərk etməlidir. Gəlin anlayaq, “Hələ gec deyil” ifadəsilə hansı vaxta işarə vururlar. Bizim analitik imkanlarımız bunun vaxt çərçivəsini qəbul etmir”. Tonoyan müsahibəsində deyib.

Nazir istənilən tədbirə (müharibə demək istəyir) hazır olduğunu və yalnız əmr gözlədiyini söyləyib:

“Birincisi, elə təəssürat yaranmasın ki, biz əmr gözləmirik. Əslində biz də gözləyirik”.

Haşiyə: İstər Paşinyanın, istərsə də onun komandasındakı hər hansı bir məmurun Azərbaycanı hədələməsi ilk deyil. Nəticə isə göz qabağındadır. Ermənistan ictimaiyyəti üçün köklənən belə bəyanatlar yalnız qorxan itin hürməyinə bənzəyir. Son döyüşlər isə göstərdi ki, ermənilər meydanda tək qalıb, Azərbaycanla müharibə etməmək üçün min oyundan çıxırlar, müsahibələr verərək hər kəsdən imdad diləyirlər. Türkiyə hərbçilərinin Azərbaycanda təlim keçməsi onların bütün cinahlarının kövrək olduğu, sadəcə bir həmlə ilə dağılacağı anlamına gəlir…

Vaxt söhbətindən isə Tonoyan dolayısı yolla yayınmağa çalışıb və sadəcə bu çərçivəni qəbul etmədiyini deyib. Nazir əvvəllər səsləndirdiyi “Qarabağdan heç vaxt çıxmayacağıq, Azərbaycana bir qarış da torpaq verməyəcəyik” sözlərini təkrarlamayıb. Yəqin havadarları ona və xüsusi ilə də Paşinyana problemin necə həll ediləcəyinin əsil mahiyyətini başa salıblar: “Ermənistan ordusu təcili Azərbaycan torpaqlarından çıxmalı və sonra tərəflər danışıq masası ətrafına toplaşmalıdır”. Vəssalam…(konktet.az)

Bölmənin digər xəbərləri

30 İyul 2020 Erməni kəşfiyyatının rəhbəri Qarabağa gəldi – Son durum
21 İyul 2020 Ermənistan raketləri dağların arxasında gizlədib - Məxfi görüntülər yayıldı - Vİdeo
20 İyul 2020 Azərbaycanın Milli Qəhrəmanının qızı BMT binası qarşısında bəyanat verib - VİDEO
17 İyul 2020 Türkiyə yenidən qızışmış münaqişəyə müdaxilə edəcəkmi? – "AZƏRBAYCAN QARABAĞA DAİR DANIŞIQLARDAN İMTİNA EDİR"
15 İyul 2020 Veteran batalyon komandiri, baş redaktor Ali Baş Komandana müraciət etdi- MÜRACİƏT
13 İyul 2020 Gənclər döyüşə getmək üçün müraciət edib — RƏSMİ
13 İyul 2020 "Qarabağın işğaldan azad edilməsi bu gün (məhz bu gün) müharibə ilə mümkün deyil .." Natiq Cəfərli
11 İyul 2020 Ermənistan prezidenti Qarabağa getdi separatçılarla görüş keçİrdİ
11 İyul 2020 “Müharibə qaçılmazdır” - GƏRGİNLİK
09 İyul 2020 Surət Hüseynov özünü Qarabağlıların ağsaqqalı elan etdi və cavabını aldı - "Ağsaqqal sözünün ağır çəkisi var, buna layiq olmaq lazımdır".
03 İyul 2020 Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili
27 İyun 2020 Qarabağda təxribat: bayrağımız hədəf alındı - Video
27 İyun 2020 Cümhuriyyət Ordusunun döyüşən generalları: Onlar Qarabağı necə azad etdilər?
22 İyun 2020 Zakir Həsənov “Şuşanı niyə vurmadıq?” sualına cavab verdi
18 İyun 2020 Aprel döyüşlərində ordumuza qarşı Azərbaycanın çörəyini yeyənlər də vuruşub...
09 İyun 2020 Rəsmi Bakıdan Qarabağa çəkilən üçüncü yolla bağlı xəbərdarlıq
08 İyun 2020 İkinci aprel savaşı gözlənilir: “Bu dəfə nə Rusiya, nə də ABŞ qarışmayacaq“ - Rusiyadan açıqlama
06 İyun 2020 Qarabağ münaqişəsinə aid məxfiliyi götürülmüş yeni sənədlər dərc edilib
06 İyun 2020 Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
25 May 2020 “Şuşaya niyə raket atmadıq” sualına cavab

Dünyapress TV

Xəbər lenti