Qarabağla bağlı plan var, masadadır – ABŞ diplomat
Dağlıq Qarabağda və ətrafındakı işğal olunmuş ərazilərdə uzun sürən münaqişə qəbuledilməzdir. Təəssüf ki, münaqişənin çox uzun müddət davam etməsinə icazə verildi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta HafizTimes.com bloquna müsahibəsində bildirib.

“Mövcud vəziyyət nə Ermənistana, nə də Azərbaycana fayda gətirir. Hər iki ölkədə insanlar əzab çəkməyə və ölməyə davam edir. Dinc bir həll yolu üzərində çalışmaq üçün bir araya gəlmək vacibdir. Minsk Qrupu həmsədrləri bu məsələdə irəliləyişə nail olmaq üçün çalışmağa davam edirlər. Bu illər ərzində irəli sürülən planlar var və mənim başa düşdüyüm də budur ki, bir müddətdir o plan masa üzərindədir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də bu uzadılmış münaqişəni həll etmək üçün tərəflərin səylərini dəstəkləməli və bölgədəki digər münaqişələrin həllinə də kömək etməlidir. Dağlıq Qarabağ və digər uzun sürən münaqişələr Soyuq müharibədən sonra bölgənin inkişaf edəcəyinə ümidimizi, Avropanın isə təhlükəsizliyini təhdid edir", - Sekuta vurğulayıb.

Bölmənin digər xəbərləri

25 May 2020 “Şuşaya niyə raket atmadıq” sualına cavab
23 May 2020 Almaniyada Dağlıq Qarabağda yaradılmış qondarma rejimin nümayəndəliyinin fəaliyyəti qadağan edilib
18 May 2020 Laçının işğalından 28 il ötür
15 May 2020 Rəsmi Bakı daha erməni dəcəlliyinə dözmək fikrində deyil... - GƏLİŞMƏ
08 May 2020 Şuşanın işğalından 28 il ötür
05 May 2020 Ermənilər Füzuli istiqamətində İTKİ VERDİ
28 Aprel 2020 "Qa­rabağ münaqişəsinin uzun illərdir davam etməsinin əsas səbəbi..." - Çingiz Qənizadə
26 Aprel 2020 Ermənilər təşvişdə: Cəbhədə vəziyyət gərginləşdi
24 Aprel 2020 “İndiki vəziyyətdə yeganə yol Ağdamın geri alınmasıdır” - GƏLİŞMƏ
24 Aprel 2020 Qarabağ nəzarətsiz qalıb, virusa yoluxan ermənilərin dərdini ağlayan yoxdur - Politoloq
16 Aprel 2020 Separatçıların oliqarx lideri Kəlbəcərdə ekoloji terrora BAŞLADI
13 Aprel 2020 Xankəndi ermənisinin fəryadı: “Cinayətkar hakimiyyət Dağlıq Qarabağa qəsdən koronavirus yayır” – ŞOK VİDEO
02 Aprel 2020 Kəlbəcərin işğalından 27 il keçir
02 Aprel 2020 Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
28 Mart 2020 Əskərlərimiz erməni snayper Arsen Alixanyanı ağır yaraladılar....
22 Avqust 2019 Ermənilərdən təşviş dolu reaksiya – Cəbhədə nə baş verir?
09 Yanvar 2019 Qazaxıstanı çalxalayan erməni tutuldu
23 İyun 2018 Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu
24 Aprel 2018 Ramiz Mehdiyev: "Danışıqlar baş tutmasa, məcburuq, müharibə yolu ilə münaqişəni həll edək" - VİDEO
04 Mart 2018 “Ermənilər Qarabağda məskunlaşır, biz isə yatmışıq”- TARİXÇİ ALİMDƏN ÇAĞIRIŞ

Dünyapress TV

Xəbər lenti