Azərbaycanın Milli Qəhrəmanının qızı BMT binası qarşısında bəyanat verib - VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Baş Ofisi qarşısında bəyanatla çıxış edib.

“Report” xəbər verir ki, Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada çıxış edən F.Əhmədova diqqəti bu ilin iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrimin növbəti hərbi təxribatına, azərbaycanlı dinc sakinlərin öldürülməsinə və illərdir bu təxribatların vaxtaşırı davam etməsinə yönəldib.

Milli Qəhrəmanın qızı bildirib ki, məhz Ermənistanın işğalı, təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşaqlardan biri kimi o da 90-cı illərin əvvəlində atasını itirib: "30 ildir ki hələ də Ermənistan işğalı davam etdirir və hələ də vaxtaşırı azərbaycanlı uşaqları məni kimi atasız qoyur. Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 28 ildir qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir.

Biz azərbaycanlılar BMT kimi nüfuzlu bir təşkilatı bu özbaşınalığın qarşısını almağa, işğal faktına, bu təxribatlara nəhayət son qoyulmasında qəti addımlar atmağa çağırırıq".

Soydaşlarımızın keçirdiyi aksiyanın bəyanatı ofisə təqdim olunub.
 
 

Bölmənin digər xəbərləri

01 Avqust 2020 Tonoyan Azərbaycan torpağında Azərbaycanı hədələdi: “Hücum üçün əmr gözləyirik”
30 İyul 2020 Erməni kəşfiyyatının rəhbəri Qarabağa gəldi – Son durum
21 İyul 2020 Ermənistan raketləri dağların arxasında gizlədib - Məxfi görüntülər yayıldı - Vİdeo
17 İyul 2020 Türkiyə yenidən qızışmış münaqişəyə müdaxilə edəcəkmi? – "AZƏRBAYCAN QARABAĞA DAİR DANIŞIQLARDAN İMTİNA EDİR"
15 İyul 2020 Veteran batalyon komandiri, baş redaktor Ali Baş Komandana müraciət etdi- MÜRACİƏT
13 İyul 2020 Gənclər döyüşə getmək üçün müraciət edib — RƏSMİ
13 İyul 2020 "Qarabağın işğaldan azad edilməsi bu gün (məhz bu gün) müharibə ilə mümkün deyil .." Natiq Cəfərli
11 İyul 2020 Ermənistan prezidenti Qarabağa getdi separatçılarla görüş keçİrdİ
11 İyul 2020 “Müharibə qaçılmazdır” - GƏRGİNLİK
09 İyul 2020 Surət Hüseynov özünü Qarabağlıların ağsaqqalı elan etdi və cavabını aldı - "Ağsaqqal sözünün ağır çəkisi var, buna layiq olmaq lazımdır".
03 İyul 2020 Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili
27 İyun 2020 Qarabağda təxribat: bayrağımız hədəf alındı - Video
27 İyun 2020 Cümhuriyyət Ordusunun döyüşən generalları: Onlar Qarabağı necə azad etdilər?
22 İyun 2020 Zakir Həsənov “Şuşanı niyə vurmadıq?” sualına cavab verdi
18 İyun 2020 Aprel döyüşlərində ordumuza qarşı Azərbaycanın çörəyini yeyənlər də vuruşub...
09 İyun 2020 Rəsmi Bakıdan Qarabağa çəkilən üçüncü yolla bağlı xəbərdarlıq
08 İyun 2020 İkinci aprel savaşı gözlənilir: “Bu dəfə nə Rusiya, nə də ABŞ qarışmayacaq“ - Rusiyadan açıqlama
06 İyun 2020 Qarabağ münaqişəsinə aid məxfiliyi götürülmüş yeni sənədlər dərc edilib
06 İyun 2020 Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
25 May 2020 “Şuşaya niyə raket atmadıq” sualına cavab

Dünyapress TV

Xəbər lenti